Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-702/2021 14.06.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, İddiaçı1 Məhəmməli qızının və İddiaçı2 Cavabdeh qarşı 16 iyul 2011-ci il tarixində avtonəqliyyat-yol qəzası ilə bağlı-bədbəxt hadisə, 3 (üç) ölən və 3 (üç) yaralını nəzərə alaraq, cavabdehin icbari sığorta olunduğunu və “xxxx”nın üçüncü şəxs qismində sosial sığorta pulunun öhdəlik olaraq üzərinə qoyulması və onlar zərərçəkənlərə ödənməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq, müəyyən etdim: İddiaçı1 Məhəmməli qızı və Nuriyeva X1 Abdulla Dada oğluna qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddia ərizəsinə baxılmasını, 16 iyul 2011-ci il tarixində avtonəqliyyat-yol qəzası ilə bağlı-bədbəxt hadisə, 3 (üç) ölən və 3 (üç) yaralını nəzərə alaraq, cavabdehin icbari sığorta olunduğunu və “xxxx”nın üçüncü şəxs qismində sosial sığorta pulunun öhdəlik olaraq üzərinə qoyulmasını və onlar zərərçəkənlərə ödənməsini qanunlar çərçivəsində təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra Azərbaycan Respublikası MPM) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Hazırki ərizənin məhkəmə icraatının mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, ərizənin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət olunmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən ərizədə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməli, həmçinin Azərbaycan Respublikası MPM-nin 149.2.5-ci maddəsinə əsasən ərizədə ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Lakin hazırki iddia ərizəsində Cavabdeh yönəldilməli olan iddia tələbi göstərilməmiş, həmçinin Cavabdeh ünvanı qeyd olunmamışdır. İddia ərizəsində cavabdehə qarşı deyil, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilmiş «xxxx» ASC-yə sosial sığorta pulunun öhdəlik olaraq üzərinə qoyulması tələbi irəli sürülmüş, lakin hətta üçüncü şəxsə qarşı da hansı məbləğdə sosial sığorta pulunun ödənilməsi göstərilməməklə iddia tələbi göstərilməmişdir. Qeyd olunanlar hazırki iddia ərizəsinin qaytarılması üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən hesab edirəm ki, İddiaçı1 Məhəmməli qızının və İddiaçı2 Cavabdeh qarşı 16 iyul 2011-ci il tarixində avtonəqliyyat-yol qəzası ilə bağlıbədbəxt hadisə, 3 (üç) ölən və 3 (üç) yaralını nəzərə alaraq, cavabdehin icbari sığort olunduğunu və “xxxx”nın üçüncü şəxs qismində sosial sığorta pulunun öhdəlik olaraq üzərinə qoyulması və onlar zərərçəkənlərə ödənməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və İddiaçı1 Məhəmməli qızına və İddiaçı2 iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-152,263-264 və 266- 268-ci maddələrini rəhbər tutub, q ə r a r a a l d ı m: İddiaçı1 Məhəmməli qızının və İddiaçı2 Cavabdeh qarşı 16 iyul 2011-ci il tarixində avtonəqliyyat-yol qəzası ilə bağlı-bədbəxt hadisə, 3 (üç) ölən və 3 (üç) yaralını nəzərə alaraq, cavabdehin icbari sığorta olunduğunu və “xxxx”nın üçüncü şəxs qismində sosial sığorta pulunun öhdəlik olaraq üzərinə qoyulması və onlar zərərçəkənlərə ödənməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın; İddiaçı1 Məhəmməli qızına və İddiaçı2 iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müraciət etmək hüququ izah edilsin. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-702/2021
Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-702/2021
14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver