Məhkəmə qərarları › İş №2(019)-691/2020

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-691/2020

08.10.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-691/2020 08.10.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, iddiaçı Baliaşvili (Əliyeva) Gülarə Musa qızının nümayəndəsi X3, cavabdehlər X1, Cavabdeh3nın və Əliyeva (Seyidova) Məryəm Musa qızının iştirakı ilə, İddiaçı Baliaşvili (Əliyeva) Gülarə Musa qızının cavabdehlər Cavabdeh1, X11, Cavabdeh3 və Əliyeva (Seyidova) Məryəm Musa qızına qarşı torpaq sahələrindən payların müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Baliaşvili (Əliyeva) Gülarə Musa qızı cavabdehlər Cavabdeh1, X11, Cavabdeh3 və Əliyeva (Seyidova) Məryəm Musa qızına qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən rayonu İtitala kəndində JN 289A nömrəli, KOD ********* olan “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən 0.16 ha həyətyanı torpaq sahəsindən və JN 289 nömrəli, KOD ********* olan “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət Aktına əsasən 2.39 ha kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün pay torpaq sahəsindən paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Baliaşvili (Əliyeva)Gülarə Musa qızı iddianı onunla əsaslandırmışdır ki, o, xx.xx.1967-ci ildə Balakən rayonunun İtitala kəndində anadan olmuşdur. xx.xx.1999-cu ildə Balakən rayon İtitala kənd sakini X5 ərə getmiş və rəsmi nikaha daxil olmuşlar. Dövlət tərəfindən islahatlar aparılarkən ona və ailə üzvlərinə- atası Cavabdeh1, anası X2, bacıları Cavabdeh4 və Cavabdeh3 Balakən rayonu İtitala kəndində JN 289A nömrəli, KOD ********* olan "Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən 0.16 ha həyətyanı torpaq sahəsi və JN 289 nömrəli, KOD ********* olan “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət Aktına əsasən 2.39 ha kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün pay torpaq sahəsi verilmişdir. Hal-hazırda payına verilmiş torpaq sahəsindən cavabdehlər istifadə edir. Cavabdehlər torpaq sahələrinin ona məxsus hissəsinin ayrılmasına etiraz edirlər. Bununla da onun mülkiyyət və istifadə hüququ pozulmuşdur. Ona görə də mübahisəli torpaq sahələrindən payının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdtir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X8 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər X14, Cavabdeh3 və Əliyeva (Seyidova) Məryəm Musa qızı iddianı qəbul etməyərək, verdiyi izahatlarında göstərmişlər ki, islahatlar aparılarkən İddiaçı və ailə üzvlərinə-atası Cavabdeh1, anası X2, bacıları Cavabdeh4 və Cavabdeh3 Balakən rayonu İtitala kəndində JN 289A nömrəli, KOD ********* olan "Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən 0.16 ha həyətyanı torpaq sahəsi və JN 289 nömrəli, KOD ********* olan “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət Aktına əsasən 2.39 ha kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün pay torpaq sahəsi verilmişdir. İddiaçı başqa yerdən torpaq sahəsi vermişlər. Ona görə də iddia əsassızdır və rədd edilməlidir. Cavabdeh1 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən JN-289 KOD-40100038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Balakən rayon X4 xx xxxx 1998-ci il tarixli, 09 nömrəli qərarı ilə Cavabdeh1, X14, Cavabdeh3, Əliyeva (Baliaşvili) Gülarə Musa qızı və Əliyeva (Seyidova) Məryəm Musa qızının ümumi birgə mülkiyyətinə Balakən rayonu İtitala kəndi ərazisindən 2.39 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən JN-289A KOD-40100038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Balakən rayon X4 xx xxxx 1998-ci il tarixli, 09 nömrəli qərarı ilə Cavabdeh1, X14, Cavabdeh3, Əliyeva (Baliaşvili) Gülarə Musa qızı və Əliyeva (Seyidova) Məryəm Musa qızının ümumi birgə mülkiyyətinə Balakən rayonu İtitala kəndi ərazisindən 0.16 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon İtitala kənd icra nümayəndəliyi tərəfindən xx xxxxxxx 1999-cu il tarixdə verilmiş Vİİ-JQ seriyalı 313164 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki,X8 ilə X12rasında nikah Balakən rayon İtitala kənd icra nümayəndəliyində xx xxxxxxx 1999-cu il tarixdə 6 nömrə ilə nikah qeyd edilmiş, nikah bağlanandan sonra arvada Baliaşvili soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon İtitala kənd soveti tərəfindən x xxxxxx 1967-ci il tarixdə verilmiş AZ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X13 x xxxxxx 1967-ci il tarixdə anadan olmuş, atası Cavabdeh1, anası X14 yazılmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin və məhkəmə iclasında iştirak edən cavabdehlərin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia əsaslıdır və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən rayonu İtitala kəndində 2.39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0.16 ha həyətyanı torpaq sahəsi Cavabdeh1, X9, Cavabdeh3, Baliaşvili (Əliyeva) Gülarə Musa qızının və Əliyeva (Seyidova) Məryəm Musa qızının ümumi mülkiyyətindədir. Hazırda iddiaçı Baliaşvili (Əliyeva) Gülarə Musa qızı ümumi mülkiyyətdə olan torpaq sahələrindən öz payının müəyyən edilməsini tələb edir. Cavabdehlər Cavabdeh1, X14, Cavabdeh3 və Əliyeva (Seyidova) Məryəm Musa qızı buna razı olmadıqlarından iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X6 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “X7”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.1-ci maddəsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-213.2 və 213.5-ci maddələrinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə görə əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-220.3-cii maddələrinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, JN 289A nömrəli, KOD ********* olan “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən 0.16 ha həyətyanı torpaq sahəsi və JN 289 nömrəli, KOD ********* olan “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət Aktına əsasən 2.39 ha kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün pay torpaq sahəsinin 1/5 hissəsinə İddiaçı pay hüququ vardır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək, İddiaçı mübahisə predmeti olan torpaq sahələrinin ümumi mülkiyyətçisi olmasını, ümumi mülkiyyət subyektlərinin iddiaçı da daxil olmaqla 5 nəfər olmasını və qanunun tələbinə görə ümumi mülkiyyətdə payların bərabər olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli,İddiaçıJN-289A KOD ********* nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Cavabdeh1, X14, Cavabdeh3, Əliyeva (Baliaşvili) Gülarə Musa qızı və Əliyeva (Seyidova) Məryəm Musa qızının ümumi mülkiyyətinə verilmiş 0.16 ha həyətyanı torpaq sahəsinin 1/5 hissəsinə və JN-289 KOD ********* nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Cavabdeh1, X14, Cavabdeh3, Əliyeva (Baliaşvili) Gülarə Musa qızı və Əliyeva (Seyidova) Məryəm Musa qızının ümumi mülkiyyətinə verilmiş 2.39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/5 hissəsinə payı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı JN-289A KOD ********* nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Cavabdeh1, X14, Cavabdeh3, Əliyeva (Baliaşvili) Gülarə Musa qızı və Əliyeva (Seyidova) Məryəm Musa qızının ümumi mülkiyyətinə verilmiş 0.16 ha həyətyanı torpaq sahəsinin 1/5 hissəsinə və JN-289 KOD ********* nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Cavabdeh1, X14, Cavabdeh3, Əliyeva (Baliaşvili) Gülarə Musa qızı və Əliyeva (Seyidova) Məryəm Musa qızının ümumi mülkiyyətinə verilmiş 2.39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/5 hissəsinə payı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar