Məhkəmə qərarları › İş №2(019)-8/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-8/2025

19.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-8/2025 19.02.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə2 iştirakı ilə, İddaçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evin və torpaq sahələrinin naturada bölünməsi,payına verilmiş hissəyə köçürülməsi və cavabdehlərin payına verilmiş hissədən çıxarılmaları tələbinə dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, ƏMDK yanında DƏDRX-nin ******* saylı çıxarışına əsasən Cavabdeh2 Avdulvahab qızı ilə ünvan 1ində yerləşən paylı mülkiyyətlərində olan fərdi yaşayış evinin 48,0 və yaşayış məntəqələrinin torpaqlarının 0,25 sahəsinin 1/2 hissəsinə, ƏMDK yanında DƏDRX-nin xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Cavabdeh2 ilə ünvan 1ində yerləşən paylı mülkiyyətlərində olan 0,147 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/2 hissəsinə, ƏMDK yanında DƏDRX-nin xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Cavabdeh1 ilə ünvan 1ində yerləşən paylı mülkiyyətlərində olan 0,1938 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/2 hissəsinə, ƏMDK yanında DƏDRX-nin xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Cavabdeh1 ilə ünvan 2ində yerləşən paylı mülkiyyətlərində olan 0,1047 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/2 hissəsinə, ƏMDK yanında DƏDRX-nin xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən,Cavabdeh1 ilə ünvan 1ində yerləşən paylı mülkiyyətlərində olan 0,0875 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/2 hissəsinə köçərkən cavabdehlərin əsassız maneələrinə son qoyulması, mülkiyyətində olan əmlakına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ilə müraciət edərək,ƏMDK yanında DƏDRX-nin ******* saylı çıxarışa əsasən,Cavabdeh2 Avdulvahab qızı ilə ünvan 1ində yerləşən paylı mülkiyyətlərində olan fərdi yaşayış evinin 48,0 və yaşayış məntəqələrinin torpaqlarının 0,25 sahəsinin 1/2 hissəsinə köçürülməklə cavabdehin həmin hissədən çıxarılması, ƏMDK yanında DƏDRX-nin xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Cavabdeh2 ilə ünvan 1ində yerləşən paylı mülkiyyətlərində olan 0,147 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/2 hissəsinin, ƏMDK yanında DƏDRX-nin xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Cavabdeh1 ilə ünvan 1ində yerləşən paylı mülkiyyətlərində olan 0,1938 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/2 hissəsinin, ƏMDK yanında DƏDRX-nin xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Cavabdeh1 ilə ünvan 2ində yerləşən paylı mülkiyyətlərində olan 0,1047 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/2 hissəsinin, ƏMDK yanında DƏDRX-nin xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən,Cavabdeh1 ilə ünvan 1ində yerləşən paylı mülkiyyətlərində olan 0,0875 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/2 hissəsinin naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddia onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdehlərdən Cavabdeh2, ünvan 1ində yaşamış və 12 fevral 2008-ci ildə vəfat etmiş X4 qızıdır. Onun ölümündən sonra ünvan 1ində fərdi yaşayış evi həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qalmışdır.O,03 avqust 2013-cü ildə Balakən rayon Dövlət Notariat Kontoruna müraciət etmiş və mərhum atasından miras qalmış ünvan 1ində fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,25 ha həyətyanı torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır.Həmin şəhadətnaməni alan zaman məlum olmuşdur ki,cavabdehin atası X12 oglu ölümündən əvvəl 12 oktyabr 1998-ci il tarixində ünvan 1ində yerləşən, lakin həmin dövrdə mülkiyyətində olmayan 1962-ci ildə inşa olunmuş fərdi yaşayış evini və 1980-cı ildə inşa olunmuş damını ikinci arvadı olan X7 vəsiyyət etmiş,vəsiyyətini Sarıbulaq kənd inzibati ərazi dairəsində rəsmiləşdirmişdir.O,da həmin əmlaka 10 oktyabr 2012-ci ildə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır.Həmin şəhadətnaməyə əsasən X9 16 aprel 2018-cı il tarixində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldıraraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirmişdir.İşin hallarında göstərdiyi X2 Federasiyası Maxaçqala şəhəri notariat dairəsində 03 iyul 2016-cı ildə təsdiq edilmiş ** OM ***621 saylı vəsiyyətnamə ilə ünvan 1ində yerləşən özünə məxsus olan fərdi yaşayış evini və torpaq sahəsini ona vəsiyyət etmişdir. O,atasının əmisi qızı olub və 05 avqust 2016-cı il tarixində vəfat etmişdir.Həmin vəsiyyətnamə üzrə o, 15 fevral 2019-cu il tarixində Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə almışdır,Həmin şəhadətnamədə xx.xx.2016-cı il tarixində ölmüş X5 ünvan 2ində yaşayan İddiaçı miras əmlakdan tam irs alması qeyd edilmişdir.ƏMDK-nın yanında DƏDRX-nin 18 saylı ərazi idarəsi tərəfindən xx.xx.2018 tarixdə X7 verilmiş **********94-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 48.0 kv/m olan fərdi yaşayış evinin və ümumi sahəsi 0,25 ha olan torpaq sahəsinin mərhuma çatası hissədən ibarət olması qeyd edilmişdir.X1 mülkiyyətində olan kənd təsərrüfatı təyinatı torpağa da Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə almışdır,Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin 18 saylı ərazi Zaqatala idarəsi tərəfindən xx.xx.2000 tarixdə X11ma verilmiş seriya nömrəsi JN-0273,KOD 40112018 olan Dövlət Aktına əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0,53 ha olan torpaq sahəsinin mərhuma çatası hissəsindən olması qeyd edilmişdir.Bununla belə o,X5 həmin mülkiyyətdə olan 1/2 paya qoyduğu vəsiyyətnamə əsasında şəhadətnamələr aldıqdan sonra miras əmlaka DƏDRX-də Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ******* saylı ÇİXARİŞ almışdır.İş üzrə digər cavabdeh olan Cavabdeh2 1/2 hissəsi atasının ölümündən sonra ünvan 1ində fərdi yaşayış evi həyətyanı və kənd təsərrüfatı torpaq sahəsi qalmışdır.0,03 avqust 2013-cü ildə Balakən rayon Dövlət Notariat Kontoruna müraciət etmiş və mərhum atasından miras qalmış ünvan 1ində fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,25 ha həyətyanı torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Həmin şəhadətnaməni alan zaman məlum olmuşdur ki,onun atası X12 oglu ölümündən əvvəl 12 oktyabr 1998-ci il tarixində ünvan 1ində yerləşən həmin dövrdə mülkiyyətində olan əmlakının bir hissəsini ikinci arvadı X7 vəsiyyət etmişdir.Bununla belə ünvan 1ində yerləşən X3 miras əmlakın Vz hissəsi arvadı X11ma digər Yz hissəsi isə qızı Cavabdeh2 adına paylı mülkiyyət kimi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrində ******* saylı Çıxarışla rəsmiləşdirilmişdir.Bundan sonra Cavabdeh2 mülkiyyətində olan pay torpağının Vz hissəsi Cavabdeh1 adına rəsmiləşdirilməsi,Cavabdeh2 atasının ölümündən sonra ünvan 1ində yerləşən əmlakdan payına düşən 1/2 hissəsini Cavabdeh1 4500 manata satmışdır.1. Qeydiyyat nömrəsi xx.xx.2014-cü il tarixli ******* saylı Çıxarışa əsasən ümumi sahəsi 48.0 olan fərdi yaşayış evinin və 0,25 ha yaşayış məntəqələrinin torpaqları sahəsinin 1/2 hissəsi İddiaçı,digər 1/2 hissəsi Cavabdeh2,Qeydiyyat nömrəsi xx.xx.2019-cu il tarixli ********** saylı Çıxarışa əsasən 0,1938 ha kənd təsərrüfütı təyinatlı torpaq sahəsinin 1/2 hissəsi İddiaçı,digər 1/2 hissəsi Cavabdeh1, Qeydiyyat nömrəsi xx.xx.2019-cu il tarixli ********** saylı Çıxarışa əsasən 0,1047 ha kənd təsərrüfütı təyinatlı torpaq sahəsinin1/2 hissəsi İddiaçı,digər 1/2 hissəsi Cavabdeh1, Qeydiyyat nömrəsi xx.xx.2019-cu il tarixli ********** saylı Çıxarışa əsasən 0,0875 ha kənd təsərrüfütı təyinatlı torpaq sahəsinin 1/2 hissəsi İddiaçı,digər 1/2 hissəsi Cavabdeh1, Qeydiyyat nömrəsi xx.xx.2019-cu il tarixli ********** saylı Çıxarışa əsasən 0,147 ha kənd təsərrüfütı təyinatlı torpaq sahəsinin 1/2 hissəsi İddiaçı,digər 1/2 hissəsi Cavabdeh2 payları olması müəyyən olunmuşdur.15 fevral 2019-cu il tarixli Vəsiyyətnamələr üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən,ƏMDK-nın yanında DƏDRX-nin 18 saylı ərazi idarəsi tərəfindən xx.xx.2018 tarixdə X7 verilmiş **********94-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 48.0 kv/m olan fərdi yaşayış evinin və ümumi sahəsi 0,25 ha olan torpaq sahəsinin mərhuma çatası 1/2 hissəsi və ƏMDK-nin yanında DƏDRX-nin 18 saylı ərazi Zaqatala idarəsi tərəfindən xx.xx.2000 tarixdə X7 verilmiş seriya nömrəsi JN-0273,KOD 40112018 olan Dövlət Aktına əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0,53 ha olan torpaq sahəsinin mərhuma çatası hissəsi mülkiyyət hüququ ilə rəsmiləşdirilmişdir.Lakin həm yaşayış məntəqələrinin (0,25 ha həyətyanı) torpaqlar üzərində, fərdi yaşayış evi üzərində, həm də kənd təsərrüfatlı torpaqlar üzərində həm iddiaçının həm də cavabdehlərin 1/2 paylarının mülkiyyət hüquqları DƏDRX-nin 18 saylı Ərazi İdarəsində hər birinə düşən payları müəyyən olunmasına baxmayaraq cavabdehlər onu öz mülkiyyətinə buraxmayaraq ona ciddi maneələr törədirlər. Yəni mülkiyyətində olan əmlaklardan istifadə etməyinə imkan vermirlər.Belə ki, mülkiyyətinə daxil olduqda Cavabdeh1 ona qarşı özünə aid olmayan mülkiyyətinə də daxil olmağa maneələr törədir.Cavabdehlərin ona qarşı törətdikləri maneələrin aradan qaldırılması üçün hər kəsin mülkiyyətində olan torpaq sahəsindən istifadə etmək üçün məhkəmədən kənar öz razılıqları ilə həll etmək üçün Cavabdeh2 və digər Cavabdeh1 xx.xx.2021-ci il tarixində dəvət məktubu ilə müraciət etmişdir. Lakin etdiyi müraciətdən xeyli vaxt keçməsinə baxmayaraq cavabdehlər heç bir cavab verməmişlər.Ona görə də məhkəməyə müraciət etməyi qərara almışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə2 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq,heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddələrinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışdan görünür ki, ünvan 4ində yerləşən 0.25 ha yaşayış məntəqələri torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 48.0 kv.metr fərdi yaşayış evinin 1/2 hissəsinə İddiaçı və 1/2 hissəsinə Cavabdeh2 mülkiyyət hüquqları qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən daşınmaz əmlakın dövlət reyestrindən **********57 reyestr №-li çıxarışdan görünür ki, ünvan 4ində yerləşən 0.0875 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1\2 hissəsinə İddiaçı və 1/2 hissəsinə Cavabdeh1 mülkiyyət hüquqları qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən daşınmaz əmlakın dövlət reyestrindən **********55 reyestr №-li çıxarışdan görünür ki, ünvan 4ində yerləşən 0.1047 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1\2 hissəsinə İddiaçı və 1/2 hissəsinə Cavabdeh1 mülkiyyət hüquqları qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən daşınmaz əmlakın dövlət reyestrindən **********54 reyestr №-li çıxarışdan görünür ki, ünvan 4ində yerləşən 0.1938 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/2 hissəsinə İddiaçı və 1/2 hissəsinə Cavabdeh1 mülkiyyət hüquqları qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən daşınmaz əmlakın dövlət reyestrindən **********56 reyestr №-li çıxarışdan görünür ki, ünvan 4ində yerləşən 0.147 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/2 hissəsinə İddiaçı və 1/2 hissəsinə Cavabdeh2 mülkiyyət hüquqları qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş 15 fevral 2019-cu il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2016-cı il tarixdə təsdiq edilən və reyestrdə 5568 nömrə ilə qeyd edilən vəsiyyətnaməyə əsasən xx.xx.2016-cı il tarixdə ölmüş X5 ünvan 3ində yaşayan İddiaçı miras əmlakdan tam irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nın yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx/xx/2000 tarixdə X7 verilmiş seriya nömrəsi JN:0273, KOD:40112018 olan Dövlət Aktına əsasən ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 0.53 ha olan torpaq sahəsinin mərhuma çatası hissəsindən ibarətdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş 15 fevral 2019-cu il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2016-cı il tarixdə təsdiq edilən və reyestrdə 5568 nömrə ilə qeyd edilən vəsiyyətnaməyə əsasən xx.xx.2016-cı il tarixdə ölmüş X5 ünvan 3ində yaşayan İddiaçı miras əmlakdan tam irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nın yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx/xx/2018 tarixdə X7 verilmiş **********94 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən ünvan 4i ünvanında yerləşən ümumi sahəsi 48.0 kv/m olan fərdi yaşayış evinin və ümumi sahəsi 0.25 ha olan torpaq sahəsinin mərhuma çatası ½ hissəsindən ibarətdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi idarəsi reyestr nömrəsi **********94-10301 olan, 286 invertar qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli Texniki Pasportdan görünür ki, ünvan 4i fərdi yaşayış evi İddiaçı və Cavabdeh2 adına qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən ünvan 3 soveti tərəfindən 6 noyabr 1990-ci il tarixdə verilmiş XV-JQ seriyalı 280923 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1990-cı il tarixdə anadan olmuş, atası Nümayəndə1, anası X8 yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 14 oktyabr 2022-ci il tarixdə verilmiş 10/4578 nömrəli ekspert rəyində göstərilir ki: Qərardadın 1-ci sualı üzrə: Mübahisə predmeti olan fərdi yaşayış evinə və həmin evin yerləşdiyi həyətyanı sahəyə yerli baxış keçirilməsi mümkün olmadığından qərardadının 1-ci sualının cavablandırılması mümkün olmamışdır. Qərardadın 2,3,4 və 5-ci sualı üzrə: Mübahisə predmeti olan 0.1047 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yalnız 1 hissəsindən yol ilə əhatə olunduğunu, sahələri 0.147 ha, 0,1938 ha və 0.0875 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin isə bir-birinə bitişik olmaqla 4 hissədən qonşu torpaq sahələri ilə əhatə olunduğunu və həmin torpaq sahələrinə faktiki olaraq giriş-çıxışın yalnız mübahisə predmeti olan həyətyanı torpaq sahəsindən olduğunu nəzərə alaraq qeyd olunan torpaq sahələrinin naturada ½ hissədə bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı vıə Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi idarəsinin 11 oktyabr 2023-cü il tarixli 3-21-3-47/2-3732/2023 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki;

1. Balakən rayonu, Cederovtala kəndində yerləşən 0.25 ha yaşayış məntəqələri torpaq sahəsində yerləşən fərdi yaşayış evi bölündükdən sonra həmin torpaq sahəsinin naturada bölünməsinə baxıla bilər və həmin torpaq sahəsində yerləşən 48.0 kv.m fərdi yaşayış evinin ümumi paylı mülkiyyət hüququ üzrə İddiaçı ½ hissəsinə uyğun naturada bölünməsi səlahiyyətləri xaricindədir. 2.ünvan 4ində yerləşən 0.25 ha yaşayış məntəqələri torpaq sahəsində yerləşən fərdi yaşayış evi bölündükdən sonra həmin torpaq sahəsininin naturada bölünməsinə baxıla bilər və həmin torpaq sahəsində yerləşən 48.0 kv.im fərdi yaşayış evininin ümumi paylı mülkiyyət hüququ üzrə İddiaçı ½ hissəsinə uyğun naturada bölünməsi səlahiyyətləri xarincindədir. 3.ünvan 4ində yerləşən 0.1047 ha kənd təsərrüfatı təyinatlı tiorpaq sahəsinin ümumi paylı mülkiyyət hüququ üzrə İddiaçı ½ hissəsinə və Cavabdeh1 ½ hissəsinə uyğun naturada bölündüyü halda , bölgünün ölçülərinə əsasən torpağın təyinatına yuğun istifadəsi mümkün olmayağacı və təsərrüfat sahəsinin yararsız hala düşəcəyi səbəbindən naturada real bölgüsü mümkün olmamışdır. 4.ünvan 4ində yerləşən 0.1938 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ümumi paylı mülkiyyət hüququ üzrə İddiaçı ½ hissəsinə və Cavabdeh1 ½ hissəsinə uyğun naturada bölünməsi ilə bağlı bildirirlər ki, 0.1938 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolu 0.25 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində mövcuddur. Məlumat üçün bildiririk ki, 0.1938 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gedişgəliş yolu 0.25 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində mövcud olduğuna görə həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi və həmin həyətyanı torpaq sahəsi bölündükdən sonra 0.1938 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı ½ hissəsinə və Cavabdeh1 ½ hissəsinə uyğun naturada bölünməsi məsələsinə baxıla bilər. 5.ünvan 4ində yerləşən 0.147 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsininin ümumi paylı mülkiyyət hüququ üzrə İddiaçı ½ hissəsinə isə Cavabdeh1 ½ hissəsinə uyğun naturada bölünməsi ilə bağlı bildiririk ki, 0.147 ha və kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolu il 0.25 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində mövcuddur. Məlumat üçün bildirirlər ki, 0.147 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gedişgəliş yolu 0.25 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində mövcud olduğuna görə həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinə və həmin həyətyanı torpaq sahəsi bölündükdən sonra 0.147 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı ½ hissəsinə və Cavabdeh1 ½ hissəsinə uyğun naturada bölünməsi məsələsinə baxıla bilər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 mart 2024-cü il tarixli 2024-cü il tarixli 3-16- 16/2-10/7679 nömrəli ekspert rəyində göstərilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Şəki LTl-nin mühəndisi Eldar Həsilovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən Balakən rayonu,Cederovtala kəndində yerləşən 0.25 ha yaşayış məntəqələri torpaq sahəsində yerləşən fərdi yaşayış evi bölündükdən sonra həmin torpaq sahəsinin naturada bölünməsinə baxıla bilər.ünvan 4ində yerləşən 0.1047 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ümumi paylı mülkiyyət hüququ üzrə İddiaçı ½ hissəsinə və Cavabdeh1 ½ hissəsinə uyğun naturada bölündüyü halda, bölgünün ölçülərinə əsasən torpağın təyinatına uyğun istifadəsi mümkün olmayacağı və təsərrüfat sahəsinin yararsız hala düşəcəyi səbəbindən naturada real bölgüsü mümkün olmamışdır. Balakən rayonu, Cederovtala kəndində yerləşən 0.1938 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ümumi paylı mülkiyyət üzrə İddiaçı ½ hissəsinə və Cavabdeh1 ½ hissəsinə uyğun naturada bölünməsi ilə bağlı qeyd olunur ki, 0.1938 ha kənd təsərrüfatı təiynatlı torpaq sahəsinə gediş-gəliş yolu 0,25 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində mövcuddur. 0.1938 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolu 0.25 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilindən mövcud olduğuna görə həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi və həmin həyətyanı torpaq sahəsi bölündükdən sonra 0.1938 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı ½ hissəsinə və Cavabdeh1 ½ hissəsinə uyğun naturada bölünməsi məsələsinə baxıla bilər. ünvan 4ində yerləşən 0.147 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ümumi paylı mülkiyyət hüququ üzrə İddiaçı ½ hissəsinə və Cavabdeh1 ½ hissəsinə uyğun naturada bölünməsi ilə bağlı qeyd olunur ki, 0.147 ha və kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolu 0.25 ha həyətyan torpaq sahəsinin hüdudları daxilində mövcuddur.0.147 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş yolu 0.25 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilindən mövcud olduğuna görə həyətyanı torpaq sahəsində fərdi yaşayış evi və həmin həyətyanı torpaq sahəsi bölündükdən sonra 0.147 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı ½ hissəsinə və Cavabdeh1 ½ hissəsinə uyğun naturada bölünməsi məsələsinə baxıla bilər. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 dekabr 2024-cü il tarixli 10/7209 nömrəli ekspert rəyində göstərilmişdir ki: qərardadın birinci sualı üzrə: Balakən rayonu, Cederovtala kəndində 0.25 ha yaşayış məntəqələri torpaq sahəsində yerləşən 48.0 kv.m fərdi yaşayış evi sanitar və texniki tələblərə cavab vermədiyindən həmin evin bölgüsü mümkün olmamışdır. ünvan 4ində 0.25 ha yaşayış məntəqələri torpaq sahəsinin bir tərəfdən 26.2 metr enində kənd yolu ilə həmsərhəd olmasını və əlavə giriş qapısının quraşdırılmasının mümkün olduğunu nəzərə alaraq,həmin torpaq sahəsinin ½ hissə paya uyğun şəkildə naturada bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir.Bölgü sxemi və ölçülər rəyin tədqiqat hissəsinə əlavə edilmiş sxemdə göstərilmişdir. Qərardadın ikinci sualı üzrə: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən, ünvan 4ində yerləşən 0.1047 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ümumi paylı mülkiyyət hüququ üzrə İddiaçı ½ hissəsinə və Cavabdeh1 ½ hissəsinə uyğun naturada bölündüyü halda, bölgünün ölçülərinə əsasən torpağın təyinatına uyğun istifadəsi mümkün olmayacağı və təsərrüfat sahəsinin yararsız hala düşəcəyi səbəbindən naturada real bölgüsü mümkün olmamışdır. Qərardadın üçüncü və dördüncü sualları üzrə: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən ünvan 4ində yerləşən 0,1938 ha 0,147 ha və 0,0875 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə gediş-gəliş yolunun 0,25 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilindən mövcud olmasını və 0,25 ha həyətyanı torpaq sahəsinin ½ hissəyə bölünməsinin texniki cəhətdən mümkün olmasını nəzərə alaraq, ünvan 4ində yerləşən paylı mülkiyyət hüququ üzrə İddiaçı ½ hissədə və Cavabdeh1 ½ hissədə payında olan 0,1938 ha. 0,147 ha və 0,0875 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada təsrid şəkildə bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Bölgü sxemi və ölçülər rəyin tədqiqat hissəsinə əlavə edilmiş sxemdə göstərilmişdir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən hər birinin ½ hissə payı olmaqla İddiaçı ilə Cavabdeh2 ümumi paylı mülkiyyətində olan, ünvan 1ində yerləşən 0,25 hektar həyətyanı torpaq sahəsi və onun üzərində inşa edilmiş,ümumi sahəsi 48 kv/m olan fərdi yaşayış evi vardır. Bundan başqa ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş **********56 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən hər birinin ½ hissə payı olmaqla İddiaçı ilə Cavabdeh2 ünvan 1ində yerləşən 0,147 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmçinin ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş **********57 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən hər birinin ½ hissə payı olmaqla İddiaçı ilə Cavabdeh1 paylı mülkiyyətində ünvan 3ində 0,0875 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş **********55 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən hər birinin ½ hissə payı olmaqla İddiaçı ilə Cavabdeh1 paylı mülkiyyətində ünvan 3ində 0,1047 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş **********54 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən hər birinin ½ hissə payı olmaqla İddiaçı ilə Cavabdeh1 paylı mülkiyyətində ünvan 3ində 0,1938 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Aralarındakı mübahisəyə görə İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 0,25 ha həyətyanı torpaq sahəsinin və orada inşa olunmuş ümumi sahəsi 48,0 kv/m fərdi yaşayış evinin 1/2 hissəsinə köçürülməklə cavabdehlərin ona aid hissədən çıxarılması, digər torpaq sahələrinin 1/2 hissəsinin naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ekspert rəyinə əsasən Balakən rayonu, Cederovtala kəndində 0.25 ha yaşayış məntəqələri torpaq sahəsində yerləşən 48.0 kv.m fərdi yaşayış evi sanitar və texniki tələblərə cavab vermədiyindən həmin evin bölgüsü mümkün deyildir. Həmçinin ünvan 4ində yerləşən İddiaçı və Cavabdeh1 ümumi paylı mülkiyyətində olan 0,1047 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada real bölgüsü mümkün deyildir. İddiaçı və Cavabdeh1 ümumi paylı mülkiyyətində olan 0,1938 ha və 0,0875 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və İddiaçı ilə Cavabdeh2 ümumi paylı mülkiyyətində olan 0,147 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada təsrid şəkildə bölünməsi texniki cəhətdən mümkündür. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 220.1-220.3-cü maddələrinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Həmin Məcəllənin 221-ci maddəsinə görə ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 02/2024 nömrəli 6 dekabr 2024-cü il tarixli qərardadının 1720-ci bəndlərində göstərilmişdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması – bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir. Hər iki prosedur ilk olaraq tərəflərin razılığı ilə, bu mümkün olmadıqda isə mübahisənin məhkəmədə həll olunmasını nəzərdə tutur (Mülki Məcəllə, 220.3-cü maddənin birinci cümləsi və 221-ci maddənin 2-ci cümləsi). Qeyd olunan hüquqi prosedurlar arasındakı fərq isə ondan ibarətdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi maddənin başlığından da göründüyü kimi, bütün hallarda həmin şəxslərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnir. Bu baxımdan əşyanın bölünməsi halı üçün Mülki Məcəllənin 221-ci maddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Həmin maddə bütün paylı mülkiyyətçilər əşyanın bölünməsi ilə bağlı həmfikir olsalar da, aralarında paylı mülkiyyət hüququna xitam verilməsinin növü və ya forması (fiziki bölgü, hərracdan satış və s.) ilə bağlı mübahisə olduğu və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Məsələn, bütün payçıların əşyanın paylarına uyğun bölünməsini tələb etdikləri və ya iki payçıdan biri, üç payçıdan ikisi ayrılmaq istədiyi hallarda əşyanın bölünməsi mexanizmi işə düşür. Əşya üzərində mülkiyyət hüququndakı payın ayrılması isə bütün hallarda ümumi paylı mülkiyyət hüququna xitam verilməsi ilə nəticələnmir. Bu baxımdan əşyanın bölünməsi halından fərqli olaraq, payın ayrılması halı üçün Mülki Məcəllənin 220.2-220.6cı maddələrində payın naturada ayrılması, bu mümkün olmadıqda kompensasiya ödənilməklə paya xitam verilməsi və əşyanın açıq hərracdan satışından ibarət üç ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Bu zaman həmin ardıcıllıq gözlənilməklə payın naturada ayrılması baş tutduqda yalnız ayrılan şəxs(lər) ümumilikdən çıxaraq fərdi mülkiyyətçiyə çevrilir, bu mümkün olmadıqda isə kompensasiya ödənilməklə yalnız həmin şəxs(lər)in əşya üzərində mülkiyyət hüququna xitam verilir. Ayrılmayan iki və ya daha artıq payçı isə ümumi paylı mülkiyyət vəziyyətində qalmaqda davam edirlər. Məsələn, üç payçıdan birinin və ya dörd payçıdan ikisinin ayrılmaq istədiyi halda payın ayrılmasına dair prosedur tətbiq edilir. Yalnız əşyanın açıq hərracdan payçı olmayan digər şəxslərə satılması halında əvvəlki həmmüllkiyyətçilərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilmiş olur. Qərardadın 62-ci bəndində göstərilmişdir ki, Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağıdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması. Məhkəmə işin hallarını, hər birinin ½ hissə payı olmaqla ünvan 1ində yerləşən 0,25 hektar həyətyanı torpaq sahəsinin, onun üzərində inşa edilmiş,ümumi sahəsi 48 kv/m olan fərdi yaşayış evinin, 0,147 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı ilə Cavabdeh2 ümumi paylı mülkiyyətində olmasını, həmçinin hər birinin ½ hissə payı olmaqla ünvan 3ində 0,0875 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, 0,1047 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, 0,1938 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı ilə Cavabdeh1 paylı mülkiyyətində olmalarını, ekspert rəyinə əsasən Balakən rayonu, Cederovtala kəndində yerləşən İddiaçı ilə Cavabdeh2 ümumi paylı mülkiyyətində olan, ümumi sahəsi 48.0 kv.m fərdi yaşayış evinin və İddiaçı ilə Cavabdeh1 ümumi paylı mülkiyyətində olan 0,1047 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada real bölgüsünün mümkün olmamasını, İddiaçı ilə Cavabdeh1 ümumi paylı mülkiyyətində olan 0,1938 ha və 0,0875 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin və İddiaçı ilə Cavabdeh2 ümumi paylı mülkiyyətində olan 0.25 hektar həyətyanı torpaq sahəsinin və 0,147 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada təcrid şəkildə bölünməsi texniki cəhətdən mümkün olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh2 ümumi paylı mülkiyyətində olan 0.25 hektar həyətyanı torpaq sahəsi və 0,147 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı ½ hissə və Cavabdeh2 ½ hissə payları olmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 23 dekabr 2024-cü il tarixli 10/7209 nömrəli ekspert rəyinə əlavə edilmiş bölgü sxemlərinə uyğun naturada bölünməli, Cavabdeh2 0.25 hektar həyətyanı torpaq sahəsinin İddiaçı aid ½ hissəsindən çıxarılmalı, İddiaçı ilə Cavabdeh1 ümumi paylı mülkiyyətində olan 0,1938 ha və 0,0875 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri İddiaçı ½ hissə və Cavabdeh2 ½ hissə payları olmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 23 dekabr 2024-cü il tarixli 10/7209 nömrəli ekspert rəyinə əlavə edilmiş bölgü sxemlərinə uyğun naturada bölünməli,iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, iddiaçının ödədiyi 100 manat dövlət rüsumunun 50 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulub İddiaçı ödənməli,qalan 50 manatı iddiaçının özünə aid edilməlidir. 200 manat ekspertiza xərcinin 100 manatı İddiaçı 100 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Az.MEM VÖEN **********, X6, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesabına ödənilməlidir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı ilə Cavabdeh2 ümumi paylı mülkiyyətində olan ünvan 4ində yerləşən 0.25 hektar həyətyanı torpaq sahəsi İddiaçı ½ hissə və Cavabdeh2 ½ hissə payları olmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 23 dekabr 2024-cü il tarixli 10/7209 nömrəli ekspert rəyinə əlavə edilmiş bölgü sxemlərinə uyğun naturada bölünməli və Cavabdeh2 həmin torpaq sahəsinin İddiaçı aid ½ hissəsindən çıxarılmalı; ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş **********57 reyestr nömrəli və **********55 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlara əsasən İddiaçı və Cavabdeh1 ümumi paylı mülkiyyətində olan, ünvan 4ində yerləşən 0,1938 ha və 0,0875 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri İddiaçı ½ hissə və Cavabdeh1 ½ hissə payları olmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 23 dekabr 2024-cü il tarixli 10/7209 nömrəli ekspert rəyinə əlavə edilmiş bölgü sxemlərinə uyğun naturada bölünməli; ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş **********56 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı ilə Cavabdeh2 ümumi paylı mülkiyyətində olan, ünvan 1ində yerləşən 0,147 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı ½ hissə və Cavabdeh2 ½ hissə payları olmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 23 dekabr 2024-cü il tarixli 10/7209 nömrəli ekspert rəyinə əlavə edilmiş bölgü sxemlərinə uyğun naturada bölünməli; iddia tələbi qalan hissədə təmin edilməməli; ödənilmiş 100 manat dövlət rüsumu xərcinin 50 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulub İddiaçı ödənməli,qalan 50 manatı iddiaçının özünə aid edilməli; 200 manat ekspertiza xərcinin 100 manatı İddiaçı, 100 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Az.MEM VÖEN **********, X6, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesabına ödənilsin. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinii rəhbər tutaraq, məhkəmə qət etdi İddia qismən təmin edilsin. ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı ilə Cavabdeh2 ümumi paylı mülkiyyətində olan, ünvan 1ində yerləşən 0.25 hektar həyətyanı torpaq sahəsi İddiaçı ½ hissə və Cavabdeh2 ½ hissə payları olmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 23 dekabr 2024-cü il tarixli 10/7209 nömrəli ekspert rəyinə əlavə edilmiş bölgü sxemlərinə uyğun naturada bölünsün və Cavabdeh2 həmin torpaq sahəsinin İddiaçı aid ½ hissəsindən çıxarılsın; ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş **********57 reyestr nömrəli və **********55 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlara əsasən İddiaçı və Cavabdeh1 ümumi paylı mülkiyyətində olan, ünvan 1ində yerləşən 0,1938 ha və 0,0875 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri İddiaçı ½ hissə və Cavabdeh1 ½ hissə payları olmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 23 dekabr 2024-cü il tarixli 10/7209 nömrəli ekspert rəyinə əlavə edilmiş bölgü sxemlərinə uyğun naturada bölünsün; ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş **********56 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı ilə Cavabdeh2 ümumi paylı mülkiyyətində olan, ünvan 1ində yerləşən 0,147 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı ½ hissə və Cavabdeh2 ½ hissə payları olmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 23 dekabr 2024-cü il tarixli 10/7209 nömrəli ekspert rəyinə əlavə edilmiş bölgü sxemlərinə uyğun naturada bölünsün; iddia tələbi qalan hissədə təmin edilməsin; Ödənilmiş 100 manat dövlət rüsumu xərcinin 50 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulub İddiaçı ödənsin, qalan 50 manatı iddiaçının özünə aid edilsin. 200 manat ekspertiza xərcinin 100 manatı İddiaçı, 100 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Az.MEM VÖEN **********, X6, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar