Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-859/2020 05.10.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, İddiaçı Cavabdeh və Katex restoranına qarşı qarşı cavabdehlərin Balakən rayonu Katex kəndində yerləşən ona məxsus 0.25 ha torpaq sahəsindən, həmin torpaq sahəsində yerləşən 85.3 kvm qeyri-yaşayışdan, xx xxx 2010-cu il tarixli, 68 nömrəli Balakən RİH başçısının sərəncamına əsasən tərəfindən inşa edilmiş yeməkxana binasından və yardımçı tikililərdən çıxarılması və cavabdehlər tərəfindən ona vurulmuş 10000 (on min) manat mənəvi və 12000 (on iki min) manat maddi ziyanın cavabdehlərdən alınaraq ona verilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq, müəyyən etdim: Piryev X1 Əliheydər Məmməd oğluna və Katex restoranına qarşı qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlərin Balakən rayonu Katex kəndində yerləşən ona məxsus 0.25 ha torpaq sahəsindən , həmin torpaq sahəsində yerləşən 85.3 kvm qeyri-yaşayışdan, xx xxx 2010-cu il tarixli, 68 nömrəli Balakən RİH başçısının sərəncamına əsasən tərəfindən inşa edilmiş yeməkxana binasından və yardımçı tikililərdən çıxarılması və cavabdehlər tərəfindən ona vurulmuş 10000 (on min) manat mənəvi və 12000 (on iki min) manat maddi ziyanın cavabdehlərdən alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra Azərbaycan Respublikası MPM) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Hazırki ərizənin məhkəmə icraatının mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, ərizənin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət olunmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən ərizədə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Lakin hazırki iddia ərizəsində cavabdeh kimi göstərilən Cavabdeh ünvanı göstərilməmiş, həmçinin digər cavabdeh Katex restoranının mülkiyyətinə daxil olduğu sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin və ya hüquqi şəxsin adı və ünvanı göstərilməmişdir. Belə ki, qanunda mülki prosesdə hər hansı əmlakın, o cümlədən restoranın iddiaçı və ya cavabdeh qismində çıxış etməsi nəzərdə tutulmuşdur. Qanunvericiliyə əsasən mülki prosesdə iddiaçı və cavabdeh qismində fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar çıxış edə bilərlər. Belə ki, Azərbaycan Respublikası MPM-nin 48-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki-prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. Azərbaycan Respublikası MPM-nin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Azərbaycan Respublikası MPM-nin 50.2-ci maddəsinə əsasən özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. Azərbaycan Respublikası MPM-nin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikası MPM-nin 50.4-cü maddəsinə əsasən qanunda nəzərdə tutulan hallarda hüquqi şəxs olmayan təşkilatlar da tərəf ola bilərlər. Qeyd olunanlar hazırki iddia ərizəsinin qaytarılması üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən hesab edirəm ki, İddiaçı Cavabdeh və Katex restoranına qarşı qarşı cavabdehlərin Balakən rayonu Katex kəndində yerləşən ona məxsus 0.25 ha torpaq sahəsindən, həmin torpaq sahəsində yerləşən 85.3 kvm qeyriyaşayışdan, xx xxx 2010-cu il tarixli, 68 nömrəli Balakən RİH başçısının sərəncamına əsasən tərəfindən inşa edilmiş yeməkxana binasından və yardımçı tikililərdən çıxarılması və cavabdehlər tərəfindən ona vurulmuş 10000 (on min) manat mənəvi və 12000 (on iki min) manat maddi ziyanın cavabdehlərdən alınaraq ona verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və İddiaçı iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-152,263-264 və 266-268-ci maddələrini rəhbər tutub, q ə r a r a a l d ı m: İddiaçı Cavabdeh və Katex restoranına qarşı qarşı cavabdehlərin Balakən rayonu Katex kəndində yerləşən ona məxsus 0.25 ha torpaq sahəsindən, həmin torpaq sahəsində yerləşən 85.3 kvm qeyri-yaşayışdan, xx xxx 2010-cu il tarixli, 68 nömrəli Balakən RİH başçısının sərəncamına əsasən tərəfindən inşa edilmiş yeməkxana binasından və yardımçı tikililərdən çıxarılması və cavabdehlər tərəfindən ona vurulmuş 10000 (on min) manat mənəvi və 12000 (on iki min) manat maddi ziyanın cavabdehlərdən alınaraq ona verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın; İddiaçı iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müraciət etmək hüququ izah edilsin. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-859/2020
Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-859/2020
05.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver