Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-621/2020 06.08.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu İddiaçı, mülkiyyətində olan ban nömrəsi 57358 (SCK**********2732) nömrəli qoşqu vasitəsinin tanınması və dövlət qeydiyyatına alınmasına dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ban nömrəsi 57358 (SCK**********2732) nömrəli qoşqu vasitəsinin tanınması və dövlət qeydiyyatına alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəyə ona əlavə edilmiş sənədlərlə birlikdə baxaraq, hesab edirəm ki, məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə hazırki ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən təsdiq edilmiş Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamənin 1-ci bəndinin birinci hissəsinin 2-ci yarımbəndinə müvafiq olaraq, mülkiyyət və təşkilati- hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər (bundan sonra "nəqliyyat vasitələrinin mülkiyyətçiləri") onlara məxsus olan mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində Dövlət qeydiyyatından keçirməlidirlər. Qanun normalarının tələbinə əsasən İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ban nömrəsi 57358 (SCK**********2732) nömrəli qoşqu vasitəsinin tanınması və dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət etməlidir. Yəni qanun normalarının tələbinə əsasən bu işə məhkəmədə baxılmalı deyildir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. İşin hallarını və mülki-prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, hesab edirəm ki, iddianın yolverilməzliyinə görə İddiaçı, mülkiyyətində olan ban nömrəsi 57358 (SCK**********2732) nömrəli qoşqu vasitəsinin tanınması və dövlət qeydiyyatına alınmasına dair ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Həmçinin ərizəçiyə hazırki məsələyə ilə əlaqədar, yəni onun mülkiyyətində olduğu göstərilən ban nömrəsi 57358 (SCK**********2732) nömrəli qoşqu vasitəsinin tanınması və dövlət qeydiyyatına alınması ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264 və 266-268-ci maddələrini rəhbər tutub q ə r a r a a l d ı m: İddianın yolverilməzliyinə görə İddiaçı, mülkiyyətində olan ban nömrəsi 57358 (SCK**********2732) nömrəli qoşqu vasitəsinin tanınması və dövlət qeydiyyatına alınmasına dair ərizəsinin qəbul edilməsindən imtina edilsin; İddiaçı hazırki məsələ ilə əlaqədar, yəni onun mülkiyyətində olduğu göstərilən ban nömrəsi 57358 (SCK**********2732) nömrəli qoşqu vasitəsinin tanınması və dövlət qeydiyyatına alınması ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-621/2020
Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-621/2020
06.08.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver