Məhkəmə qərarları › İş №2(019)-650/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-650/2021

30.06.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-650/2021 30.06.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X19 qızının katibliyi, Ərizəçi nümayəndəsi X6 və Maraqlı şəxs rəisi Nümayəndə2 iştirakları ilə Ərizəçi vətəndaşlıq vəziyyəti aktı qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən rayon Talalar kənd icra nümayəndəliyi tərəfindən 03.12.1974-cü il tarixdə tərtib edilmiş 80 saylı doğum haqqında akt qeydinin uşaq haqqında məlumat qrafasında cinsinin “kişi”, soyadının “Əzizov” qeydinin düzgün olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1974-cü il tarixdə Balakən rayonunun Talalar kəndində anadan olmuşdur. Doğumu 03.12.1974-ci il tarixdə Balakən rayon Talalar kənd icra nümayəndəliyi tərəfindən 80 nömrə ilə qeydə alınmış və ona doğum haqqında şəhadətnamə verilmişdir. Balakən rayon Talalar kənd icra nümayəndəliyi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədə soyadı Əzizova, adı Arzu, atasının adı Cahbarxan ,doğum tarixi xx.xx.1974-cü il qeyd edilmişdir. Həmin şəhadətnamə əsasında cinsi qadın, soyadı Əzizova yazılmaqla Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini almışdır. Həmin şəhadətnamə itdiyi üçün doğum haqqında təkrar şəhadətnamə alınması ilə bağlı Maraqlı şəxsnə müraciət edən zaman ona aydın olmuşdur ki, Balakən rayon Talalar kənd icra nümayəndəliyi tərəfindən 03.12.1974-cü il tarixdə tərtib edilmiş 80 saylı doğum haqqında akt qeydində cinsi “kişi”, soyadı “Əzizov” qeyd edilmişdir. Maraqlı şəxsnə Balakən rayon Talalar kənd icra nümayəndəliyi tərəfindən 03.12.1974-cü il tarixdə tərtib edilmiş 80 saylı doğum haqqında akt qeydində cinsinin “kişi”dən “qadın”-a, soyadının “Əzizov”dan “Əzizova” ya düzəliş edilməsi üçün müraciət etmiş, lakin qeydiyyat şöbəsi düzəliş etməkdən imtina edərək bildirmişdir ki, Balakən rayon Talalar kənd icra nümayəndəliyi tərəfindən 03.12.1974-cü il tarixdə tərtib edilmiş 80 saylı doğum haqqında akt qeydində cinsi kişi, soyadı Əzizov qeyd edilmiş, həmçinin həmin akt qeydində pozulmuş, əlavə yazılmış düzəlişlər müəyyən edilməmişdir. Düzəlişin aparılması üçün kifayət qədər əsas olmadığından məhkəməyə müraciət etməlidir. Bu səbəbdən düzəliş aparılması üçün məhkəməyə müraciət etməli olmuşdur. Maraqlı şəxs rəisi Nümayəndə2 məhkəmə iclasında ərizəyə etiraz etməyərək göstərdi ki, Ərizəçi Maraqlı şəxsnə ərizə ilə müraciət edərək Balakən rayon Talalar kənd icra nümayəndəliyi tərəfindən 03.12.1974-cü il tarixdə tərtib edilmiş 80 saylı doğum haqqında akt qeydinin uşaq haqqında məlumat qrafasında cinsinin “kişi” dən “qadın”a , soyadının “Əzizov” dan “Əzizova”ya düzəliş edilməsini xahiş etmişdir.Həmin ərizəyə Maraqlı şəxsndə baxılmış və düzəliş üçün kifayət qədər əsas olmadığından düzəliş aparılmasından imtina olunmuşdur. Belə ki, Balakən rayon Talalar kənd icra nümayəndəliyi tərəfindən 03.12.1974-cü il tarixdə tərtib edilmiş 80 saylı doğum haqqında akt qeydi qadın cinsli Ərizəçi adına deyil, kişi cinsli X9 adına tərtib edilmişdir, həmçinin həmin akt qeydində pozulmuş, əlavə yazılmış düzəlişlər müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydaları" nın əsas müddəalarının 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi, kifayət qədər əsas olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda, düzəliş üçün kifayət qədər əsas olmadığından qeydiyyata düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır.Bu səbəbdən də ərizəçiyə düzəliş edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Qanuni qətnamə qəbul edilməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Talalar kənd soveti tərəfindən 16 dekabr 1975-ci il tarixdə verilmiş AZ seriyalı 271842 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X4 arasında 25 dekabr 1975-ci il tarixdə 23 nömrə ilə nikah qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Talalar kənd 1 saylı kənd tam orta məktəbi tərəfindən verilmiş 14 aprel 2021-ci il tarixli 12 nömrəli arayışdan görünür ki, Əzizova X13 1 saylı kənd tam orta məktəbinin məzunu olub. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən rayon şöbəsi tərəfindən verilmiş 28 aprel 2021-ci il tarixli 05/76-531/14 nömrəli məktubdan görünür ki, 1974-cu il təvəllüdlü X1 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən rayon Şöbəsində hərbi qeydiyyatda yoxdur. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 29.04.2021-ci il tarixdə verilmiş 05/76-544/15 nömrəli sənəddə göstərilmişdir ki, “Maraqlı şəxsnə 10.04.2021-ci il tarixdə daxil olmuş ərizənizə cavab olaraq bildirirəm ki, Balakən rayon Talalar kənd icra nümayəndəliyi tərəfindən 03.12.1974-cü il tarixdə tərtib edilmiş 80 saylı doğum haqqında akt qeydində cinsinizin “kişi” dən “qadın”a , soyadınızın “Əzizov” dan “Əzizova”ya düzəliş edilməsi şöbəmizdə mümkün deyildir.Belə ki, Balakən rayon Talalar kənd icra nümayəndəliyi tərəfindən 03.12.1974-cü il tarixdə tərtib edilmiş 80 saylı doğum haqqında akt qeydi qadın cinsli Ərizəçi adına deyil, kişi cinsli X9 adına tərtib edilmişdir, həmçinin həmin akt qeydində pozulmuş, əlavə yazılmış düzəlişlər müəyyən edilməmişdir.Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydaları" nın əsas müddəalarının 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi, kifayət qədər əsas olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda, düzəliş üçün kifayət qədər əsas olmadığından qeydiyyata düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Bu səbəbdən də, kifayət qədər əsaslar olmadığından Balakən rayon Talalar kənd icra nümayəndəliyi tərəfindən 03.12.1974-cü il tarixdə tərtib edilmiş 80 saylı doğum haqqında akt qeydinizdə cinsinizin “kişi” dən “qadın”a , soyadınızın “Əzizov” dan “Əzizova”ya düzəliş edilməsi üçün məhkəməyə müraciət etməyiniz tövsiyə edilir”. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu İHB-nın Talalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 13.04.2021-ci il tarixli 346 nömrəli arayışdan görünür ki, Əzizova X12 rayonu Talalar kənd sakinidir. Talalar kənd İƏD üzrə nümayəndəliyinin 9 nömrəli təsərrüfatbaşı kitabının 791 nömrəli səhifəsində Ərizəçi cinsi qadın olaraq qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu İHB-nın Talalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 04.05.2021-ci il tarixli 463 nömrəli arayışdan görünür ki, AZE-01299081 nömrəli şəxsiyyət vəsiqəsində qeyd olunan X11 ilə AZ-644435 nömrəli doğum haqqında şəhadətnamədə qeyd olunan X8 eyni şəxsdir (özüdür). İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs tərəfindən 19 mart 2021-ci il tarixli 300 nömrəli arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1974-cü ildə Balakən rayonunun Talalar kəndində anadan olmuş Ərizəçi ailə vəziyyətinin müəyyən edilməsi məqsədi ilə 18.02.1992-ci ildən 19.03.2021-ci il ilədək olan dövrə aid vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Polis Şöbəsi tərfindən 09.02.2010-cu il tarixə verilmiş AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1974-cü ildə Balakən rayonunun Talalar kəndində anadan olmuşdur. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndələrinin izahatını dinləyib, iş üzrə toplanmış yazılı sübutlara əlaqəli şəkildə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi xx.xx.1974-cü ildə Balakən rayonunun Talalar kəndində anadan olmuşdur. X2 , anası X3r. Doğumu 03.12.1974-ci il tarixdə Balakən rayon Talalar kənd icra nümayəndəliyi tərəfindən 80 sayla qeydə alınmış və ona doğum haqqında şəhadətnamə verilmişdir. Balakən rayon Talalar kənd icra nümayəndəliyi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədə soyadı Əzizova, adı Arzu, atasının adı Cahbarxan , doğum tarixi xx.xx.1974-cü il qeyd edilmişdir. Həmin şəhadətnamə əsasında cinsi qadın, soyadı Əzizova yazılmaqla Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini almışdır. Doğum haqqında şəhadətnaməsi itdiyi üçün doğum haqqında təkrar şəhadətnamə alınması ilə bağlı Maraqlı şəxsnə müraciət edən zaman məlum olmuşdur ki, Balakən rayon Talalar kənd icra nümayəndəliyi tərəfindən 03.12.1974-cü il tarixdə tərtib edilmiş 80 saylı doğum haqqında akt qeydində onun cinsi “kişi”, soyadı “Əzizov” qeyd edilmişdir. Bundan sonra o doğum akt qeydində düzəliş edilməsi üçün Maraqlı şəxsnə müraciət etmişdir. Qeydiyyat Şöbəsi isə düzəliş üçün kifayət qədər əsas olmamasını, məhkəməyə müraciət etməli olmasını göstərərək əməliyyat aparmaqdan imtina etmişdir. Hüquq haqqında mübahisə yoxdur. Ona görə də ərizəçi doğum akt qeydində düzəliş edilməsi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.7-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi qızının 03.12.1974-cü il tarixdə Balakən rayon Talalar kənd icra nümayəndəliyində tərtib edilmiş 80 nömrəli doğum akt qeydinin uşaq haqqında məlumat qrafasında cinsinin “kişi” , soyadının “Əzizov” qeyd edilməsinin düzgün olmaması müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : Ərizə təmin edilsin. Ərizəçi 03.12.1974-cü il tarixdə Balakən rayon Talalar kənd icra nümayəndəliyində tərtib edilmiş 80 nömrəli doğum akt qeydinin uşaq haqqında məlumat qrafasında cinsinin “kişi”, soyadının “Əzizov” qeyd edilməsinin düzgün olmaması müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar