Məhkəmə qərarları › İş №2(019)-675/2021

Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-675/2021

08.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-675/2021 08.06.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə qarşı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən 31 oktyabr 2013-cü il tarixdə texniki səhv əsasında 2 (iki) mərtəbəli Hənifə kəndində yerləşən evinə verilmiş **********89-10301 nömrəli Texniki Pasportda və Çıxarışda düzəliş edilməsi üçün məhkəmə ekspertizasının təyin edilməsi haqqında məhkəməyə daxil olmuş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq, m ü ə y y ə n e t d i m: İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 18 saylı Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Ərazi İdarəsi tərəfindən 31 oktyabr 2013-cü il tarixdə texniki səhv əsasında 2(iki) mərtəbəli Hənifə kəndində yerləşən evinə verilmiş **********89- 10301 nömrəli Texniki Pasportda və Çıxarışda düzəliş edilməsi üçün məhkəmə ekspertizasının təyin edilməsi tələbinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra Azərbaycan Respublikası MPM) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Hazırki ərizənin məhkəmə icraatının mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, ərizənin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət olunmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən ərizədə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, həmçinin həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi göstərilməlidir. Lakin hazırki iddia ərizəsində iddiaçı kimi göstərilən İddiaçı1 poçt ünvanı və iddiaçıların tələbi göstərilməmişdir. Bu xüsusda iddianın predmeti kimi qeyd edilən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Ərazi İdarəsi tərəfindən 31 oktyabr 2013-cü il tarixdə texniki səhv əsasında 2(iki) mərtəbəli Hənifə kəndində yerləşən evinə verilmiş **********89- 10301 nömrəli Texniki Pasportda və Çıxarışda düzəliş edilməsi üçün məhkəmə ekspertizasının təyin edilməsi cavabdehə qarşı yönəldilən iddia tələbi kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 4.1 və 50.3-cü maddələrinin mənasına görə özünün qanunla qorunan hüquq və azadlıqları, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada iddiaçı tərəfindən cavabdehə qarşı yönəlmiş konkert, dəqiq ifadə olunmuş və bu konteksdə cavabdeh tərəfindən hər hansı hərəkətin edilməsi və ya edilməməsi ilə bağlı tələb iddia tələbi kimi qəbul olunur. Azərbaycan Respublikası MPMnin 97-103-cü maddələrinə əsasən məhkəmənin təyin etdiyi ekspertiza əsasında əldə edilmiş ekspertiza rəyləri isə mülki prosesdə mülki işin baxış mərhələsinə aid sübut növüdür və qətiyyən iddia tələbi deyildir. Mülki işin baxılması zamanı hər hansı ekspertiza rəyi məhkəmənin müvafiq qiymətləndirilməsi əsasında iddia tələbinin təmin edilməsi və ya təmin edilməməsi ilə əlaqədar digər sübutlarla yanaşı (məsələn yazılı sübutlar, maddi sübutlar, səs və videoyazılar, şahid ifadələri və sair), sübut kimi qəbul oluna bilər. Hesab edirəm ki, yuxarıda qeyd olunanlar hazırki iddia ərizəsinin qaytarılması üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən hesab edirəm ki, İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə qarşı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən 31 oktyabr 2013-cü il tarixdə texniki səhv əsasında 2 (iki) mərtəbəli Hənifə kəndində yerləşən evinə verilmiş **********89-10301 nömrəli Texniki Pasportda və Çıxarışda düzəliş edilməsi üçün məhkəmə ekspertizasının təyin edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və İddiaçı1 və İddiaçı2 iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-152,263-264 və 266- 268-ci maddələrini rəhbər tutub q ə r a r a a l d ı m: İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə qarşı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən 31 oktyabr 2013-cü il tarixdə texniki səhv əsasında 2 (iki) mərtəbəli Hənifə kəndində yerləşən evinə verilmiş **********89-10301 nömrəli Texniki Pasportda və Çıxarışda düzəliş edilməsi üçün məhkəmə ekspertizasının təyin edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın; İddiaçı1 və İddiaçı2 iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müraciət etmək hüququ izah edilsin. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar