Məhkəmə qərarları › İş №2(019)-552/2020

Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-552/2020

09.07.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-552/2020 09.07.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, x1, İddiaçı8, İddiaçı9, İddiaçı10, x7, İddiaçı12, İddiaçı13, x5, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19 və İddiaçı20 Kamal oğlunun cavabdehlər Balakən rayon x4 və 13 saylı x16 Xidməti Mərkəzinə qarşı Balakən rayon x2 09.09.2019cu il tarixli 05 saylı müvəkkillər iclasının qərarının ləğv edilməsi, qanuna zidd olaraq götürülmüş İİMB möhür və ştampının cavabdehdən alınıb geri qaytarılması və ya qeydiyyat orqanına (13 saylı x13) təhvil verilməsi, cavabdeh Balakən rayon İİK tərəfindən 2019-cu ilin sentyabr-fevral 2020-ci illər ərzində işçilərdən qanuna zidd olaraq toplanmış 11.000 (on bir min) manat miqdarında vəsaitin cavabdehdən alınıb müəssisəyə qaytarılması, 13 saylı ərazi vergilər idarəsinin qanunazidd olaraq tərtib etdikləri vergi ödəyicisi İİMB-nin uçotdan və dövlət reyestrindən çıxarılması haqda «4» və «5» nömrəli bildirişlərin ləğv edilməsi barədə məhkəməyə daxil olmuş iddia ərizəsini nəzərdən keçirərək müəyyən etdim: İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, x6, İddiaçı8, İddiaçı9, İddiaçı10, x11, İddiaçı12, İddiaçı13, x10, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19 və İddiaçı20 Kamal oğlu cavabdehlər Balakən rayon x4 və 13 saylı x16 Xidməti Mərkəzinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Balakən rayon x2 09.09.2019-cu il tarixli 05 saylı müvəkkillər iclasının qərarının ləğv edilməsi, qanuna zidd olaraq götürülmüş İİMB möhür və ştampının cavabdehdən alınıb geri qaytarılması və ya qeydiyyat orqanına (13 saylı x13) təhvil verilməsi, cavabdeh Balakən rayon İİK tərəfindən 2019-cu ilin sentyabr-fevral 2020-ci illər ərzində işçilərdən qanuna zidd olaraq toplanmış 11.000 (on bir min) manat miqdarında vəasitin cavabdehdən alınıb müəssisəyə qaytarılması, 13 saylı ərazi vergilər idarəsinin qanunazidd olaraq tərtib etdikləri vergi ödəyicisi İİMB-nin uçotdan və dövlət reyestrindən çıxarılması haqda «4» və «5» nömrəli bildirişlərin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsinə baxaraq hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, ərizənin məzmunundan görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, x6, İddiaçı8, İddiaçı9, İddiaçı10, x11, İddiaçı12, İddiaçı13, x10, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19 və İddiaçı20 Kamal oğlu cavabdehlər Balakən rayon x4 və 13 saylı x16 Xidməti Mərkəzinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Balakən rayon x2 09.09.2019-cu il tarixli 05 saylı müvəkkillər iclasının qərarının ləğv edilməsi, qanuna zidd olaraq götürülmüş İİMB möhür və ştampının cavabdehdən alınıb geri qaytarılması və ya qeydiyyat orqanına (13 saylı x13) təhvil verilməsi, cavabdeh Balakən rayon İİK tərəfindən 2019-cu ilin sentyabr-fevral 2020-ci illər ərzində işçilərdən qanuna zidd olaraq toplanmış 11.000 (on bir min) manat miqdarında vəasitin cavabdehdən alınıb müəssisəyə qaytarılması, 13 saylı ərazi vergilər idarəsinin qanunazidd olaraq tərtib etdikləri vergi ödəyicisi İİMB-nin uçotdan və dövlət reyestrindən çıxarılması haqda «4» və «5» nömrəli bildirişlərin ləğv edilməsi barədə qətnamə çıxarılmasını barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Lakin iddiaçılar payçı olmalarına,yaşayış ünvanlarına, şəxsiyyətlərinə dair heç bir məlumatı, habelə cavabdehlərin ünvanına dair heç bir məlumatı iddia ərizəsinə əlavə etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149.1-149.2 və 149.4-cü maddələrinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Ərizədə ərizənin verildiyi məhkəmənin adı; işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin, iddiaçının vəsatətləri də göstərilir. Həmin Məcəllənin 150-ci maddəsinə əsasən iddia ərizəsinə cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri; dövlət rüsumunun ödənilməsi haqqında sənəd; nümayəndənin səlahiyyətlərini təsdiq edən etibarnamə və ya digər sənəd; iqtisadi mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd; iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri; onun mübahisələndirildiyi halda, normativ aktın mətni; müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilməlidir. Bundan sonra Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. İddiaçılar sübutları müstəqil əldə edə bilməmələrinə dair heç bir sübutu ərizəyə əlavə etmədən müxtəlif sənədlərin (bu sənədlərin mövcudluğu belə məlum deyildir)tələb edilməsi barədə vəsatəti ərizələrinə əlavə etmişlər. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə işin hallarını, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, x1, İddiaçı8, İddiaçı9, İddiaçı10, x7, İddiaçı12, İddiaçı13, x5, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19 və İddiaçı20 Kamal oğlunun iddia ərizəsi geri qaytarılmalıdır. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, x3, İddiaçı8, İddiaçı9,İddiaçı10, x9, İddiaçı12, İddiaçı13, x8, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19 və İddiaçı20 Kamal oğluna izah edilməlidir ki,qərardadda göstərilən nöqsanları aradan qaldırmaqla yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüquqlari vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152,263-264 və 268.1-ci maddələrini rəhbər tutub qərara aldım: İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, x1, İddiaçı8, İddiaçı9, İddiaçı10, x7, İddiaçı12, İddiaçı13, x5, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19 və İddiaçı20 Kamal oğlunun iddia ərizəsi geri qaytarılsın. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, x3, İddiaçı8, İddiaçı9, İddiaçı10, x9, İddiaçı12, İddiaçı13, x8, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19 və İddiaçı20 Kamal oğluna izah edilir ki, qərardadda göstərilən nöqsanları aradan qaldırmaqla yenidən məhkəməyə müraciət etmək hüquqları vardır. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar