Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-68/2024 03.10.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X10 adından yazılmış 25 may 2006 ya 2001-ci il tarixli vəsiyyətnamə etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, hazırki iddia ərizəsi onun cavabdeh X18 (bundan sonra-cavabdeh) qarşı “vəsiyyatnamənin etibarsız hesab edilməsi tələbi”nə dairdir. İddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdehlər X40 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X19 və İddiaçı qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, mirasın irsi transmissiya üzrə iddiaçılar tərəfindən qəbul etmə faktının müəyyən edilməsi, miras əmlakların irsi transmissiya üzrə onu qəbul etmiş vərəsələr arasında bərabər paylarla bölüşdürülməsi” tələbinə dair dair iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçılar tərəfindən mülki işin materiallarına X20 tərəfindən 25 may 2006 ya 2001-ci il tarixli vəsiyyətnamə əlavə edilmişdir. Vəsiyyatnaməyə əsasən X20, X18 vəsiyyətnamə qoymuşdur. Həmin vəsiyyətnamənin saxtalığına əsaslı şübhələri vardır. Bu səbəbdən də cavabdehlərə qarşı mövcud iddia irəli sürülür. İşin faktiki hallarına əsasən hesab edirlər ki, 25 may 2006 ya 2001-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməlidir. a) Birincisi, 25 may 2006-ci il tarixdə vəsiyyətnamə yazıla bilməzdi, o baxımdan ki, X20 xx.xx.2002-ci ildə vəfat etmişdir. Digər tərəfdən isə 25 may 2006 ya 2001-ci il tarixli X20 tərəfindən qoyulmuş vəsiyyətnamə əlavə edilmişdir, vəsiyyətnamənin saxtalığına əsaslı şübhələri vardır. Belə ki, həmin vəsiyyətnamə notarial qaydada təsdiq edilməmişdir. Vəsiyyətnamədə olan möhür oxunmur. Həmin vəsiyyətnamədə olan mərhum X10 və şahidlər X5 və X6 imzalarının həmin şəxslərə məxsus olub-olmamasına əsaslı şübhələr vardır. İkincisi, X40 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X16 3 №-li 05 oktyabr 2022-ci il tarixli məktubunda qeyd olunduğu kimi, Balakən rayon dövlət notariat kontoru tərəfindən 10 noyabr 2005-ci il tarixdə X10 mirasından almalı olduğu irs tam hissə müəyyənləşdirilməklə oğlu İddiaçı ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 2500 kv.m olan torpaq sahəsinə və 59.1 kv.m sahədən ibarət fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bundan başqa mərhum X7 qalmış miras əmlakı faktiki olaraq birinci növbə vərəsə X26 tərəfindən qəbul edilmiş, daha sonra isə onlar tərəfindən qəbul edilmişdir. Bu səbəbdən də hesab edirlər ki, qeyd olunan əmlaklara dair onun vərəsəlik və mülkiyyət hüququ tanınmalıdır. Bununla bağlı qeyd edir ki, əgər həqiqətən iddiaçının iddia etdiyi kimi miras əmlak X26 tərəfindən faktiki olaraq qəbul edilmiş olsaydı, onda həmin əmlaklar mərhum X17 ölümünə qədər 20 dekabr 2002-ci il tarixdən-08 fevral 2021-ci il tarixə kimi təxminən 19 il ərzində öz adına rəsmiləşdirə bilərdi. Lakin iş materiallarından məlum olur ki, X17 mirası qəbul etmək üçün kifayət qədər vaxtı olduğu halda qəbul etməmişdır. İşin faktiki hallarından belə məlum olur ki, miras qoyan X10 20 dekabr 2002-ci il tarixdə vəfatından sonra birinci növbə vərəsələrdən X26 anasından qalmış miras əmlakı nə qəbul etmiş, nə vəsiyyətnamə barədə məlumat vermiş, nə də ki onun qəbulundan imtina etmişdir. Bununla da mərhum X26 qanunvericiliyin tələblərinə uyğun olaraq susmuş vərəsə hesab edilir. Vərəsənin susması mirasdan imtina kimi qiymətləndirilir. Üçüncüsü, vəsiyyətnamə yazılan zaman mərhum X20 yataq xəstəsi olmuşdur. Belə olan halda vəsiyyətnamə qoyması real deyil. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə hazırki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili Nümayəndə2 iddianı qəbul etməyərək, iddianın əsassız olduğunu bildirərək, onun rədd olunmasını xahiş etmişdir. İş materiallarında olan Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 03 noyabr 2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı 136194 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X35 25 sentyabr 1992-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 03 noyabr 2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı 135195 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X20 20 dekabr 2002-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 24 fevral 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 162764 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X26 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Balakən rayonu Şərif kənd soveti tərəfindən 2 fevral 1958-ci il tarixdə verilmiş İ-İE seriyalı 044882 nömrəli evlənmək haqqında şəhadətnamədən görünür ki, X36 ilə X21 arasında 02 fevral 1958-ci ildə nikah bağlanmış, nikah bağlanandan sonra arvada Qıstarova soyadı verilmişdir. İş materiallarında olan Balakən rayonu Şərif kənd soveti tərəfindən 02 fevral 1984-cü il tarixdə verilmiş İİ-JQ seriyalı 333063 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X26 ilə X8 arasında 02 fevral 1984-cü ildə nikah bağlanmış, nikah bağlanandan sonra arvada Qıstarova soyadı verilmişdir. İş materiallarında olan Balakən rayonu Şərif kənd icra nümayəndəliyi tərəfindən 20 sentyabr 2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı 165305 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X29 ilə X22 arasında 20 sentyabr 2005-ci ildə nikah bağlanmış, nikah bağlanandan sonra arvada Çerçiyeva soyadı verilmişdir. İş materiallarında olan Balakən rayonu Şərif kənd soveti tərəfindən verilmiş X-JQ seriyalı 410506 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X22 xx.xx.1985-ci il tarixdə anadan olmuş, atası X30, anası Cavabdeh1 göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********83 olan xx.xx.2023-cü il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Şərif kəndində yerləşən 0.1665 ha kənd təsərrüfatı təyinatlı torpaqları İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********82 olan xx.xx.2022-ci il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Şərif kəndində yerləşən 0.22 ha kənd təsərrüfatı təyinatlı torpaqları İddiaçı və X10 adına ümumi birgə mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********81 olan xx.xx.2022-ci il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Şərif kəndində yerləşən 0.1444 ha kənd təsərrüfatı təyinatlı torpaqları İddiaçı və X10 adına ümumi birgə mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2005-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2002-ci il tarixdə vəfat etmiş-X10 vərəsəsi: Balakən rayonu Şərif kəndində yaşayan oğlu - İddiaçıdir. Şəhadətnamə verilən miras əmlak Balakən rayonu Şərif kəndində yerləşən, 1967-ci il də tikilən, divar, beton, üstü keramit, yaşayış sahəsi 46.5 kvm, ümumi sahəsi 59.1 kvm, torpaq sahəsi 2500 kvm, 2 otaqlı yaşayış evindən ibarətdir. İş materiallarında olan 15 dekabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2002-ci il tarixdə vəfat etmiş-X10 vərəsəsi: ünvan 2 ünvanında qeydiyyatda olan oğlu - İddiaçıdir (AZE0*******, xx.xx.2012 - Balakən RPŞ, FİN:xxxxxxx, d/t: xx.xx.1973) və o miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak -ƏMDK-nin yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2022 tarixdə X12 verilmiş **********83 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1ində yerləşən ümumi sahəsi 0.1665 ha olan torpaq sahəsinin mərhuma məxsus olan hissəsindən ibarətdir. - Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2022 tarixli qeydiyyat nömrəsi **********DC34401 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 1i ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. İş materiallarında olan 15 dekabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2002-ci il tarixdə vəfat etmiş-X10 vərəsəsi: ünvan 2 ünvanında qeydiyyatda olan oğlu - İddiaçıdir (AZE0*******, xx.xx.2012 - Balakən RPŞ, FİN:xxxxxxx, d/t: xx.xx.1973) və o miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak -ƏMDK-nin yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2022 tarixdə X12 verilmiş **********81 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1ində yerləşən ümumi sahəsi 0.1444 ha olan torpaq sahəsinin mərhuma məxsus olan hissəsindən ibarətdir. - Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2022 tarixli qeydiyyat nömrəsi **********DC34401 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 1i ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. İş materiallarında olan 25 may 2001-ci il tarixli vəsiyyətnamədən görünür ki, Balakən rayonu Şərif kəndində yaşayan X2 rayonu Şərif kəndində yerləşən 0.75 ha torpaq sahəsi, 1967-ci ildə tikilən, divarı beton, üstü keramitlə örtülmüş mənzilini-evini X24 vəsiyyət edir. İş materiallarına əlavə edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-4/848-5/662 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 25 may 2001-ci il tarixli vəsiyyətnamənin sonundakı “1. Şərif sakini X13 pasport XJQ N686602 xx.xx.1979” qrafasındakı imza - X13 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 25 may 2001-ci il tarixli vəsiyyətnamən sonundakı “2. Şərif sakini X3 pasport XVİJQ N579569 xx.xx.1981 qrafasındakı imza - X4 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 25 may 2001-ci il tarixli vəsiyyətnamənin sonundakı “İmza” qrafasındakı imzanın X20 tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Rəyin tədqiqi hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə tədqiqata təqdim edilmiş mülki işin 135ci vərəqəsində olan Vəsiyyətnamənin tərtib olunma vaxtını müəyyən etmək mümkün olmadı. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair xx.xx.2024-cü il tarixli, 3-16-16/2-4/848- 5/662 bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatının dəyəri 120 manat təşkil edir. İş materiallarından həmçinin görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, 25 may 2001-ci il tarixli vəsiyyətnamə ilə Balakən rayonu Şərif kəndində yaşayan X2 rayonu Şərif kəndində yerləşən 0.75 ha torpaq sahəsi, 1967-ci ildə tikilən, divarı beton, üstü keramitlə örtülmüş mənzilini-evini X24 vəsiyyət etmişdir. İddiaçı həmin vəsiyyətnamənin mərhum X20 və şahidlər X13 və X14 imzalanmadığını, həmin imzaların başqa şəxslər tərəfindən icra olunduğunu göstərərək, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə təyin olunmuş və keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-4/848-5/662 saylı rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş, 25 may 2001-ci il tarixli vəsiyyətnamənin sonundakı “1. Şərif sakini X13 pasport XJQ N686602 xx.xx.1979” qrafasındakı imza - X13 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 25 may 2001-ci il tarixli vəsiyyətnamən sonundakı “2. Şərif sakini X3 pasport XVİJQ N579569 xx.xx.1981 qrafasındakı imza - X4 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 25 may 2001-ci il tarixli vəsiyyətnamənin sonundakı “İmza” qrafasındakı imzanın X20 tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Rəyin tədqiqi hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə tədqiqata təqdim edilmiş mülki işin 135-ci vərəqəsində olan Vəsiyyətnamənin tərtib olunma vaxtını müəyyən etmək mümkün olmadı. Məhkəmə, iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-4/848-5/662 saylı rəyini mötəbər sübut kimi qəbul edir. Belə ki, həmin ekspertiza iddia ərizəsində alınması xahiş edilən və alınan X5 və X1 imza nümanələrinin tədqiqi əsasında keçirilmiş, ekspertiza tədqiqatı aparılarkən həmin imzalar bir-biri ilə müqayisə edilmiş, müasir tədqiqat metodları tətbiq edilməklə həmin imzaların bir-biri ilə uyğunluqları müəyyən edilmiş, bu uyğunluqların sabit və dəyərli olması və fərdi (təkrarolunmaz) məcmu təşkil etməsi göstərilməklə yekun nəticəyə gəlinmişdir. Eyni zamanda məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 4/848-5/662 saylı rəyinin tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilmişdir ki, tədqiq olunan imzanın X10 imza nümunələri ilə müqayisə edildikdə məlum oldu ki, adından tədqiqat aparılan şəxsin 1 ədəd iimza nümunəsi təqdim edildiyindən, tədqiq oluna imza ilə nümunə arasında 20 il fərq olduğundan, həm uyğunlaşdırıcı, həm də fərqləndirici əlamətlərin mövcud olması müqayisə vaxtı imkan vermir ki, qəti bir (müsbət və ya mənfi) rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyatını seçib ayırmaq mümkün olsun. Odur ki, tədqiq olunan imzanın X20 tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmadı. Bu xüsusda həmçinin məhkəmə bildirir ki, iş üzrə iddiaçı tərəfindən X15 hər hansı əlavə sərbəst imza nümunəsi məhkəməyə və ekspertizaya təqdim edilməmişdir. Həmin rəyin tədqiqat hissəsinin 3-cü bəndində isə göstərilir ki, tədqiqata təqdim edilmiş mülki işin 135-ci vərəqəsində olan vəsiyyətnamənin tərtib olunma vaxtını və həmin vəsiyyətnamənin kağızının tərtib edildiyi müddətini müəyyən etmək üçün elmi cəhətdən işlənib hazırlanması ekspert metodikası olmadığına görə qərarda göstərilən vəsiyyətnamənin tərtib edilmə vaxtı, vəsiyyətnamədə qeyd olunan tarix 25 may 2006-c il yoxsa 25 may 2001-ci ildir? Həmin vəsiyyətnamənin tərtib edildiyi kağız nümunəsi neçənci ilə təsadıüf edir? sualları üzrə tədqiqat işi aparılmadı. Bu xüsusda məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 4/848-5/662 saylı rəyi kifayət qədər aydın, tam və əsaslıdır. Ona görə də həmin rəyin mötəbər sayılmamasına dair heç bir tutarlı fakt və əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci madddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-cı maddəsinə görə fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1167-ci maddəsinə görə vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1179.1 və 1179.2-ci maddələrinə görə vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir; notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə (yerli özünüidarə orqanı) müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1184-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar, fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxslər, vəsiyyət üzrə vərəsələr və onların yüksələn və enən xətt üzrə qohumları, bacıları, qardaşları, arvadı (əri) və vəsiyyət tapşırığını alan (leqatari) vəsiyyətin şahidləri ola bilməzlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1190-cı maddəsinə əsasən vəsiyyətnamədə onun tərtib edildiyi tarix göstərilməlidir. Tarixin göstərilməməsi vəsiyyətnamənin etibarsızlığına yalnız vəsiyyətnamənin tərtibi, dəyişdirilməsi və ya ləğvi zamanı vəsiyyət edənin fəaliyyət qabiliyyətli olmasına dair şübəhənin aradan qalxmadığı, habelə bir neçə vəsiyyətnamənin olduğu halda səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1220.0-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnaməni aşağıdakı üsullarla həmişə dəyişdirə və ya ləğv edə bilər: 1220.0.1. əvvəlki vəsiyyətnaməni və ya onun yeni vəsiyyətnaməyə zidd hissəsini birbaşa ləğv edən yeni vəsiyyətnamə tərtib etməklə; 1220.0.2. notariat orqanına ərizə verməklə; 1220.0.3. Vəsiyyətnamənin bütün nüsxələrinin vəsiyyət edən tərəfindən və ya onun sərəncamı ilə notarius tərəfindən məhv edilməsi ilə. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1223.2-ci maddəsinə əsasən notariat vəsiyyətnaməsi başqa formalı vəsiyyətnamə ilə ləğv edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1179.2-ci maddəsinə, «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 15 və 18-1-ci maddələrinə dair» 29 iyun 2007-ci il tarixli qərarında göstərilmişdir ki, «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 15 və 18-1-ci maddələrində bələdiyyələr tərəfindən vəsiyyətnamələrin təsdiq edilməsi qaydasının nəzərdə tutulmaması öz-özlüyündə yerli özünüidarə orqanlarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1179.2-ci maddəsində təsbit olunmuş notariusun olmadığı yerlərdə vəsiyyətnamələri təsdiq etmək səlahiyyətini istisna etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1225.1-ci maddəsinə görə vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin1225.2-ci maddəsinə əsasən qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin1225.3-cü maddəsinə əsasən əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.3-cü maddəsinə əsasən bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.6-cı maddəsinə əsasən əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 325.1-ci maddəsinə əsasən başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 325.3-cü maddəsinə əsasən əqdi bağlamış şəxsin ölümü və ya fəaliyyət qabiliyyətini itirməsi iradə ifadəsindən sonra baş verərsə, iradə ifadəsinin etibarlığına təsir göstərməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 327-ci maddəsinə əsasən birtərəfli əqdlərə öhdəliklər və ya müqavilələr haqqında ümumi müddəalar müvafiq surətdə o halda tətbiq edilir ki, bu, bu Məcəlləyə, əqdin birtərəfli xarakterinə və mahiyyətinə zidd gəlməsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.2-ci maddəsinə əsasən tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər (müəyyən formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsində hakimiyyətdən suiistifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340-cı maddəsində uydurma və yalan əqdlərin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 341-ci maddəsində qeyri-ciddi əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 342-ci maddəsində fəaliyyət qabiliyyəti olmayan fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 343-cü maddəsində fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 344-cü maddəsində on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 345-ci maddəsində on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346-cı maddəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 347-ci maddəsində vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 349-cu maddəsində hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxan əqdin etibarsızlığının əsasları və şərtləri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 351.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İş materiallarından görünür ki, işdəki sübutlarla X10 25 may 2006 ya 2001-ci il tarixli vəsiyyətnaməsinin etibarsız hesab edilməsi üçün qanunda nəzərdə tutulmuş hallar və əsaslar mövcud deyildir. Belə ki, həmin vəsiyyətnamənin X20 tərəfindən deyil, başqa şəxs tərəfindən imzalanması müəyyən olunmamışdır. İş üzrə keçirilənt məhkəmə-xətşünaslıq ekspertizasının 02 iyul 2024-cü il tarixli 4/848-5/662 nömrəli rəyi ilə də 25 may 2001-ci il tarixli vəsiyyətnamədəki şahid imzalarının X13 və X4 tərəfindən icra olunması müəyyən edilmişdir. Həmin 25 may 2001-ci il tarixli vəsiyyətnamə yerli icra nümayəndəliyi təprəfindən notarial qaydada təsdiq olunmuş, reyestrə daxil edilmiş, dövlət rüsumu müvafiq qaydada ödənilmiş və həmin vəsiyyətnamədə notariat funsiyalarını həyata keçirən şəxsin imzası icra edilmişdir. Məhkəmə həmin 25 may 2001-ci il tarixli vəsiyyətnamənin notarial qaydada təsdiqinə sənədin düzlüyü və tamlığı prezumpsiyasından yanaşaraq qeyd edir ki, həmin vəsiyyətnamə notarial qaydada təsdiq olunmuş və bu zaman həm vəsiyyətnamənin, həm də onun notarial qaydada təsdiqinin qanunvericilikdə nəzərdə tutulmuş qaydalarına və şərtlərinə əməl olunmuşdur. Ona görə də həmin vəsiyyətnamənin etibazsız hesab olunması üçün faktoloji hallar və hüquqi əsaslar müəyyən edilməmişdir. İş üzrə iddiaçı və onun nümayəndəsi-vəkili tərəfindən iddia tələbinin əsaslandırıldığı halları təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamış və iddia tələbinin əsaslılığı sübut olunmamışdır. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) iddia tələbinin əsaslandırıldığı halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını, 02 iyul 2024-cü il tarixli 4/848/-5/662 nömrəli məhkəmə-xətşünaslıq ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalıdır. Həmçinin iddianın təmin olunmaması nəticəsinə gəlindiyi üçün hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia rədd edildiyi üçün iş üzrə 120 manat ekspertiza xərci İddiaçı tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142593 büdcə səviyyəsinin kodu:3 ekspertiza xərci SAP (XİİS) hesabı X34 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 17.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin olunmasın. Hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. İş üzrə 120 manat ekspertiza xərci İddiaçı tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142593 büdcə səviyyəsinin kodu:3 ekspertiza xərci SAP (XİİS) hesabı X34 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-68/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-68/2024
03.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver