Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-765/2021 24.06.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, İddiaçı, avtomobilinin dövlət qeydiyyatına alınması, avtomobilin üzərində mülkiyyət hüququnun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, avtomobilinin dövlət qeydiyyatına alınması, avtomobilin üzərində mülkiyyət hüququnun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Ərizəyə ona əlavə edilmiş sənədlərlə birlikdə baxaraq, hesab edirəm ki, məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə hazırki ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən təsdiq edilmiş Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamənin 1-ci bəndinin birinci hissəsinin 2-ci yarımbəndinə müvafiq olaraq, mülkiyyət və təşkilati- hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər (bundan sonra "nəqliyyat vasitələrinin mülkiyyətçiləri") onlara məxsus olan mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində Dövlət qeydiyyatından keçirməlidirlər. Qanun normalarının tələbinə əsasən İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan avtomobilə mülkiyyət hüququnun tanınması və dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq qurumuna müraciət etməlidir. Yəni qanun normalarının tələbinə əsasən bu işə məhkəmədə baxılmalı deyildir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. İşin hallarını və mülki-prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, hesab edirəm ki, iddianın yolverilməzliyinə görə İddiaçı, avtomobilinin dövlət qeydiyyatına alınması, avtomobilin üzərində mülkiyyət hüququnun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsinə dair ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Həmçinin ərizəçiyə hazırki məsələyə ilə əlaqədar, yəni avtomobilə mülkiyyət hüququnun tanınması, dövlət qeydiyyatına alınması və qeydiyyat hərəkətlərinin aparılması ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264 və 266-268-ci maddələrini rəhbər tutub q ə r a r a a l d ı m: İddianın yolverilməzliyinə görə İddiaçı, avtomobilinin dövlət qeydiyyatına alınması, avtomobilin üzərində mülkiyyət hüququnun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsinə dair ərizəsinin qəbul edilməsindən imtina edilsin; İddiaçı hazırki məsələ ilə əlaqədar, yəni avtomobilə mülkiyyət hüququnun tanınması, dövlət qeydiyyatına alınması və qeydiyyat hərəkətlərinin aparılması ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət etmək hüququ izah edilsin. Qərardadın surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-765/2021
Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-765/2021
24.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver