Məhkəmə qərarları › İş №2(019)-643/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-643/2021

19.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-643/2021 19.11.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında sığorta ödənişi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin törətdikləri yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı ASC tərəfindən X34, X8, X11, X1 vurulmuş ziyana görə ödənilmiş 5250 (beş min iki yüz əlli) manat, “VAZ-2170” markalı, **-XV-*** d.q.n. avtomobilə görə ödənilmiş 2045 (iki min qırx beş) manat, “VAZ 21063” markalı 08-BX-l 80 d.q.n.avtomobilə görə ödənilmiş 1400 (bir min dörd yüz) manatın və məhkəmənin hesabına köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddiasını onunla əsaslandırmışdır ki, “VAZ 21099” markalı, T449PH95 dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı ASC-də 29.07.2017-ci il tarixdən 29.08.2017-ci il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” haqqında PAZ ********** nömrəli şəhadətnamə ilə sığortalanmışdır. Cavabdeh etibarnamə olmadan “VAZ 21099” markalı, T449PH95 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək 04.06.2018-ci il tarixdə saat 21:14 radələrində Saatlı şəhəri, H.Əliyev pr-ti ilə hərəkətdə olarkən 15.08.2017-ci il tarixdə saat 20:40 radələrində Yevlax-Zaqatala- Gürcüstan sərhəd yolunun Balakən rayonu ərazisində yol nəqliyyat hadisəsi törətmişdir. Həmin hadisə nəticəsində X34 ağır, X17 yüngül, X12 ağır və X23 ağır dərəcəli bədən xəsarətləri almış, “VAZ-2170” markalı, **-XV-*** d.q.n. avtomobilə 2045 manat, “VAZ 21063” markalı **-BX-*** d.q.n.avtomobilə 1400 manat mələğində maddi ziyan dəymişdir.Hadisə ilə bağlı Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinə tabe olan Yol-nəqliyyat hadisələrinə Dair İşlər üzrə İstintaq və Təhqiqt şöbəsində 171500238№-li cinayət işi başlanmış, Cavabdeh1 AR CM-nin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuş, Cavabdeh2 barəsində AR İXM-nin 335.1-ci maddisi ilə tənbeh xarakterli tədbir görülməsi üçün BDYPİ-nə göndərilmişdir. İddiaçı ASC tərəfindən zərərçəkmiş şəxslərə sağlamlığa vurulmuş zərərlə bağlı, 0933/FQ/CML-0810/2018-2, 0933/FQ/CML-0810/2018-3, 0933/FQ/CML-0810/2018-4, 0933/FQ/CML- 0810/2018-5 saylı sığorta aktları ilə 1. X29-1500 manat; 2. X2-750 manat; 3. X25-1500 manat; 4. X20 - 1500 manat sığorta ödənişi edilmişdir. Eyni zamanda ASC 0933/FQ/CML-0810/2018 və 0933/FQ/CML-0810/2018-1 sığorta aktları ilə “VAZ-2170” markalı, **-XV-*** d.q.n. avtomobilə vurulmuş maddi ziyana görə 2045 manat, “VAZ 21063” markalı **-BX-*** d.q.n.avtomobilə görə 1400 manat avtomobil sahiblərinə pul ödəmişdir. Cavabdeh1 etibarnamə olmadan avtomobili idarə edib, yol-nəqliyyat hadisəsi törədərək, üçüncü şəxslərin sağlamlığına və əmlakına (avtomobillərinə) maddi ziyanın vurulması və həmin ziyanın İddiaçı ASC tərəfindən ödənilməsi, ASC-yə həmin pulun cavabdehlərdən müştərək qaydada subqroqasiya qaydasında pulu tələb etmək hüququnu verir. İddiaçı "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, hazırki işə onların iştirakı olmadan baxıb qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1 və 185.4-cü maddələrinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilən DİN-nin Bİ və Tİ-nin YNHDİÜ İstintaq və Təhqiqat şöbəsinin müstəntiqinin 15 sentyabr 2017-ci il tarixli qərarından görünür ki, 15.08.2017-ci il tarixdə təxminən saat 20:40 radələrində Yevlax-Zaqatala- Gürcüstan sərhəd yolunun Balakən rayonunun ərazisindən keçən 157-ci km-də Cavabdeh1 idarə etdiyi VAZ-21099 markalı T449 PH 95 dövlət qeydiyyat nişanlı avtomobillə Balakən şəhəri istiqamətindən X36 Keçid Məntəqəsi istiqamətində hərəkətdə olarkən əks hərəkət zolağına çıxaraq qarşıdan X36 Keçid Məntəqəsi istiqamətindən Balakən şəhəri istiqamətində hərəkət edən X31 idarə etdiyi VAZ-2170 markalı 99 XV -044 dövlət qeydiyyat nişanlı avtomobilin sol yan qanad və qapı hissəsindən vurub toqquşduqdan sonra həmin zolaqda hərəkətini davam etdirərək, qarşıdan gələn X3 idarə etdiyi VAZ-21063 markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması, nəticədə VAZ-21099 markalı avtomobilin sürücüsü Cavabdeh1 az ağır, həmin avtomobilin salonunda oturan sərnişinlər X24 ağır, X5 ağır, VAZ-21063 markalı avtomobilin sürücüsü Manaf Abdurahmanovun yüngül və həmin avtomobilin salonunda olan sərnişin X13 ağır bədən xəsarəti alması faktı ürə Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsilə cinayət işi başlanmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 04 dekabr 2017-ci il tarixli sübutların qiymətləndirilməsi və cinayət işinin tövsif edilməsi barədə qərardan görünür ki, Cavabdeh1 hərəkətlərində Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkib əlamətləri olduğundan ********* №-li cinayət işi üzrə onun zərərçəkmiş kimi iştirakına xitam verilmiş, Cavabdeh2 barəsində Azərbaycan Respublikası İXM-nin 335.1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti BDYPİnə göndərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon Məhkəməsinin 06 mart 2018-ci il tarixli, 1 (019)-10/2018 nömrəli hökmündən görünür ki, həmin hökmlə təqsirləndirilən şəxs Cavabdeh1 15.08.2017-ci il tarixdə təxminən saat 20:40 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd yolunun Balakən rayonunun ərazisindən keçən 157-ci km-də «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, nəqliyyat vasitələrini idarə etmək hüququ və etibarnaməsi olmadan idarə etdiyi Vaz-21099 markalı T 449 PH 95 dövlət qeydiyyat nişanlı avtomobil ilə Balakən şəhəri istiqamətindən X40 Keçid Məntəqəsi istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda buna əməl etməyərək, hadisənin qarşısını almağa texniki imkanı olsa da almayıb, idarə etdiyi avtomobilin öz hərəkət zolağında təhlükəsiz hərəkətini təmin edə bilməyib, idarə etdyi Vaz-21099 markalı T 449 PH 95 dövlət qeydiyyat nişanlı avtomobil ilə qarşı sol hərəkət zolağına çıxaraq, qarşıdan X40 Keçid Məntəqəsi istiqamətindən Balakən şəhəri istiqamətində hərəkət edən X31 idarə etdiyi Vaz-2170 markalı ** XV *** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan qanad və qapı hissəsindən vurub toqquşduqdan sonra, həmin zolaqda hərəkətini davam etdirərək qarşıdan gələn X3 idarə etdiyi Vaz-21063 markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilllə toqquşması, nəticədə ehtiyatsızlıqdan Vaz- 21063 markalı avtomobilin sürücüsü X6 burunun, sağ dizin və sağ baldırın sıyrıqları, döş qəfəsinin əziyinin əmələ gəlməsi ilə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül və həmin avtomobilin avtomobilin salonunda olan sərnişin X19 üzündə əzilmiş-cırılmış yaralar, baş beyinin əzilməsi, epidural hametoma, kəllə və üz sümüklərinin qəlpəli yerinidəyişən sınıqları, sol göz almasının əziyi, enakulyasiyasının əmələ gəlməsi ilə həyat üçün təhlükəli olan sağlamlığa Ağır, Vaz-21099 markalı avtomobilin salonunda olan sərnişinlər X9 alnında əzilmiş-cırılmış yara, baş beyin silkələnməsi, sağ İ qabırğanın və boyun fəqərələrinin sınığının əmələ gəlməsi ilə həyat üçün təhlükəli olan sağlamlığa Ağır, X16 saidin orta 1/3-nin qapalı qəlpəli yerdəyişən sınığı, sol tərəf İİ-İİİ-İV-V qabırğaların sınığı, alın nahiyyəsinin əzilmiş-cırılmış yarası və baş beyin silkələnməsinin əmələ gəlməsi ilə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır, habelə Vaz- 2170 markalı ** XV *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində Xəyal Şabanova 2690 (iki min altı yüz doxsan) manat, Vaz-21063 markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində X6 2273 (iki min iki yüz yetmiş üç) manat və Vaz-21099 markalı T 449 PH 95 dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində isə Cavabdeh2 2800 (iki min səkkiz yüz) manat məbləğində ziyan vurması halları müəyyən edilərək, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (paltı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndlan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə-tibbi ekspertizasının 11 sentyabr 2017-15 sentyabr 2017-ci il tarixli 28 saylı rəyindən görünür ki, vətəndaş X7 müəyyən edilmiş xəsarətlər–alnında əzilmiş–cırılmış yara, baş beyin silkələnməsi, sağ İ qabırğanın və boyun fəqərələrinin sınığı–bərk küt əşyaların və əşyalara dəyməsi təsirindən törənmişlər, ilk məlumatda göstərdiyi kimi 15.08.2017-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sərnişin olduğu avtomobilin digəri ilə toqquşması nəticəsində yetirilə bilərdilər. Dərəcəsinə görə həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə-tibbi ekspertizasının 11 sentyabr 2017-15 sentyabr 2017-ci il tarixli 29 saylı rəyindən görünür ki, vətəndaş X14 müəyyən edilmiş xəsarətlər–üzündə əzilmiş-cırılmış yaralar, baş-beyinin əzilməsi, epidural hematoma, kəllə və üz sümüklərinin qəlpəli yerinnidəyişən sınıqları, sol göz almasının əziyi, enakulyasiyası–bərk küt əşyaların və əşyalara dəyməsi təsirindən törənmişlər, ilk məlumatda göstərdiyi kimi 15.08.2017-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sərnişin olduğu avtomobilin digəri ilə toqquşması nəticəsində yetirilə bilərdilər. Dərəcəsinə görə onun həyatı üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aiddir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə-tibbi ekspertizasının 11 sentyabr 2017-15 sentyabr 2017-ci il tarixli 34 saylı rəyindən görünür ki, vətəndaş X43 müəyyən edilmiş xəsarətlər-sol saidin ona 1/3-nin qapalı qəlpəli yerdəyişən sınığı, sol tərəf İİ-İİİ-İV-Y qabırğaların sınığı, alın nahiyyəsinin əzilmiş-cırılmış yarası və baş beyin silkələnməsi -bərk küt əşyaların və əşyalara dəyməsi təsirindən törənmişlər, ilk məlumatda göstərildiyi kimi 15.08.2017-ci il tarixdə baş vermiş yoİ-nəqliyyat hadisəsi zamanı sərnişini olduğu avtomobilin digər avtomobillə toqquşması nəticəsində yetirilə bilərdilər. Dərəcəsinə görə onun sağlamlığının uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə-tibbi ekspertizasının 11 sentyabr 2017-15 sentyabr 2017-ci il tarixli 26 saylı rəyindən görünür ki, vətəndaş X4 müəyyən edilmiş xəsarətlər- burnun, sağ dizin və sağ baldırın sıyrıqları, döş qəfəsinin əziyi–bərk küt əşyaların və əşyalara dəyməsi təsirindən törənmişlər, ilk məlumatda göstərdiyi kimi 15.08.2017-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı idarə etdiyi avtomobilin digəri ilə toqquşması nəticəsində yetirilə bilərdilər. Dərəcəsinə görə onun sağlamlığının qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş avto-nəqliyyat vasitələrinin texniki ekspertizasının 21.02.2018-ci il tarixli 00995 nömrəli ekspert rəyində göstərilmişdir ki, VAZ–21063 markalı, **-BX-*** d.q.n-lı nəqliyyat vasitəsinin ehtiyat hissələrinə dəymiş zərərin bazar qiyməti 750 (yeddi yüz əlli) manat, işçilik xidmətləri isə 650 (altı yüz əlli) manat müəyyən olunur. Avtomobilə dəymiş cəmi zərər 1400 (bir min dörd yüz) manatdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş avtonəqliyyat vasitələrinin texniki ekspertizasının 21.02.2018-ci il tarixli 00996 nömrəli ekspert rəyində göstərilmişdir ki, VAZ–2170 markalı, **-XV-*** d.q.n-lı nəqliyyat vasitəsinin ehtiyat hissələrinə dəymiş zərərin bazar qiyməti 1475 (bir min dörd yüz yetmiş beş) manat, işçilik xidmətləri isə 570 (beş yüz yetmiş) manat müəyyən olunur. Avtomobilə dəymiş cəmi zərər 2045 (iki min qırx beş) manatdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 01.03.2018-ci il tarixli, 0933/FQ/CML- 0810/2021 nömrəli sığorta aktından görünür ki, "xxxx" ASC tərəfindən sığortalı Cavabdeh2 hesabına 5000 (beş min) manat məbləğində əmlaka (VAZ-21099–T449PH95) vurulan zərərə görə sığorta ödənişinin məbləği köçürmə yolu ilə ödənilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 01.03.2018-ci il tarixli sığorta aktlarından görünür ki, "xxxx" ASC tərəfindən zərərə uğramış VAZ-2170 (**-XV-***) markalı avtomobilə görə X35 2045 manat və VAZ-21063 (**-BX-***) avtomobilə yetirilən zərərə görə zərərə uğramış əmlakın sahibi X41 1400 (bir min dörd yüz) manat məbləğində sığorta ödənişinin məbləği köçürmə yolu ilə ödənilir. İşdəki sənədlərdən həmçinin görünür ki, X6 750 manat, X15 1500 manat, X10 1500 manat, X30 1500 manat sığorta ödənişi ödənilmişdir. İş materiallarında olan 21.11.2019-cu il tarixli qəbzdən görünür ki, iddiaçı "xxxx" ASC hazırki iddianın qaldırılması üçün 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödəmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 15.10.2021-ci il tarixli, 9/6085 saylı rəyindən görünür ki, VAZ-2170” markalı, **-XV-*** dövlət qeydiyyat nömrəli avtomobilin təmir –bərpa xərcləri 1813 manat, “VAZ 21063” markalı 08-BX-l 80 dövlət qeydiyyat nömrəli avtomobilin təmir-bərpa xərcləri isə 1182 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 15.10.2021-ci il tarixli, 9/6085 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 80,0 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə məhkəmə-əmtəəşünaslıq ekspertizasının qəza nəticəsində sözügedən avtomobillərə vurulmuş ziyanın məbləği barədə 15.10.2021-ci il tarixli, 9/6085 saylı rəyini mötəbər sübut kimi qəbul edir. Belə ki, qeyd olunan rəy cavabdehlərin borcuna dair daha son və obyektiv məlumatları əks etdirir və daha düzgündür, müasir tədqiqat metodlarına əsaslanmışdır. Ona görə də məhkəmə həmin ekspertiza rəyinə istinad edərək, cavabdeh tərəfin iddiaçı təşkilata olan ödənməli borcunu “VAZ-2170” markalı, **-XV-*** dövlət qeydiyyat nömrəli avtomobilə görə ödənilmiş 1813 manat, “VAZ 21063” markalı 08-BX-l 80 dövlət qeydiyyat nömrəli avtomobilə görə ödənilmiş 1182 manat məbləğində qəbul edir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən Rayon Məhkəməsinin 06 mart 2018-ci il tarixli, 1 (019)-10/2018 nömrəli hökmü ilə təqsirləndirilən şəxs Cavabdeh1 15.08.2017-ci il tarixdə təxminən saat 20:40 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd yolunun Balakən rayonunun ərazisindən keçən 157-ci km-də «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, nəqliyyat vasitələrini idarə etmək hüququ və etibarnaməsi olmadan idarə etdiyi Vaz-21099 markalı T 449 PH 95 dövlət qeydiyyat nişanlı avtomobil ilə Balakən şəhəri istiqamətindən X40 Keçid Məntəqəsi istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda buna əməl etməyərək, hadisənin qarşısını almağa texniki imkanı olsa da almayıb, idarə etdiyi avtomobilin öz hərəkət zolağında təhlükəsiz hərəkətini təmin edə bilməyib, idarə etdyi Vaz-21099 markalı T 449 PH 95 dövlət qeydiyyat nişanlı avtomobil ilə qarşı sol hərəkət zolağına çıxaraq, qarşıdan X40 Keçid Məntəqəsi istiqamətindən Balakən şəhəri istiqamətində hərəkət edən X31 idarə etdiyi Vaz-2170 markalı ** XV *** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan qanad və qapı hissəsindən vurub toqquşduqdan sonra, həmin zolaqda hərəkətini davam etdirərək qarşıdan gələn X3 idarə etdiyi Vaz-21063 markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilllə toqquşması, nəticədə ehtiyatsızlıqdan Vaz- 21063 markalı avtomobilin sürücüsü X6 burunun, sağ dizin və sağ baldırın sıyrıqları, döş qəfəsinin əziyinin əmələ gəlməsi ilə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül və həmin avtomobilin avtomobilin salonunda olan sərnişin X19 üzündə əzilmiş-cırılmış yaralar, baş beyinin əzilməsi, epidural hametoma, kəllə və üz sümüklərinin qəlpəli yerinidəyişən sınıqları, sol göz almasının əziyi, enakulyasiyasının əmələ gəlməsi ilə həyat üçün təhlükəli olan sağlamlığa Ağır, Vaz-21099 markalı avtomobilin salonunda olan sərnişinlər X9 alnında əzilmiş-cırılmış yara, baş beyin silkələnməsi, sağ İ qabırğanın və boyun fəqərələrinin sınığının əmələ gəlməsi ilə həyat üçün təhlükəli olan sağlamlığa Ağır, X16 saidin orta 1/3-nin qapalı qəlpəli yerdəyişən sınığı, sol tərəf İİ-İİİ-İV-V qabırğaların sınığı, alın nahiyyəsinin əzilmiş-cırılmış yarası və baş beyin silkələnməsinin əmələ gəlməsi ilə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır, habelə Vaz- 2170 markalı ** XV *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində Xəyal Şabanova 2690 (iki min altı yüz doxsan) manat, Vaz-21063 markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində X6 2273 (iki min iki yüz yetmiş üç) manat və Vaz-21099 markalı T 449 PH 95 dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində isə Cavabdeh2 2800 (iki min səkkiz yüz) manat məbləğində ziyan vurması halları müəyyən edilərək, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (paltı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndlan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmçinin Cavabdeh2 barəsində Azərbaycan Respublikası İXM-nin 335.1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti BDYPİ-nə göndərilmiş və o, İXM-nin 335.1-ci maddəsilə təqsirli bilinmişdir. İddiaçı ASC tərəfindən zərərçəkmiş şəxslərə sağlamlığa vurulmuş zərərlə bağlı, sığorta aktları ilə X29-1500 manat; 2. X2-750 manat; 3. X25-1500 manat; 4. X20 -1500 manat sığorta ödənişi edilmişdir. Eyni zamanda İddiaçı ASC tərəfindən “VAZ-2170” markalı, **-XV-*** d.q.n. avtomobilə vurulmuş maddi ziyan 2045 manat, “VAZ 21063” markalı **-BX-*** d.q.n.avtomobilə görə 1400 manat ödəniş hesablanmışdır. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 15.10.2021-ci il tarixli, 9/6085 saylı rəyində 02.02.2015-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə VAZ-2170 markalı **-XV-*** dövlət qeydiyyat nömrəli avtomobilə görə 1813 manat və “VAZ 21063” markalı 08-BX-l80 dövlət qeydiyyat nömrəli avtomobilə görə 1182 manat müəyyən edilməklə avtomobillərə dəymiş ziyan müvafiq olaraq 1813 və 1182 manat miqdarında qiymətləndirilmişdir. Məhkəmə də həmin ekspertiza rəyində göstərilən VAZ- 2170 markalı **-XV-*** dövlət qeydiyyat nömrəli avtomobilə görə 1813 manat, “VAZ 21063” markalı 08-BX-l80 dövlət qeydiyyat nömrəli avtomobilə görə 1182 manat ziyanı əsas kimi qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Ona görə də məhkəmə hesab edir ki, Balakən Rayon Məhkəməsinin 06 mart 2018-ci il tarixli, 1 (019)-10/2018 nömrəli hökmü 15.08.2017-ci il tarixdə təxminən saat 20:40 radələrində göstərilən avtoqəza hadisəsinin olması və cavabdeh tərəfin həmin hadisəyə aidiyyəti hissəsində məcburi xarakter daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 933.1.1-ci maddəsinə əsasən sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi əsasında sığorta ödənişi həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən, «faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən və i.a. istifadə edilməsi və sair) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsiri olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunda ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 23.1.6-cı maddəsinə görə sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan yuxarıda göstərilən hüquq normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddiaçının cavabdehə qarşı yönəltdiyi X34, X8, X11, X1 vurulmuş ziyana görə ödənilmiş 5250 manat iddia tələbi əsaslıdır və tam təmin edilməlidir, “VAZ-2170” markalı, **-XV-*** dövlət qeydiyyat nömrəli avtomobilə görə ödənilmiş 2045 manat iddia tələbi 1813 manat hissədə təmin edilməli, 1813 manat tələbdən artıq tələb hissəsində isə təmin edilməməli, “VAZ 21063” markalı 08- BX-l 80 dövlət qeydiyyat nömrəli avtomobilə görə ödənilmiş 1400 manat iddia tələbi 1182 manat hissədə təmin edilməli, 1182 manat tələbdən artıq tələb hissəsində isə təmin edilməməlidir. Belə ki, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizanın 15 oktyabr 2021-ci il tarixli, 9/6085 nömrəli rəyində sığorta hadisə baş verən vaxt sığorta müqaviləsinin predmeti olan sözügedən “VAZ-2170” markalı, **-XV-*** dövlət qeydiyyat nömrəli avtomobilə 1813 manat və “VAZ 21063” markalı 08-BX-l 80 dövlət qeydiyyat nömrəli avtomobilə görə 1182 manat ziyan dəydiyi müəyyən edilmişdir və həmin rəy daha son məlumatları əks etdirməklə və tədqiqat metodlarına əsaslanmaqla daha obyektiv və ədalətlidir. Ona görə də bu xüsusda məhkəmə 0933/FQ/CML-0810/2018 №-li sığorta aktında göstərilən 1400 manatı və 0933/FQ/CML-0810/2018-1 №-li sığorta aktında göstərilən 2045 manatı vurulan ziyanla bağlı mötəbər əsas kimi, həmin sənədləri isə mötəbər sübutlar kimi qəbul etmir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərin törətdikləri yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı ASC tərəfindən X34, X8, X11, X1 vurulmuş ziyana görə ödənilmiş 5250 (beş min iki yüz əlli) manat, “VAZ-2170” markalı, **-XV-*** dövlət qeydiyyat nömrəli avtomobilə görə ödənilmiş 1813 (bir min səkkiz yüz on üç) manat, “VAZ 21063” markalı 08-BX-l80 dövlət qeydiyyat nömrəli avtomobilə görə ödənilmiş 1182 (bir min bir yüz səksən iki) manat-cəmi 8245 manat və ödənilmiş 28.45 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydad tutularaq İddiaçı ASC-yə verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq iş üzrə 80 manat ekspertiza xərcinin 75,86 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və 4,14 manatı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142593 büdcə səviyyəsinin kodu:3 ekspertiza xərci SAP (XİİS) hesabı X33 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 17.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallada iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlərin törətdikləri yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı ASC tərəfindən X34, X8, X11 və X1 vurulmuş ziyana görə ödənilmiş 5250 (beş min iki yüz əlli) manat, “VAZ-2170” markalı, **-XV-*** dövlət qeydiyyat nömrəli avtomobilə görə ödənilmiş 1813 (bir min səkkiz yüz on üç) manat, “VAZ 21063” markalı 08-BX-l80 dövlət qeydiyyat nömrəli avtomobilə görə ödənilmiş 1182 (bir min bir yüz səksən iki) manat-cəmi 8245 manat və ödənilmiş 28.45 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə verilsin; iddia qalan hissədə təmin edilməsin; iş üzrə 80 manat ekspertiza xərcinin 75,86 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və 4,14 manatı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142593 büdcə səviyyəsinin kodu:3 ekspertiza xərci SAP (XİİS) hesabı X33 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar