Məhkəmə qərarları › İş №2(019)-552/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-552/2021

16.05.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-552/2021 16.05.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs nümayəndəsi-müdiri X4 iştirakı ilə Ərizəçi vətəndaşlıq vəziyyəti aktındakı qeydlərin düzgün olmamasının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanı tərəfindən 06.11.1959-cu il tarixdə tərtib edilmiş 135 saylı doğum haqqında akt qeydinin doğum tarixi qrafasında 31.10.1959-cu il qeydinin düzgün olmamasının müəyyən müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, xx.xx.1959-cu il tarixdə Balakən rayonu Tülü kəndində anadan olmuşdur. Doğumu 06.11.1959-cu il tarixdə Balakən rayon Tülü kənd icra nümayəndəliyi tərəfindən 135 sayla qeydə alınmış və ona doğum haqqında şəhadətnamə verilmişdir. Balakən rayon Tülü kənd icra nümayəndəliyi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədə soyadı Kərimova, adı Lalə, atasının adı Yusif, doğum tarixi xx.xx.1959-cu il qeyd edilmişdir. Həmin şəhadətnamədə anasının adı qaralama edildiyi üçün doğum haqqında təkrar şəhadətnamə alınması ilə bağlı Maraqlı şəxsnə müraciət edən zaman ona aydın olmuşdur ki, Balakən rayon Tülü kənd icra nümayəndəliyi tərəfindən 06.11.1959-cu il tarixdə tərtib edilmiş 135 saylı doğum haqqında akt qeydində doğum tarixi “31.10.1959”cu il qeyd edilmişdir.Onun şəxsiyyət vəsiqəsində, nikah haqqında şəhadətnaməsində doğum tarixi xx.xx.1959-cu il qeyd edilmişdir. Maraqlı şəxsnə Balakən rayon Tülü kənd icra nümayəndəliyi tərəfindən 06.11.1959-cu il tarixdə tərtib edilmiş 135 saylı doğum haqqında akt qeydində doğum tarixinin “31.10.1959”-cu ildən "xx.xx.1959”-cu ilə düzəliş edilməsi üçün müraciət etmiş, lakin qeydiyyat şöbəsi düzəliş etməkdən imtina edərək bildirmişdir ki, Balakən rayon Tülü kənd icra nümayəndəliyi tərəfindən 06.11.1959-cu il tarixdə tərtib edilmiş 135 saylı doğum haqqında akt qeydində doğum tarixi “31.10.1959”cu il qeyd edilmiş, həmçinin həmin akt qeydi pozulmuş, əlavə yazılmış düzəlişlər müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01 mart 2001 ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydaları" nın əsas müddəalarının 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişildik edilməsi, kifayət qədər əsas olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda, düzəliş üçün kifayət qədər əsas olmadıqda qeydiyyata düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Odur ki, Balakən rayon Tülü kənd icra nümayəndəliyi tərəfindən 06.11.1959-cu il tarixdə tərtib edilmiş 135 saylı doğum akt qeydində doğum tarixinin “31.10.1959”-cu ildən “xx.xx.1959”-cu ilə düzəliş edilməsi üçün kifayət qədər əsas olmadığından məhkəməyə müraciət etməlidir. Bu səbəbdən də düzəliş edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Bu düzəlişin müəyyən olunması qardaşının ona pay verdiyi torpaq sahəsini öz adına keçirmək və buna müvafiq sənəd almaq üçün lazımdır. Qeyd edilənləri nəzərə alıb, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Maraqlı şəxs müdiri X9 izahatnda göstərdi ki, Ərizəçi Maraqlı şəxsnə müraciət edərək, Balakən rayon Tülü kənd icra nümayəndəliyi tərəfindən 06.11.1959-cıı il tarixdə tərtib edilmiş 135 saylı doğum haqqında akt qeydində doğum tarixinin “31.10.1959”-cu ildən “xx.xx.1959”-cü ilə düzəliş edilməsini xahiş etmişdir. Düzəlişin edilməsi üşün kifayət qədər əsaslar olmadığından doğum haqqında akt qeydinində ərizəçinin doğum tarixininin “31.10.1959”-cu ildən “xx.xx.1959”-cu ilə düzəliş enilməsi mümkün olmamış və ərizəşiyə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Ərizənin təmin olunmasına etirazı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 oğlu ifadəsində göstərdi ki, Ərizəçi qızı onun arvadıdır. Ərizəçinin Ərizəçi qızının doğum qeydində onun doğum tarixi düzgün qeyd olunmamışdır. Belə ki, Ərizəçi şəxsiyyət vəsiqəsində və digər sənədlərində doğum tarixinin xx.xx.1959”-cü il göstərilməsinə baxmayaraq, onun doğum haqqında akt qeydində doğum tarixi səhv olaraq 31.10.1959-cu il qeyd olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Tülü kənd soveti tərəfindən 06 noyabr 1959-cu il tarixdə verilmiş İ-İE seriyalı 809505 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi Yusif qızı xx.xx.1959-cu ildə anadan olmuş, atası Kərimov Yusif Şeyix oğlu, anası Kərimova Rahilə Həybullah qızı qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon VVAQ şöbəsi tərəfindən 24 aprel 1980-cı ildə verilmiş İİ-JQ seriyalı 310217 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən örünür ki, X3 ilə Ərizəçi arasında nikah 24 aprel 1980-cı ildə nikah bağlanmış, bu barədə 1980-cı ilin aprel ayının 24 günündə 27 nömrə ilə qeyd edilmiş, nikah bağlanandan sonra arvada Kərimova soyadı verilmiş, həmin şəhadətnamədə Ərizəçi doğum tarixi 31 avqust 1959-cu il göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 16.02.2010-cu il tarixdə Balakən RPŞ tərəfindən verilmiş AZE seriyalı 0******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi doğulduğu tarix xx.xx.1959-cu il göstərilmişdir. İşə əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 06 noyabr 1959-cu il tarixli 135 nömrəli doğum akt qeydindən görünür ki, həmin qeyddə Ərizəçi 31 oktyabr 1959-cu ildə doğulduğu, atasının Kərimov Yusif Şeyix oğlu, anasının isə Kərimova Rafiqa Həybullah qızı olduğu qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 06.03.2021-ci il tarixli, 05/76-298/15 nömrəli məktubdan görünür ki, “Maraqlı şəxsnə 06.03.2021 -ci il tarixdə daxil olmuş ərizəsinə cavab olaraq bildirilir ki, Balakən rayon Tülü kənd icra nümayəndəliyi tərəfindən 06.11.1959-cıı il tarixdə tərtib edilmiş 135 saylı doğum haqqındı, akt qeydinizdə doğum tarixinin “31.10.1959”-cu ildən “xx.xx.1959”-cü ilə düzəliş edilməsi şöbədə mümkün deyildir.Belə ki, Balakən rayon Tülü kənd icra nümayəndəliyi tərəfindən 06.1 1.1959- cu il tarixdə tərtib edilmiş 135 saylı doğum haqqında akt qeydində doğum tarixi “31.10.1959”-cu il qeyd edilmiş, həmçinin həmin akt qeydində pozulmuş, əlavə yazılmış düzəlişlər müəyyən edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001 -ci il tarixli, 52 nömrəli nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydaları" nın əsas müddəalarının 1 -ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi, kifayət qədər əsas olduqda və aidiyyəti şəxslər arasında mübahisə olımadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda, düzəliş üçün kifayət qədər əsas olmadığından qeydiyyata düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Bu səbəbdən də kifayət qədər əsaslar olmadığından doğum haqqında akt qeydində doğum tarixinin “31.10.1959”-cu ildən “xx.xx.1959”-cu ilə düzəliş edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə edilir. İşdə olan 16.03.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi hazırki ərizə ilə bağlı 10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə ərizəçinin və Maraqlı şəxs müdirinin izahatlarını və şahid ifadəsini dinləyib,iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi xx.xx.1959-cu-ci ildə Balakən rayonu Tülü kəndində anadan olmuş, doğumu 06.11.1959-cu il tarixdə Balakən rayon Tülü kənd soveti tərəfindən 135 sayla qeydə alınmış və ona doğum haqqında şəhadətnamə verilmişdir. Ərizəçi verilmiş doğum haqqında şəhadətnamədə onun doğum tarixi xx.xx.1959-cu il qeyd edilmişdir. Ərizəçi həmin şəhadətnamədə anasının adında qaralama edildiyi üçün doğum haqqında təkrar şəhadətnamə alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etmişdir. Həmin vaxt 06.11.1959-cu il tarixdə tərtib edilmiş 135 saylı doğum haqqında akt qeydində ərizəçinin doğum tarixinin 31.10.1959-cu il qeyd edildiyi müəyyən edilmişdir. İşdə olan Ərizəçi şəxsiyyət vəsiqəsində, doğum haqqında şəhadətnaməsində və nikah haqqında şəhadətnamədə doğum tarixi xx.xx.1959- cu il qeyd edilmişdir. Ərizəçi Maraqlı şəxsnə 06.11.1959-cu il tarixdə tərtib edilmiş 135 saylı doğum haqqında akt qeydində doğum tarixinin “31.10.1959”-cu ildən "xx.xx.1959”-cu ilə düzəliş edilməsi üçün müraciət etmiş, lakin qeydiyyat şöbəsi ərizəçiyə ünvanladığı 06 mart 2021-ci il tarixli, 05/76-298/15 nömrəli məktubla bu düzəlişi etməkdən imtina etmişdir. Hüquq haqqında mübahisə yoxdur. Doğum akt qeydində düzəlişin həyata keçirilməsi ərizəçiyə qardaşı tərəfindən ona hədiyyə edilmiş torpaq sahəsinin öz adına sənədləşməsini həyata keçirmək üçün lazımdır və ərizəçi həmin düzəlişi təsdiq edən sənədləri başqa qaydada ala bilmir. Ona görə də ərizəçi doğum akt qeydində qeydiyyatın düzgün olmamasının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə təhqiqatı zamanı həmçinin müəyyən olunmuşdur ki, həqiqətən də ərizəçinin doğum tarixli xx.xx.1959-cu ildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.3-cü maddəsinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 163.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 305.1.7-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Azərbaycan Respublikası MPM-nin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 339.2-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 340-cı maddəsinə əsasən ərizədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının nədən ibarət olması, nə vaxt və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan hansı orqanın edilmiş qeydi düzəltməkdən imtina etməsi göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Ərizəçi doğumu ilə bağlı 06 noyabr 1959-cu il tarixdə tərtib edilmiş 135 saylı doğum haqqında akt qeydinin doğum tarixi qrafasında 31 oktyabr 1959-cu il qeydinin düzgün olmamasının müəyyən edilməsi üçün bütün faktoloji və hüquqi əsaslar mövcuddur. Ona görə də ərizə əsaslıdır və təmin olunmalıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanı tərəfindən 06 noyabr 1959-cu il tarixdə tərtib edilmiş 135 saylı doğum haqqında akt qeydinin doğum tarixi qrafasında Ərizəçi qızının doğum tarixinin 31 oktyabr 1959-cu il kimi yazılması barədə qeydlərin düzgün olmaması müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikası MPM-nin 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsas olması izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanı tərəfindən 06 noyabr 1959-cu il tarixdə tərtib edilmiş 135 saylı doğum haqqında akt qeydinin doğum tarixi qrafasında Ərizəçi doğum tarixinin 31 oktyabr 1959-cu il kimi yazılması barədə qeydlərin düzgün olmaması müəyyən edilsin; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 341-ci maddəsinə əsasən qanuni qüvvəyə minməsindən sonra hazırki qətnamənin 05 noyabr 1959-cu il tarixdə tərtib edilmiş 135 saylı doğum haqqında akt qeydində Ərizəçi doğum tarixinin 31.10.1959-cu ildən xx.xx.1959-cu ilə düzəliş edilməsi üçün əsas olması izah edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar