Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-598/2021 18.06.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, iddiaçı Alqayeva (Hüseynova) Leyla Müslüm qızının və Cavabdeh1 iştirakı ilə, iddiaçı Alqayeva (Hüseynova) Leyla Müslüm qızının cavabdehlər Cavabdeh1, Alqayev Şamı̇ l Mehman oğluna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı Çıxarışın ləğvi və mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Alqayeva (Hüseynova) Leyla Müslüm qızı cavabdehlər Cavabdeh1, Alqayev Şamı̇ l Mehman oğluna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DƏDRX tərəfindən cavabdeh Alqayev Şamı̇ l Mehman oğlunun adına 30.11.2020-ci il tarixdə ********** sayla 0.12 ha torpaq sahəsinə dair verilmiş Çıxarışın ləğv edilməsi və həmin torpaq sahəsindən 0.06 ha hissəyə onun mülkiyyət hüquqlarının bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Alqayeva (Hüseynova) Leyla Müslüm qızı məhkəməyə ərizə verərək, cavabdehin həmin 0.06 ha torpaq sahəsini oğlu Turana və ona verəcəyi barədə razılıq verdiyini bildirərək, cavabdehlər Cavabdeh1, Alqayev Şamı̇ l Mehman oğluna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı Çıxarışın ləğvi və mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddia ərizəsinin geri qaytarılmasını və bu əsasla ərizənin baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini, hazırki iddia üzrə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyini bildirmişdir. Cavabdehlər Alqayev Şamı̇ l Mehman oğlu və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, ərizə baxılmamış saxlanılır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə iş üzrə sənədləri tədqiq edib, yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılmaqla baxılmamış saxlanması barədə ərizə verdiyinə və cavabdeh tərəf hazırki iddia üzrə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyinə görə iddiaçı Alqayeva (Hüseynova) Leyla Müslüm qızının cavabdehlər Cavabdeh1, Alqayev Şamı̇ l Mehman oğluna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı Çıxarışın ləğvi və mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı və iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Alqayeva (Hüseynova) Leyla Müslüm qızının cavabdehlər Cavabdeh1, Alqayev Şamı̇ l Mehman oğluna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı Çıxarışın ləğvi və mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın; iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı Alqayeva (Hüseynova) Leyla Müslüm qızına qaytarılsın; iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-598/2021
Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-598/2021
18.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver