Məhkəmə qərarları › İş №2(019)-782/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-782/2021

19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-782/2021 19.10.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi və Cavabdeh iştirakı ilə İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında sığorta ödənişi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Sığorta Şirkəti Cavabdeh və X30 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, 07.11.2021-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsi İddiaçıSığorta Şirkəti ASC tərəfindən həyata keçirilən X2 vurulan az ağır dərəcəli zərərə görə 1500 AZN (bir min beş yüz manat), İsayeva (Həmətiyeva) Mətanət Kəmaləddin qızının sağlamlığına vurulan yüngül dərəcəli zərərə görə 750 AZN (yeddi yüz əlli manat) və X21 ölümünə görə 5000 (beş min manat) AZN sığorta ödənişinin, ümumilikdə isə 7250 AZN(yeddi min iki yüz əlli manat) vəsaitin cavabdehlər Cavabdeh və X22 alınaraq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyirinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti məhkəməyə ümumilikdə 7250 AZN pulun X22 tutulması hissəsində iddianın həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, 07.11.2021-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsi İddiaçıSığorta Şirkəti ASC tərəfindən həyata keçirilən X2 vurulan az ağır dərəcəli zərərə görə1500 AZN (bir min beş yüz manat), İsayeva (Həmətiyeva) Mətanət Kəmaləddin qızının sağlamlığına vurulan yüngül dərəcəli zərərə görə 750 AZN (yeddi yüz əlli manat) və X21 ölümünə görə 5000 (beş min manat) AZN sığorta ödənişinin, ümumilikdə isə 7250 AZN (yeddi min iki yüz əlli manat) vəsaitin Cavabdeh alınaraq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyirinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti iddianı onunla əsaslandırmışdır ki, 07.11.2012-ci il tarixində X30 məxsus olan və Cavabdeh tərəfindən idarə olunan “Kamaz 53212” markalı, 08BD618dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Mercedes Benz208D” markalı, 10 K0247 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X18 az ağır, X13 yüngül dərəcədə xəsarət almış və X34 vəfat etmişdir. İddiaçı Sığorta Şirkəti ASC öz növbəsində X2 vurulan az ağır dərəcəli zərərə görə 1500 AZN (bir min beş yüz manat), X1 vurulan yüngül dərəcəli zərərə görə 750 AZN (yeddi yüz əlli manat) və X21 ölümünə görə 5000 (beş min manat) AZN sığorta ödənişini həyata keçirmişdir. 07.11.2012-ci ildə baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə etdiyinə görə ona qarşı subroqasiya hüquqları yaranmışdır. Balakən Rayon Məhkəməsinin 1 (019)-17/2013 nömrəli hökmü ilə Cavabdeh olu təqsirli bilinmiş və hökmdə də qeyd olunduğu kimi Cavabdeh sürücülük vəsiqəsi olmamışdır. AR DİN BDYPİ tərəfindən təqdim olunan arayışdan məlum olur ki, “Kamaz 53212” markalı, 08BD618 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X38 olmuşdur. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Sığorta Şirkətinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək, iclasda iştirak edə bilməyəcəklərini göstərərək, işə onların iştirakı olmadan baxılaraq, iddialarının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.1 və 185.4-cü maddələrinə əsaslanaraq, hazırki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək, göstərmişdir ki, o, hadisəyə görə cəzasını çəkib, zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxsin hüquqi varisinə heç bir zərər ödəmək borcu yoxdur. Ona görə də iddianın rədd olunmasını xahiş edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 10 aprel 2013-cü il tarixli, 1(019)-17/2013 saylı hökmündən görünür ki, Cavabdeh 07 noyabr 2012ci il tarixdə saat 13:45 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq sürücülük vəsiqəsi olmadan idarə etdiyi «Kamaz-53212» markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Yevlax-Zaqatala-Gürcüstan sərhəd yolunun Balakən şəhəri ərazisindən keçən 149-cu km-də Zaqatala rayonu istiqamətində hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, bunu etməyərək, hadisənin qarşısını almağa texniki imkanı olsa da, almayıb, hərəkət istiqamətində yolun sağına, səkiyə çıxaraq ehtiyatsızlıqdan hərəkət yolunun sağ hissəsində dayanmış X24 idarə etdiyi «Mersedes Benz-208 D» markalı, 10 KO-247 dövlət qeydiyyat nişanlı sərnişin daşıyan marşrut mikroavtobusunun sağ yan hissəsindən vurmuş və həmin vaxt mikroavtobusa sərnişin kimi əyləşmək istəyən piyada-08 noyabr 1967-ci il təvəllüdlü X25 və piyada səkisində dayanmış piyada—06 sentyfabr 1998-ci il təvəllüdlü X10 vurmuş, nəticədə X17 aşağı ətrafın bud çanaq oynağı nahiyyəsindən travmatik natamam amputasiyası, deformasiyası, sağ aşağı ətrafın əzələ və sümük toxumaları ilə birlikdə əzilib dağılması kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri almış və almış olduğu xəsarətlər nəticəsində inkişaf edən travmatik şokdan hadisə yerində ölmüş, X18 isə sağ bud sümüyünün qapalı tipik sınığı, burunun yumşaq toxumalarının əzilməsi, hər iki aşağı ətrafların sıyrıqları kimi sağlamlığının uzun müddətə müvəqqəti pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri almış, həmçinin X13 yüngül dərəcəli xəsarət almış, bununla da Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə təqsirli bilinib 03 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş MTE-nin 07.11.2012-ci il tarixli 43 nömrəli ekspert rəyində göstərilmişdir ki, mərhum X21 meyidinin müayinəsi zamanı aşkar olunan xəsarətlər-sağ aşağı ətrafın bud çanaq oynağıl nahiyyəsindən travmatik natamam amputasiyası, deformasiyası, sağ aşağı ətrafın əzələ və sümük toxumaları ilə birlikdə əzilib dağılması, bərk küt əşyanın (alətlərin) təsirindən törənmişdir, qərarda göstərilıən müddətdə və şəraitdə, yəni 07.11.2012-ci il tarixdə əmələ gələ bilərdi, ağırlıq dərəcəsinə görə sağlam şəxslər üçün götürüldükdə xəsarətlər yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aiddirlər, onun ölümü ilə almış olduğu xəsarətlərin birbaşa əlaqəsi vardır. X21 ölümünə səbəb almış olduğu xəsarətlər nəticəsində inkişaf edən travmatik şok olmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş MTE-nin 29.11.2012-ci il tarixli 367 nömrəli ekspert rəyində göstərilmişdir ki, X8 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər-sağ said sümüyünün qapalı tipik sınığı, burunun yumşaq toxumalarının əzilməsi, hər iki aşağı ətragfların sıyrıqları, küt əşyanın təsirindən əmələ gəlmişdir, qərarda göstərilıən müddətdə və şəraitdə, yəni 07.11.2012-ci il tarixdə əmələ gələ bilərdi, ağırlıq dərəcəsinə görə sağlamlığı uzun müddətə müvəqqəti pozulduğundan sağlamlığa az ağır zərər vurmaya aiddir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş MTE-nin 29.11.2012-ci il tarixli 366 nömrəli ekspert rəyində göstərilmişdir ki, X4 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər-baş beyin silkələnməsi, sol və sağ gicgah nahiyələrinin əzilmiş yaraları, sağ gicgah nahiyyəsinin hematomiyası, sol çiyin nahiyyəsinin sıyrıqları, küt əşyanın təsirindən əmələ gəlmişdir, qərarda göstərilıən müddətdə və şəraitdə , yəni 07.11.2012-ci il tarixdə əmələ gələ bilərdi, ağırlıq dərəcəsinə görə sağlamlığı qısa müddətə müvəqqəti pozulduğundan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 10 oktyabr 2019-cu il tarixdə verilmiş 14836 №-li ölüm haqqında akt qeydindən çıxarışdan görünür ki, X34 07 noyabr 2012-ci il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 21 noyabr 2008-ci il tarixdə verilmiş AZ-İ seriyalı 460013 №-li nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X11 ilə X13 arasında nikah 21 noyabr 2008-ci il tarixdə Balakən rayon Qeydiyyat Şöbəsində 238 nömrə ilə qeyd edilmiş və nikah bağlanandan sonra arvada Həmətiyeva soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş notarial qaydada təsdiq olunmuş 28 mart 2012-ci il tarixli etibarnamənin surətindən görünür ki, X5 Əfqan Ramazan oğluna mülkiyyətində olan KAMAZ 53212 markalı, 08BD618 dövlət qeydiyyat nişanlı yük avtomobilindən istifadə edilməsinə dair 50 (əlli) il müddətinə-28 mart 2062-ci ilədək etibarnamə vermişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş AA№875987 Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, KAMAZ 53212 markalı, 08BD618 dövlət qeydiyyat nişanlı yük avtomobili X26 adına qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 7 noyabr 2012-ci il tarixli sərxoşluq vəziyyətinin və alkoqol qəbulu faktının təyini üçün tibbi müayinənin protokolundan görünür ki, Cavabdeh alkoqol qəbulu aşkar edilməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 07 yanvar 2020-ci il tarixli, 078685 nömrəli sığorta aktından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X8 hesabına 1500 (bir min beş yüz) manat məbləğində X3 vurulan zərərə görə sığorta ödənişinin məbləği köçürmə yolu ilə ödənilir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 13 yanvar 2020-ci il tarixli, 257 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X8 hesabına 1500 (bir min beş yüz) manat məbləğində vəsait köçürülmuşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 26 fevral 2020-ci il tarixli, 082213 nömrəli sığorta aktından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən İsayeva (Həmətiyeva) Mətanət Kəmaləddin qızının hesabına 750 (yeddi yüz əlli) manat məbləğində X1 vurulan zərərə görə sığorta ödənişinin məbləği köçürmə yolu ilə ödənilir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 5 mart 2020-ci il tarixli, 2524 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X6 hesabına 750 (yeddi yüz əlli) manat məbləğində vəsait köçürülmuşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 17 yanvar 2020-ci il tarixli, 078147 nömrəli sığorta aktından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X7 hesabına 5000 (beş min) manat məbləğində sığortalanmış avtomobil yol nəqliyyat hadisəsi törətdiyinə, nəticədə X34 vəfat etdiyinə görə sığorta ödənişinin məbləği köçürmə yolu ilə ödənilir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 17 yanvar 2020-ci il tarixli, 257 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X7 hesabına 5000 (beş min) manat məbləğində vəsait köçürülmuşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti başçısının 31 yanvar 2013-cü il tarixli 12 nömrəli sərəncamından görünür ki, X14 qardaşı, 14 sentyabr 1997-ci il təvəllüdlü X15 qəyyum təyin edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X14 24 iyul 1992-ci ildə doğulmuş, atası X16, anası isə X12 yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X19 19.06.1994-ci ildə doğulmuş, atası X16, anası isə X12 yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X23 14.09.1997-ci ildə doğulmuş, atası X16, anası isə X12 yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Atəşgah” Sığorta Şirkəti ASC-nin Cavabdeh ünvanladığı 2 iyun 2021-ci il tarixli, O-AP-2021 №-li pretenziyadan görünür ki, Atəşgah” Sığorta Şirkəti ASC tərəfindən həyata keçirilən 7250 AZN sığorta ödənişinin 10 iş günü ərzində Atəşgah” Sığorta Şirkəti ASC-yə ödənilməsi Cavabdeh xahiş edilmiş, əks təqdirdə müaviq iddia ərizəsi ilə məhkəmə orqanlarına müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 21.06.2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC hazırki iddianın qaldırılması üçün 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia əsaslıdır və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən Rayon Məhkəməsinin 10 aprel 2013-cü il tarixli, 1(019)-17/2013 saylı hökmü ilə Cavabdeh 07 noyabr 2012-ci il tarixdə saat 13:45 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq sürücülük vəsiqəsi olmadan idarə etdiyi «Kamaz-53212» markalı, **- BD-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Yevlax-Zaqatala-Gürcüstan sərhəd yolunun Balakən şəhəri ərazisindən keçən 149-cu km-də Zaqatala rayonu istiqamətində hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, bunu etməyərək, hadisənin qarşısını almağa texniki imkanı olsa da, almayıb, hərəkət istiqamətində yolun sağına, səkiyə çıxaraq ehtiyatsızlıqdan hərəkət yolunun sağ hissəsində dayanmış X24 idarə etdiyi «Mersedes Benz-208 D» markalı, 10 KO-247 dövlət qeydiyyat nişanlı sərnişin daşıyan marşrut mikroavtobusunun sağ yan hissəsindən vurmuş və həmin vaxt mikroavtobusa sərnişin kimi əyləşmək istəyən piyada-08 noyabr 1967-ci il təvəllüdlü X25 və piyada səkisində dayanmış piyada—06 sentyfabr 1998-ci il təvəllüdlü X10 vurmuş, nəticədə X17 aşağı ətrafın bud çanaq oynağı nahiyyəsindən travmatik natamam amputasiyası, deformasiyası, sağ aşağı ətrafın əzələ və sümük toxumaları ilə birlikdə əzilib dağılması kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri almış və almış olduğu xəsarətlər nəticəsində inkişaf edən travmatik şokdan hadisə yerində ölmüş, X18 isə sağ bud sümüyünün qapalı tipik sınığı, burunun yumşaq toxumalarının əzilməsi, hər iki aşağı ətrafların sıyrıqları kimi sağlamlığının uzun müddətə müvəqqəti pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri almış, həmçinin X13 yüngül dərəcəli xəsarət almış, bununla da Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə təqsirli bilinib 03 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İddiaçı Sığorta Şirkəti ASC öz növbəsində X2 vurulan az ağır dərəcəli zərərə görə 1500 AZN (bir min beş yüz manat), X1 vurulan yüngül dərəcəli zərərə görə 750 AZN (yeddi yüz əlli manat),X21 ölümünə görə 5000 (beş min manat) AZN sığorta ödənişini həyata keçirmişdir. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh avtomobili sürücülük vəsiqəsi olmadan idarə etmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən Cavabdeh avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyi üçün ödənilmiş sığorta məbləği cavabdehdən tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması Balakən Rayon Məhkəməsinin 10 aprel 2013-cü il tarixli, 1(019)-17/2013 saylı hökmündə öz əksini tapmışdır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən X34 vəfat etdiyinə görə 5000 manat, X3 dəyən az ağır xəsarətə görə 1500 manat, İsayeva (Həmətiyeva) Mətanət Kəmaləddin qızının sağlamlığına dəyən yüngül xəsarətə görə 750 manat sığorta ödənişi təyin olunmuşdur. İddiaçı tərəfindən sözügedən sığorta ödənişləri həyata keçirilmişdir. Qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkətinə dəymiş 7250 manat zərər məbləği cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Buna görə də İddiaçı Sığorta Şirkəti ASC hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 933.1.1-ci maddəsinə əsasən sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi əsasında sığorta ödənişi həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən, «faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən fərdi qəza sığortası üzrə sığorta olunanın və ya mülki məsuliyyət sığortası üzrə üçüncü şəxsin sağlamlığına dəyən zərər bu Qanunun məqsədləri üçün aşağıdakı hallar hesab edilir: 14.1.1. şəxsin yüngül, az ağır və ya ağır xəsarət alması; 14.1.2. şəxsin əmək qabiliyyətini tam və ya qismən itirməsi (əlillik); 14.1.3. şəxsin ölümü. 14.2. Sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin aşağıdakı nisbətlərində ödənilir: 14.2.1. zərərçəkənin ölməsi, o cümlədən aldığı bədən xəsarəti, xəstələnməsi, zəhərlənməsi və ya kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində ölməsi -100 faiz; 14.2.2. zərərçəkənin məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş elan edilməsi-100 faiz; 14.2.3. zərərçəkənin bədən xəsarəti alması, zəhərlənməsi, yaxud kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində ona əlillik qrupu təyin və ya sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması: 14.2.3.1. İ qrup əlilliyə və ya 18 yaş tamam olana qədər sağlamlıq imkanlarının məhdudluğuna görə – 80 faiz; 14.2.3.2. İİ qrup əlilliyə və ya beş il müddətinə sağlamlıq imkanlarının məhdudluğuna görə – 60 faiz; 14.2.3.3. İİİ qrup əlilliyə, iki il müddətinə və ya altı aydan iki ilə qədər müddətə sağlamlıq imkanlarının məhdudluğuna görə – 40 faiz; 14.2.4. əlillik qrupu təyin və ya sağlamlıq imkanları məhdudluğu müəyyən olunmadan az ağır və ya ağır xəsarət alması – 30 faiz; 14.2.5. yüngül xəsarət alması – 15 faiz. 14.3. Bu Qanunun və ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunların məqsədləri üçün ağır, az ağır və yüngül xəsarət növlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 23.1.6-cı maddəsinə görə sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.2. bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır; 25.1.4. sığorta hadisəsi icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onun texniki təyinatına uyğun olmayan məqsədlərlə istifadə edilməsi zamanı baş verdikdə; 25.1.5. sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı; 25.1.6. sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda; 25.1.7. sığortalı və ya sığorta olunan sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə; 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.4-cü maddəsinə əsasən bu Qanunun 32.1.1-ci maddəsində nəzərdə tutulmuş halda kompensasiya ödənişi həyata keçirildikdə, müvafiq icbari sığorta müqaviləsi üzrə faydalanan şəxsin sığortaçı və ya müvafiq hallarda sığortaçının ləğvetmə komissiyası qarşısındakı tələb hüququ verilmiş kompensasiya ödənişi həcmində bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş İcbari Sığorta Bürosuna keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən və i.a. istifadə edilməsi və sair) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsiri olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunda ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İş üzrə Cavabdeh zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxsin hüquqi varisinə heç bir zərər ödəmək borcunun olmadığını göstərməklə iddia tələbinə etiraz etsə də, bu etirazı əsaslandırdığı halları, o cümlədən onun zərərçəkmiş şəxslərə ödəniş etməsi və iddiaçıya heç bir ödəniş etmək vəzifəsini daşımamasını təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) iddia tələbinə etirazın əsaslandırıldığı halları sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 07.11.2021-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçıSığorta Şirkəti ASC tərəfindən həyata keçirilən X2 vurulan az ağır dərəcəli zərərə görə 1500 AZN (bir min beş yüz manat), İsayeva (Həmətiyeva) Mətanət Kəmaləddin qızının sağlamlığına vurulan yüngül dərəcəli zərərə görə 750 AZN (yeddi yüz əlli manat) və X21 ölümünə görə 5000 (beş min manat) AZN sığorta ödənişi, ümumilikdə isə 7250 AZN (yeddi min iki yüz əlli manat) vəsait Cavabdeh alınaraq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyi üçün hazırki iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq, İddiaçı Sığorta Şirkəti ASCyə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallada iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 07.11.2021-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsi İddiaçıSığorta Şirkəti ASC tərəfindən həyata keçirilən X2 vurulan az ağır dərəcəli zərərə görə 1500AZN (bir min beş yüz manat), İsayeva (Həmətiyeva) Mətanət Kəmaləddin qızının sağlamlığına vurulan yüngül dərəcəli zərərə görə 750 AZN(yeddi yüz əlli manat),X21 ölümünə görə 5000(beş min manat) AZN sığorta ödənişinin , ümumilikdə isə 7250 AZN (yeddi min iki yüz əlli manat) vəsaitin Cavabdeh alınaraq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar