Məhkəmə qərarları › İş №2(019)-692/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-692/2021

06.07.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-692/2021 06.07.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov ibadullah Şamil oğlunun katibliyi, Ərizəçi nümayəndəsi-vəkili X34 iştirakı ilə Ərizəçi doğum akt qeydində qeydin düzgün olmamasının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X5nun vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi, X9 Maraqlı şəxs tərəfindən 27.06.1942-ci il tarixdə tərtib edilmiş 95 saylı doğum haqqında akt qeydində mərhum anasının soyadının “Süleymanova” dan “Rəsulova” ya düzəliş edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi-vəkili X41 ərizədəki tələbin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxsndə 27 iyun 1942ci il tarixdə tərtib edilmiş 95 saylı doğum haqqında akt qeydində Ərizəçi X5nun anası X2 Rəsulova əvəzinə Süleymanova kimi qeyd olunmasının düzgün olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edimlmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1960-cı ildə Balakən rayonunun Qazma kəndində anadan olmuşdur. X5, anası X12 olmuşdur. X5 20 iyun 1942-ci ildə anadan olmuşdur. Onun atası X16, atasının anası isə Rəsulova (Süleymanova) Zeynəb Müslüm qızı olmuşdur. X9 doğumu barədə 27 iyun 1942-ci ildə Maraqlı şəxsndə 95 nömrəli doğum haqqında bərpa akt qeydi tərtib olunmuşdur. X32 anası və atası arasında rəsmi nikah olmamışdır. Onların nikahları olmadığı halda X5nun doğum akt qeydinin ana qrafasında anasının soyadı Rəsulova əvəzinə Süleymanova qeyd edilmişdir. X5 30 iyun 2005-ci ildə ölmüşdür. Atasının anası X29 isə 30 noyabr 2004-cü ildə ölmüşdür. X7 Balakən rayonu Aqrar İslahat Komissiyasının qərarı ilə 0.38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 0.12 ha həyətyanı torpaq sahəsi verilmişdir. Eyni zamanda 0.12 ha həyətyanı torpaq sahəsində 1999-cu il tarixdə tikilmiş 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi vardır. X19 ölümündən sonra onun iki vərəsəsi-X5 və o, qalmışdır. Nənəsinin ölümündən sonra qalmış bütün mirası o, qəbul etmişdir. Mirasın qəbulu məqsədi ilə sənədləri Balakən rayon Notariat Ofisinə təqdim etmiş, lakin atasının doğum haqqında şəhadətnaməsinin ana qrafasında anasının soyadının Rəsulova əvəzinə Süleymanova yazıldığı aşkar edilmiş, Balakən rayon Notariat ofisi sənədləri geri qaytarmış və Maraqlı şəxsnə düzəliş üçün müraciət etməsi bildirilmişdir. O da atasının doğum haqqında akt qeydinin ana qrafasında düzəliş edilməsi üçün sənədlərini Maraqlı şəxsnə təqdim etmiş, lakin qeydiyyat şöbəsi tərəfindən məktub təqdim edilərək, mərhum X5 barəsində Maraqlı şəxs tərəfindən 27.06.1942-ci il tarixdə tərtib edilmiş 95 saylı doğum haqqında akt qeydində mərhum anasının soyadının “Süleymanova” dan “Rəsulova” ya düzəliş edilməsinin şöbədə mümkün olmaması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydaları" nın əsas müddəalarının 1 -ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi, kifayət qədər əsas olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilməsi, aidiyyəti şəxslər arasında mübahisə olduqda, düzəliş üçün kifayət qədər əsas olmadığından qeydiyyata düzəlişin məhkəmənin qətnaməsi əsasında aparılması, bu səbəbdən də kifayət qədər əsaslar olmadığından doğum barədə akt qeydində düzəliş edilməsi üçün məhkəməyə müraciət etməli olması bildirilmişdir. Ona görə də o, yuxanda qeyd olunan sənədlərin əsasında atasının doğum akt qeydində düzəliş edilməsini istəyir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi-vəkili X41 ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat vermiş və ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan hazırki işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxudl məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 Nəsrullah Kamal oğlu və X30 ifadələrində Ərizəçi X5nun olduğunu, Əsəbəlinin 20 iyun 1942-ci ildə anadan olduğunu, onun atasının X16, atasının anasının isə X29 olduğunu, X10 doğumu barədə 27 iyun 1942-ci ildə Maraqlı şəxsndə 95 nömrəli doğum haqqında bərpa akt qeydi tərtib olunduğunu, Əsəbəli Süleymanovun anası və atası arasında rəsmi nikah olmadığını, onların nikahları olmadığı halda X9 doğum akt qeydinin ana qrafasında anasının soyadının Rəsulova əvəzinə Süleymanova kimi səhv qeyd edildiyini, X10 30 iyun 2005-ci ildə, onun anası X19 isə 30 noyabr 2004-cü ildə öldüyünü, X24 Balakən rayon Aqrar İslahat Komissiyasının qərarı ilə 0.38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 0.12 ha həyətyanı torpaq sahəsinin verildiyini və Zeynəbin 0.12 ha həyətyanı torpaq sahəsində 1999-cu il tarixdə tikilmiş 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinin olduğunu, X19 ölümündən sonra onun iki vərəsəsinin X9 və Ərizəçi olduğunu göstərmişlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Maraqlı şəxs tərəfindən 10 dekabr 2020ci il tarixdə verilmiş 934 nömrəli nikah haqqında akt qeydindən çıxarışdan görünür ki, X15 ilə X12 arasında nikah Balakən rayon Qazma kənd icra nümayəndəliyində 11 aprel 1960ci il tarixdə 10 nömrə ilə nikah qeyd edilmiş, nikah bağlanandan sonra arvada Süleymanova soyadı verilmişdir. Qeyd edilən nikah Maraqlı şəxs tərəfindən tərtib olunmuş 06.03.1979-cu il tarixli 14№-li akt qeydinə əsasən pozulmuşdur. İşdə olan Maraqlı şəxs tərəfindən 15 dekabr 2020-ci il tarixdə verilmiş 948 №-li doğum haqqında akt qeydindən çıxarışdan görünür ki, X15 20.06.1942-ci il tarixdə anadan olmuş, atası X16, anası X20 yazılmışdır. Qeyd edilən şəxs Balakən rayon Hənifə kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 04.07.2005-ci il tarixli 25 nömrəli ölüm haqqında akt qeydinə əsasən vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs tərəfindən 19 dekabr 2020-ci il tarixdə verilmiş 963 nömrəli akt qeydindən görünür ki, X29 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış və 30.11.2004-cü ilədək onun nikahının qeydə alınmasına dair məlumat aşkar edilməmişdir. Qeyd edilən şəxs Balakən rayon Hənifə kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 03.12.2004-ci il tarixli 52 nömrəli ölüm haqqında akt qeydinə əsasən 30.11.2004-cü ildə vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Maraqlı şəxs tərəfindən 10 dekabr 2020ci il tarixdə verilmiş 933 nömrəli doğum haqqında akt qeydindən çıxarışdan görünür ki, Ərizəçi xx.xx.1960-cü il tarixdə anadan olmuş, X5, anası X12 yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs tərəfindən 10 dekabr 2020-ci il tarixdə verilmiş AZ-İİ 095584 №-li ölum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X13 30.06.2005-ci il tarixdə ölmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş JN 841A KOD 40102018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2001-ci il tarixli qərarı ilə Balakən rayonu Mahamalar kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi X24 verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu İcra Hakimiyyətinin Hənifə kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş 27.04.2021-ci il tarixli, 372 №-li arayışdan görünür ki, həqiqətən X4 sakinidir, torpaq sahəsi satılmayıb, payçılar arasında mübahisə yoxdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu İcra Hakimiyyətinin Hənifə kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş 13 aprel 2021-ci il tarixli, 317 nömrəli arayışdan görünür ki, həqiqətən mərhum X8 rayonu Hənifə kəndində daimi qeydiyyatda olmuşdur və onun aşağıda qeyd edilmiş vərəsələri olmuşdur: oğlu-X15 və nəvəsi Ərizəçi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 22 oktyabr 2004-cü il tarixli vəsiyyətnamədən görünür ki, X29 1 ədəd çay daşı, kubik, kərpicdən tikilmiş evini (3 otaqlı), 12 (on iki) həyətyanı sahəni X21 vəsiyyət etmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 29.04.2021-ci il tarixli, 05/76- 539/15 nömrəli məktubda göstərilmişdir ki, X5 barəsində Maraqlı şəxs tərəfindən 27.06.1942-ci il tarixdə tərtib edilmiş 95 saylı doğum haqqında akt qeydində mərhum anasının soyadını “Süleymanova” dan “Rəsulova”ya düzəliş edilməsi şöbədə mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydaları"nın əsas müddəalarının 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi, kifayət qədər əsas olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda, düzəliş üçiin kifayət qədər əsas olmadığından qeydiyyata düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Bu səbəbdən də, kifayət qədər əsaslar olmadığından X5 barəsində Maraqlı şəxs tərəfindən 27.06.1942ci il tarixdə tərtib edilmiş 95 saylı doğum haqqında akt qeydində mərhum anasının soyadını “Süleymanova” dan “Rəsulova”ya düzəliş edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə edilir. İşdə olan 03.06.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi hazırki ərizə ilə bağlı 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi-vəkilinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış yazılı sübutlara əlaqəli şəkildə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi xx xxxx 1960-cı ildə Balakən rayonunun Qazma kəndində anadan olmuşdur. X5, anası X12 olmuşdur. Ərizəçinin X5 20 iyun 1942-ci ildə anadan olmuş, onun atası X16, anası isə Rəsulova (Süleymanova) Zeynəb Müslüm qızı olmuşdur. Əsəbəli Süleymanovun doğumu barədə 27 iyun 1942-ci ildə Maraqlı şəxsndə 95 nömrəli doğum haqqında bərpa akt qeydi tərtib olunmuşdur. Ərizəçinin X32 anası və atası arasında rəsmi nikah olmamışdır. Onların nikahları olmadığı halda X9 doğum akt qeydinin ana qrafasında anasının soyadı Rəsulova əvəzinə Süleymanova kimi qeyd edilmişdir. Ərizəçinin X5 30 iyun 2005-ci ildə ölmüşdür. Onun anası X29 isə 30 noyabr 2004-cü ildə ölmüşdür. Ərizəçinin X7 Balakən rayonu Aqrar İslahat komissiyasının qərarı ilə 0.38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0.12 ha həyətyanı torpaq sahəsi verilmişdir. Eyni zamanda ərizəçinin nənəsi Zeynəbin 0.12 ha həyətyanı torpaq sahəsində 1999-cu il tarixdə tikilmiş 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi vardır. X19 ölümündən sonra onun iki vərəsəsi-oğlu X15 və nəvəsi Ərizəçi qalmışdır. Nənəmin ölümündən sonra ərizəçi nənəsi Zeynəbin mirasının qəbulu məqsədi ilə sənədlərini Balakən rayon Notariat Ofisinə təqdim etmiş, lakin atasının doğum haqqında şəhadətnaməsinin ana qrafasında anasının soyadının Rəsulova əvəzinə Süleymanova yazıldığı aşkar edilmiş, Balakən rayon Notariat ofisi sənədləri geri qaytarmış və Maraqlı şəxsnə düzəliş üçün müraciət etməsini bildirilmişdir. Ərizəçi doğum akt qeydində düzəliş edilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, həmin Qeydiyyat Şöbəsi 29.04.2021-cu il tarixli, 05/76-539/15 nömrəli məktubla ərizəsçinin atasının doğum akt qeydində düzəliş edilməsinin şöbədə mümkün olmadığını bildirərək, əməliyyat aparmaqdan imtina etmişdir. Hüquq haqqında mübahisə yoxdur. Ərizəçi göstərilən faktı təsdiq edən sənədləri başqa qaydada ala bilmir və bu, ona atası və nənəsindən qalmış mirasın rəsmiləşdirilməsi üçün lazımdır. Ona görə də ərizəçi atasının doğum akt qeydində qeydiyyatın düzgün olmamasının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 163.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Azərbaycan Respublikası MPM-nin 305.1.7-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Azərbaycan Respublikası MPM-nin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 339.2-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 340-cı maddəsinə əsasən ərizədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının nədən ibarət olması, nə vaxt və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan hansı orqanın edilmiş qeydi düzəltməkdən imtina etməsi göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Ərizəçi X5nun Maraqlı şəxsndə 27.06.1942-ci il tarixdə tərtib edilmiş 95 saylı doğum haqqında akt qeydində mərhum anası X1 Süleymanova kimi göstərilməsi qeydinin düzgün olmamasının müəyyən edilməsi üçün bütün faktoloji və hüquqi əsaslar mövcuddur. Ona görə də ərizə əsaslıdır və təmin olunmalıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Maraqlı şəxsndə 27 iyun 1942-ci il tarixdə tərtib edilmiş 95 saylı doğum haqqında akt qeydində Ərizəçi X5nun anası X2 Rəsulova əvəzinə Süleymanova kimi qeyd olunmasının düzgün olmaması müəyyən edilməli, Azərbaycan Respublikası MPM-nin 341-ci maddəsinə əsasən qanuni qüvvəyə minməsindən sonra hazırki qətnamənin Maraqlı şəxsndə 27 iyun 1942-ci il tarixdə tərtib edilmiş 95 saylı doğum haqqında akt qeydində Ərizəçi X5nun anası X6 qeydində Süleymanova soyadının Rəsulova soyadına düzəliş edilməsi üçün əsas olması izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : Ərizə təmin edilsin. Maraqlı şəxsndə 27 iyun 1942-ci il tarixdə tərtib edilmiş 95 saylı doğum haqqında akt qeydində Ərizəçi X5nun anası X2 Rəsulova əvəzinə Süleymanova kimi qeyd olunmasının düzgün olmaması müəyyən edilsin; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 341-ci maddəsinə əsasən qanuni qüvvəyə minməsindən sonra hazırki qətnamənin Maraqlı şəxsndə 27 iyun 1942-ci il tarixdə tərtib edilmiş 95 saylı doğum haqqında akt qeydində Ərizəçi X5nun anası X6 qeydində Süleymanova soyadının Rəsulova soyadına düzəliş edilməsi üçün əsas olması izah edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar