Məhkəmə qərarları › İş №2(019)-538/2020

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-538/2020

20.08.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-538/2020 20.08.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X13 qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlakın dəyərinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ona məxsus olan 350 manat dəyərində 1 ədəd taxt, 300 manat dəyərində 1 ədəd stol, 350 manat dəyərində 6 ədəd stul, 2000 manat dəyərində 1 ədəd divar mebeli, 150 manat dəyərində 1 ədəd uşaq kravatı, 80 manat dəyərində 1 ədəd sandıq, 700 manat dəyərində qab qacaq dəsti, 200 manat dəyərində süfrələr, 2000 manat dəyərində yataq dəsti, 300 manat dəyərində 2 ədəd xalçadan ibarət əşyalarının dəyəri olan 6430 (altı min dörd yüz otuz) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərdi ki, o, xx xxxxx 1992-ci ildə qeyri-rəsmi nikahla X4 ilə evlənmiş, nikahlarını isə xx xxxxx 1992-ci ildə rəsmiləşdirmişlər. Nizami Xəlilova ərə köçərkən onun atası X2 məxsus 1918-ci ildə tikilmiş 5 otaqlı evə gəlin köçmüşdür. Nizami Xəlilovla bırgə nikahlarından xx xxxxxxx 1994-cü ildə Məhəmməd və xx xxx 1996-cı ildə Günel adında iki uşaqları olmuşdur. Nizami Xəlilovla evləndiyi gündən 2000-ci ilə kimi X2 məxsus evdə onun ailə üzvləri ilə birgə təsərrüfat aparmaqla yaşamışlar. 2000-ci ildə əri Nizami Xəlilov və iki uşağı ilə birlikdə işləmək üçün Rusiya Federasiyasına getmişlər. Bir müddət Rusiya Federasiyasında qaldıqdan sonra 2004-cü ilin iyun ayında özü iki uşaqla birlikdə Abdusalam Xəlilova məxsus evə qayıtmış, bir müddət onunla birlikdə yaşadıqdan sonra heç bir üzürlü səbəb olmadan Abdusalam Xəlilov və onun qız Cavabdeh1 iki uşaqla birlikdə onu evdən qovmuşlar. xx xxxxxx 2007-ci i tarixdə əri Nizami Xəlilov da RF-dan Balakən rayonunun Katex kəndində yerləşən atasına məxsus evə gəlmiş, əri Nizami Xəlilov gəldikdən sonra özü də iki uşaqla birlikdə həmin evə gəlib orada yaşamağa başlamışlar. xx xxxxxx 2007-ci il tarixdə əri Nizami Xəlilov ölmüş, əri öldükdən bir müddət sonra Abdusalam Xəlilov və onun qızı Cavabdeh1 yenidən iki uşaqla birlikdə onu evdən qovmuş və onların həmin evdə yaşamalarına imkan verməmişlər. Ona görə də məcburiyyət qarşısında qalaraq iki uşaqla birlikdə valideynlərinin Katex kəndində yerləşən evinə getmişlər. Uşaqları ilə birlikdə valideynlərinə məxsus evdə yaşasalar da, özünə məxsus hər bir əmlakı mübahisəli evdə qalmışdır. Dəfələrlə uşaqları ilə birlikdə Abdusalam Xəlilova məxsus evdə yaşamağa cəhd göstərsə də, onlar həmin evdə yaşamalarına imkan verməmişlər. Buna görə də o, uşaqlarla birlikdə mübahisəli evə köçürülmələri ilə bağlı məhkəməyə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxxx 2008-ci il tarixli qətnaməsi ilə onun tələbi təmin edilmiş və iki uşağı ilə birlikdə mübahisəli evdən istifadə hüququ tanınmaqla həmin evə köçürülməsi qət edilmişdir. Ona məxsus olan əşyaları cavabdehlər qəsdən xarab etmişlər. Belə ki, ona məxsus olan aşağıda qeyd etdiyi əmlakları cavabdehlər 2019-cu ilin dekabr ayında özlərinə məxsus olan fındıq bağında açıq sahəyə yığmışlar və ona bildirmişlər ki, gəlib ışyalarına sahib çıxsın.O isə cavabdehlərə məxsus evdən istifadə hüququ olduğundan əşyaları götürməmişdir. Nəticədə əşyalar yararsız hala düşmüşdür. Onları hazırda istifadə etmək mümkün deyildir. Cavabdehlərdən Cavabdeh2 qzı X1 faktiki nikah münasibətində olan arvadı, Cavabdeh1 isə onun qızıdır. Cavabdehlər həmin əşyaların dəyərini ödəmək istəmirlər. Onların hərəkətləri nəticəsində ona 6430 (altı min dörd yüz otuz) manat məbləğində ziyan dəymişdir. Ona məxsus olan, yararsız hala düşmüş cehiz əşyaları -350 manat dəyərində 1 ədəd taxt, 300 manat dəyərində 1 ədəd stol, 350 manat dəyərində 6 ədəd stul, 2000 manat dəyərində 1 ədəd divar mebeli, 150 manat dəyərində 1 ədəd uşaq kravatı, 80 manat dəyərində 1 ədəd sandıq, 700 manat dəyərində qab qacaq dəsti, 200 manat dəyərində süfrələr, 2000 manat dəyərində yataq dəsti, 300 manat dəyərində 2 ədəd xalçadır. Yuxarıda qeyd etdiyi əşyalar yararsız halda olduğundan onların dəyəri Cavabdeh2 qzı və Cavabdeh1 alınıb ona verilməlidir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 məhkəməyə göndərdiyi ərizəsində göstərmişdir ki, 1984-cü ildən ikinci qrup əlildir. Ayaqları tutulub yeriyə bilmir. İddia tələbi yalandır. 2019-cu ilin Balakən rayon Polis Şöbəsinin rəisi, polis polkovnik- leytenantı Mehman Əliyev tərəfindən İddiaçı iştirakı ilə komissiya tərtib edib özünə məxsus bağda olan əmlakına baxış keçirilmiş, ona əmlakına yiyə durmağı tapşırılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx xxxxx 1992-ci ildə Balakən rayonu Katex kənd icra nümayəndəliyi tərəfindən verilmiş V-JQ seriyalı 479096 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki X4 ilə X8 arasında xx xxxxx 1992-ci ildə nikah bağlanmış, nikah bağlanandan sonra arvada Xəlilova soyadı verilmişdlir. İşdə olan Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X6 və Cavabdeh1 cavabdehlər İddiaçı, X3 və X7 qarşı evdən istifadə hüququna xitam verilməsi, cavabdeh İddiaçı məxsus 380 manat dəyərində cehiz əşyalarının şəxsi mülkiyyətində olan evdən çıxarılması tələbinə dair iddiaları əsassız olduğundan təmin edilməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayonu İcra Hakimiyyəti Katex kənd X15 tərəfindən tərtib edilmiş aktdan görünür ki, İddiaçı məxsus 1 ədəd taxt, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd divar mebeli, 1 ədəd uşaq kravatı, 1 ədəd sandıq, qab qacaq dəsti, süfrələr, yataq dəsti, 2 ədəd xalça X2 məxsus həyətdə tikilmiş navesin altında olmuşdur. İşdə olan Balakən Rayon Məhkəməsinin xx xxxxx 2008-ci il tarixli 2(019)-55/2008 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə İddiaçı Abdusalam qızının cavabdehlər X2, X5 və Cavabdeh1 qarşı yaşamaq hüququ verilməklə evə köçürülməsi barədə tələbi təmin edilmişdlir. İşdə olan Balakən Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli 2(019)-786/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnaməyə əsasən İddiaçı cavabdeh X2 və Cavabdeh1 qarşı 4060 manat vurulmuş zərər və 30 manat dövlət rüsumu tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının ifadəsi, işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı xx xxxxx 1992-ci ildə Cavabdeh1 qardaşı X4 ilə rəsmi nikah bağlamaqla evlənmiş, onların atası X2 məxsus 1918-ci ildə tikilmiş 5 otaqlı evə gəlin köçmüşdür. Nizami Xəlilovla bırgə nikahlarından xx xxxxxxx 1994-cü ildə Məhəmməd və xx xxx 1996-cı ildə Günel adında iki uşaqları olmuşdur. Nizami Xəlilovla evləndiyi gündən 2000-ci ilə kimi X2 məxsus evdə onun ailə üzvləri ilə birgə təsərrüfat aparmaqla yaşamışlar. xx xxxxxx 2007-ci il tarixdə Nizami Xəlilov ölmüş, bundan bir müddət sonra Abdusalam Xəlilov və qızı Cavabdeh1 iddiaçını iki uşaqla birlikdə evdən çıxartmışlar.İddiaçının əmlakı isə mübahisəli evdə qalmışdır. Balakən Rayon Məhkəməsinin xx xxxxx 2008-ci il tarixli qətnaməsi ilə İddiaçı iki uşağı ilə birlikdə mübahisəli evdən istifadə hüququ tanınmaqla həmin evə köçürülməsi qət edilmişdir. Lakin iddiaçının mübahisəli evdə yaşaması mümkün olmamışdır. Onun əmlakı isə həmin evdə qalmışdır. 2019-cu ildə cavabdehlər iddiaçıya məxsus əşyaları bağ sahəsinə yığaraq bu barədə iddiaçıya məlumat vermişlər və saxlanması üçün tədbir görməsini bildirmişlər. İddiaçı isə əmlaka sahiblik etməmiş, səkkiz aydan sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin zərərin əvəzinin ödənilməsini müəyyən edən 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək, işin hallarını, cavabdehlərin iddiaçının əmlakına bilavasitə zərər vurmamalarını, əşyaları bağa yığsalar da bu barədə iddiaçıya məlumat vermələrini, iddiaçının əmlaklara ziyan dəyməməsi üçün heç bir tədbir görməməsini, müəyyən müddət keçdikdən sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlakının dəyərinin ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar