Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-896/2021 27.09.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov ibadullah Şamil oğlunun katibliyi, Ərizəçi nümayəndəsi-vəkili X14 və Maraqlı şəxs1 müdiri X12 iştirakı ilə Ərizəçi doğum akt qeydlərinin düzgün olmamasının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, onun mərhum anası X6, mərhum xalası X4 vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi, onun mərhum anası X6 barəsində Maraqlı şəxs1 tərəfindən 09.02.1949-cu il tarixdə tərtib edilmiş 04 saylı doğum haqqında bərpa akt qeydində mərhum anasının və nənəsinin soyadının “Əliyeva”dan “Dibirova”ya, adının “Mina”dan “Mana”ya, babasının soyadının “Əliyev”dən “Dibirova”, həmçinin mərhum xalası X4 barəsində Maraqlı şəxs1 tərəfindən 14.07.1953-cü il tarixdə tərtib edilmiş 507 saylı doğum haqqında bərpa akt qeydində mərhum xalasının soyadının “Dibirova” dan “Əliyeva”ya, babasının soyadının “Əliyev” dən “Dibirova”, nənəsinin soyadının “Əliyeva”dan “Dibirova”ya, ata adını “Əli’dən “Dibir’ə düzəliş edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi-vəkili X27 tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Ərizəçi mərhum anası X6 barəsində Maraqlı şəxs1 tərəfindən 09.02.1949-cu il tarixdə tərtib edilmiş 04 saylı doğum haqqında bərpa akt qeydində mərhum anasının və nənəsinin soyadının “Əliyeva”, adının “Mina”, babasının soyadının “Əliyev”, həmçinin mərhum xalası X4 barəsində Maraqlı şəxs1 tərəfindən 14.07.1953-cü il tarixdə tərtib edilmiş 507 saylı doğum haqqında bərpa akt qeydində mərhum xalasının soyadının “Dibirova”, babasının soyadının “Əliyev”, nənəsinin soyadının “Əliyeva”, ata adının “Əli’ yazılmış vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1959-cu ildə Balakən rayonunda anadan olmuşdur. X40 Abbasoviç, anası isə X9 olmuşdur. Valideynlərinin hər ikisi ölmüşdür. X8 onun xalası olmuşdur. Balakən rayonu Aqrar İslahat Komissiyasının 23 noyabr 2004-cü il tarixli 02 nömrəli qərarı ilə ona 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. X1 28 dekabr 2013-cü il tarixdə ölmüşdür. O, anası X2 və X1ndan irsi transmisya üzrə vərəsəsi olaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Balakən rayon Notariat Kontoruna müraciət etmişdir. X33 22 fevral 2015-ci ildə, xalası Havva Dibirova isə 28 dekabr 2013-cü ildə ölmüşlər. Təqdim etdiyi sənədlərdə mərhum anası X6 barəsində Maraqlı şəxs1 tərəfindən 09.02.1949-cu il tarixdə tərtib edilmiş 04 saylı doğum haqqında bərpa akt qeydində mərhum anasının və nənəsinin soyadı “Əliyeva”, nənəsinin adı adı “Mina” babasının soyadı “Əliyev”, həmçinin mərhum xalası X4 barəsində Maraqlı şəxs1 tərəfindən 14.07.1953-cü il tarixdə tərtib edilmiş 507 saylı doğum haqqında bərpa akt qeydində mərhum xalasının soyadı “Dibirova”, babasının soyadı “Əliyev”, nənəsinin soyadı “Əliyeva”, ata adı “Əli’ kimi qeyd edilmişdir. Bu uyğunsuzluğa görə notarius notariat əməliyatını aparmaqdan imtina etmişdir. Bundan sonra o, doğum akt qeydində düzəliş edilməsi üçün Maraqlı şəxs1nə müraciət edərək, onun mərhum anası X6 barəsində Maraqlı şəxs1 tərəfindən 09.02.1949-cu il tarixdə tərtib edilmiş 04 saylı doğum haqqında bərpa akt qeydində mərhum anasının və nənəsinin soyadının “Əliyeva”dan “Dibirova”ya, adının “Mina”dan “Mana”ya, babasının soyadının “Əliyev” dən “Dibirova”, həmçinin mərhum xalası X4 barəsində Maraqlı şəxs1 tərəfindən 14.07.1953-cü il tarixdə tərtib edilmiş 507 saylı doğum haqqında bərpa akt qeydində mərhum xalasının soyadının “Dibirova” dan “Əliyeva”ya, babasının soyadının “Əliyev” dən “Dibirova”, nənəsinin soyadının “Əliyeva”dan “Dibirova”ya, ata adının “Əli’dən “Dibir’ə düzəliş edilməsini xahiş etmişdir. Lakin Maraqlı şəxs1 düzəliş üçün kifayət qədər əsaslar olmadığından məhkəməyə müraciət etməli olduğunu bildirərək, ərizəsinin təmin edilməsindən imtina etmişdir. Ona görə də doğum haqqında akt qeydində düzəliş edilməsi tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi-vəkili X27 ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat vermiş və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs1 nümayəndəsi X22 izahatında göstərdi ki, Ərizəçi doğum akt qeydində düzəliş edilməsi üçün Maraqlı şəxs1nə müraciət edərək, onun mərhum anası X6 barəsində Maraqlı şəxs1 tərəfindən 09.02.1949-cu il tarixdə tərtib edilmiş 04 saylı doğum haqqında bərpa akt qeydində mərhum anasının və nənəsinin soyadının “Əliyeva”dan “Dibirova”ya, adının “Mina”dan “Mana”ya, babasının soyadının “Əliyev” dən “Dibirova”, həmçinin mərhum xalası X4 barəsində Maraqlı şəxs1 tərəfindən 14.07.1953-cü il tarixdə tərtib edilmiş 507 saylı doğum haqqında bərpa akt qeydində mərhum xalasının soyadının “Dibirova” dan “Əliyeva”ya, babasının soyadının “Əliyev” dən “Dibirova”, nənəsinin soyadının “Əliyeva”dan “Dibirova”ya, ata adını “Əli’dən “Dibir’ə düzəliş edilməsini xahiş etmişdir. X34 bundan imtina edərək, düzəliş üçün kifayət qədər əsaslar olmadığından ərizəçiyə göstərilən tələblə bağlı məhkəməyə müraciət etməsi izah edilmişdir. Maraqlı şəxs2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamış, məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Maraqlı şəxs2 nümayəndəsinin iştirakı olmadan hazırki işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İşdə olan Maraqlı şəxs1 tərəfindən 01 may 2021-ci il tarixdə verilmiş 423 №-li doğum haqqında akt qeydindən çıxarışdan görünür ki, X10 13 avqust 1936-cı il tarixdə anadan olmuş, atası X15, anası Əliyeva Mana Əli qızı yazılmışdır. İşdə olan Maraqlı şəxs1 tərəfindən 01 may 2021-ci il tarixdə verilmiş 424 №-li doğum haqqında akt qeydindən çıxarışdan görünür ki, X13 12 may 1930-cı il tarixdə anadan olmuş, atası X18, anası Əliyeva Mana Dibir qızı yazılmışdır. İşdə olan Balakən Qullar ZAKS bürosu tərəfindən 9 fevral 1949-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X29 12 may 1930-cı il tarixdə anadan olmuş, atası X16, anası Əliyeva Manaya Dibir qızı yazılmışdır. İşdə olan Balakən rayonu ZAQS bürosu tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X8 10 may 1936-cı il tarixdə anadan olmuş, atası X11, anası Dibirova Mana Əli qızı yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş 15.01.2014-cü il tarixli, 0800 80005 №-li ölum haqqında aktın qeydindən görünür ki, X8 28.12.2013-cü il tarixdə ölmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu İcra Hakimiyyəti Qabaqçöl qəsəbə inzibati ərazi dairəsi tərəfindən verilmiş 18 mart 2015-ci il tarixli, 02 saylı ölum haqqında aktın qeydindən görünür ki, X7 22 fevral 2015-ci il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Qeydiyyat Şöbəsi tərəfindən 15 yanvar 2014-cü il tarixdə verilmiş AZ-İ seriyalı 648388 nömrəli ölum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 28 dekabr 2013-cü il tarixdə ölmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Qabaqçöl qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən 18 mart 2015-ci il tarixdə verilmiş AZ-İ seriyalı 711351 nömrəli ölum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 22 fevral 2015ci il tarixdə ölmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilən JN-235A KOD-40101004 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 2004-cü il tarixli, 02 nömrəli qərarı ilə X5 mülkiyyətinə Balakən şəhəri ərazisindən 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Maraqlı şəxs1 tərəfindən Ərizəçi ünvanlanmış 27.05.2021-ci il tarixli 05/76- 641/15 nömrəli məktubda göstərilmişdir ki, mərhum anası X6 barəsində Maraqlı şəxs1 tərəfindən 09.02.1949-cu il tarixdə tərtib edilmiş 04 saylı doğum haqqında bərpa akt qeydində mərhum anasının və nənəsinin soyadını “Əliyeva” dan “Dibirəliyeva”ya, adının “Mina”dan “Mana”ya, babasının soyadını “Əliyev” dən “Dibirəliyev”ə, həmçinin mərhum xalası X4 barəsində Maraqlı şəxs1 tərəfindən 14.07.1953-cü il tarixdə tərtib edilmiş 507 saylı doğum haqqında bərpa akt qeydində mərhum xalasının soyadının “Dibirova” dan “Dibirəliyeva”ya, babasının soyadının “Əliyev” dən “Dibirəliyev”ə, nənəsinin soyadının “Əliyeva” dan “Dibirəliyeva”ya, ata adının “Əli”dən “Dibir”ə düzəliş edilməsi şöbələrində mümkün deyildir. Bu səbəbdən də kifayət qədər əsaslar olmadığından mərhum anası X6 barəsində Maraqlı şəxs1 tərəfindən 09.02.1949-cu il tarixdə tərtib edilmiş 04 saylı doğum haqqında bərpa akt qeydində mərhum anasının və nənəsinin soyadının “Əliyeva” dan “Dibirəliyeva”ya, adının “Mina”dan “Mana”ya, babasının soyadını “Əliyev” dən “Dibirəliyev”ə, həmçinin mərhum xalası X4 barəsində Maraqlı şəxs1 tərəfindən 14.07.1953-cü il tarixdə tərtib edilmiş 507 saylı doğum haqqında bərpa akt qeydində mərhum xalasının soyadının“Dibirova” dan “Dibirəliyeva”ya, babasının soyadının “Əliyev” dən “Dibirəliyev”ə, nənəsinin soyadının “Əliyeva” dan “Dibirəliyeva”ya, ata adının “Əli”dən “Dibir”ə düzəliş edilməsi üçün məhkəməyə müraciət edilməlidir. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq edilən 09.02.1949-cu il tarixdə tərtib edilmiş 4 nömrəli doğum haqqında bərpa akt qeydindən görünür ki, Əliyeva Pirdas 12 may 1930-cu ildə anadan olmuş, atası X30, anası X31 yazılmışdır. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq edilən X4 barəsində Maraqlı şəxs1 tərəfindən 14.07.1953-cü ildə tərtib olunmuş 507 nömrəli doğum haqqında bərpa akt qeydindən görünür ki, Dibirova Havva 13 avqust 1936-cu ildə anadan olmuş, atası X15, anası X39 yazılmışdır. Məhkəmə ərizəçinin nümayəndəsi-vəkilinin və Maraqlı şəxs1 müdirininnümayəndəsinin izahatlarını dinləyib, iş üzrə toplanmış yazılı sübutlara əlaqəli şəkildə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi xx xxxxxx 1959-cu ildə Balakən rayonunda anadan olmuşdur. X40 Abbasovsiç, anası isə X9 olmuşdur. Valideynlərinin hər iki ölmüşdür. X8 onun xalası olmuşdur. Balakən rayonu Aqrar İslahat Komissiyasının 23 noyabr 2004-cü il tarixli 02 nömrəli qərarı ilə ona 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. X1 28 dekabr 2013-cü il tarixdə ölmüşdür. O, anası X2 və X1ndan irsi transmisya üzrə vərəsəsi olaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Balakən rayon Notariat Kontoruna müraciət etmişdir. Ərizəçinin X33 22 fevral 2015-ci ildə, xalası Havva Dibirova isə 28 dekabr 2013-cü ildə ölmüşlər. Ərizəçinin təqdim etdiyi sənədlərdə mərhum anası X6 barəsində, Maraqlı şəxs1 tərəfindən 09.02.1949-cu il tarixdə tərtib edilmiş 04 saylı doğum haqqında bərpa akt qeydində mərhum anasının və nənəsinin soyadı “Əliyeva”, nənəsinin adı “Mina”, babasının soyadı “Əliyev”, həmçinin mərhum xalası X4 barəsində Maraqlı şəxs1 tərəfindən 14.07.1953-cü il tarixdə tərtib edilmiş 507 saylı doğum haqqında bərpa akt qeydində mərhum xalasının soyadı “Dibirova”, babasının soyadı “Əliyev”, nənəsinin soyadı “Əliyeva”, ata adı “Əli’ kimi səhv olaraq qeyd edilmişdir. Bu uyğunsuzluğa görə notarius notariat əməliyatını aparmaqdan imtina etmişdir. Bundan sonra ərizəçi doğum akt qeydində düzəliş edilməsi üçün Maraqlı şəxs1nə müraciət edərək, onun mərhum anası X6 barəsində Maraqlı şəxs1 tərəfindən 09.02.1949-cu il tarixdə tərtib edilmiş 04 saylı doğum haqqında bərpa akt qeydində mərhum anasının və nənəsinin soyadının “Əliyeva”dan “Dibirova”ya, adının “Mina”dan “Mana”ya, babasının soyadının “Əliyev” dən “Dibirova”, həmçinin mərhum xalası X4 barəsində Maraqlı şəxs1 tərəfindən 14.07.1953-cü il tarixdə tərtib edilmiş 507 saylı doğum haqqında bərpa akt qeydində mərhum xalasının soyadının “Dibirova” dan “Əliyeva”ya, babasının soyadının “Əliyev” dən “Dibirova”, nənəsinin soyadının “Əliyeva”dan “Dibirova”ya, ata adının “Əli’dən “Dibir’ə düzəliş edilməsini xahiş etmişdir. Lakin Maraqlı şəxs1 düzəliş üçün kifayət qədər əsaslar olmadığından məhkəməyə müraciət etməli olduğunu bildirərək ərizəsinin təmin edilməsindən imtina etmişdir. Ona görə də ərizəçi doğum akt qeydlərində qeydiyyatın düzgün olmamasının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 163.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Azərbaycan Respublikası MPM-nin 305.1.7-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Azərbaycan Respublikası MPM-nin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 339.2-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 340-cı maddəsinə əsasən ərizədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının nədən ibarət olması, nə vaxt və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan hansı orqanın edilmiş qeydi düzəltməkdən imtina etməsi göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Ərizəçi mərhum anası X6 barəsində Maraqlı şəxs1 tərəfindən 09.02.1949-cu il tarixdə tərtib edilmiş 04 saylı doğum haqqında bərpa akt qeydində mərhum anasının və nənəsinin soyadının “Əliyeva”, adının “Mina”, babasının soyadının “Əliyev”, həmçinin mərhum xalası X4 barəsində Maraqlı şəxs1 tərəfindən 14.07.1953-cü il tarixdə tərtib edilmiş 507 saylı doğum haqqında bərpa akt qeydində mərhum xalasının soyadının “Dibirova”, babasının soyadının “Əliyev”, nənəsinin soyadının “Əliyeva”, ata adı “Əli’ yazılmış vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi üçün bütün faktoloji və hüquqi əsaslar mövcuddur. Ona görə də ərizə əsaslıdır və təmin olunmalıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi mərhum anası X6 barəsində Maraqlı şəxs1 tərəfindən 09.02.1949-cu il tarixdə tərtib edilmiş 04 saylı doğum haqqında bərpa akt qeydində mərhum anasının və nənəsinin (anasının anası) soyadının “Əliyeva”, adının “Mina”, babasının (anasının atası) soyadının “Əliyev”, həmçinin mərhum xalası X4 barəsində Maraqlı şəxs1 tərəfindən 14.07.1953-cü il tarixdə tərtib edilmiş 507 saylı doğum haqqında bərpa akt qeydində mərhum xalasının soyadının “Dibirova”, babasının (xalasının və anasının atası) soyadının “Əliyev”, nənəsinin (xalasının və anasının anası) soyadının “Əliyeva”, ata adının “Əli’ kimi yazılması barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmaması müəyyən edilməli, həmçinin Azərbaycan Respublikası MPM-nin 341-ci maddəsinə əsasən qanuni qüvvəyə minməsindən sonra hazırki qətnamənin Maraqlı şəxs1 tərəfindən 09.02.1949-cu il tarixdə tərtib edilmiş 04 saylı doğum haqqında bərpa akt qeydində Ərizəçi mərhum anası X6 və nənəsinin (anasının anası) soyadı qeydində “Əliyeva” soyadının “Dibirova” soyadına, ad qeydində “Mina” adının “Mana” adına, babasının (anasının atası) soyadı qeydində “Əliyev” soyadının “Dibirov” soyadına, həmçinin Maraqlı şəxs1 tərəfindən 14.07.1953-cü il tarixdə tərtib edilmiş 507 saylı doğum haqqında bərpa akt qeydində mərhum xalası X4 barəsində mərhum xalasının soyadı qeydində “Dibirova” soyadının “Əliyeva” soyadına, babasının (xalası və anasının atası) soyadı qeydində “Əliyev” soyadının “Dibirov” soyadına, nənəsinin (xalası və anasının anası) soyadı qeydində “Əliyeva” soyadının “Dibirova” soyadına, ata adı qeydində “Əli’ adının ”Dibir” adına düzəliş edilməsi üçün əsas olması izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : Ərizə təmin edilsin. Ərizəçi mərhum anası X6 barəsində Maraqlı şəxs1 tərəfindən 09.02.1949-cu il tarixdə tərtib edilmiş 04 saylı doğum haqqında bərpa akt qeydində mərhum anasının və nənəsinin (anasının anası) soyadının “Əliyeva”, adının “Mina”, babasının (anasının atası) soyadının “Əliyev”, həmçinin mərhum xalası X4 barəsində Maraqlı şəxs1 tərəfindən 14.07.1953-cü il tarixdə tərtib edilmiş 507 saylı doğum haqqında bərpa akt qeydində mərhum xalasının soyadının “Dibirova”, babasının (xalasının və anasının atası) soyadının “Əliyev”, nənəsinin (xalasının və anasının anası) soyadının “Əliyeva”, ata adı “Əli’ kimi yazılması barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmaması müəyyən edilsin. Azərbaycan Respublikası MPM-nin 341-ci maddəsinə əsasən qanuni qüvvəyə minməsindən sonra hazırki qətnamənin Maraqlı şəxs1 tərəfindən 09.02.1949-cu il tarixdə tərtib edilmiş 04 saylı doğum haqqında bərpa akt qeydində Ərizəçi mərhum anası X6 və nənəsinin (anasının anası) soyadı qeydində “Əliyeva” soyadının “Dibirova” soyadına, ad qeydində “Mina” adının “Mana” adına, babasının (anasının atası) soyadı qeydində “Əliyev” soyadının “Dibirov” soyadına, həmçinin Maraqlı şəxs1 tərəfindən 14.07.1953-cü il tarixdə tərtib edilmiş 507 saylı doğum haqqında bərpa akt qeydində mərhum xalası X4 barəsində mərhum xalasının soyadı qeydində “Dibirova” soyadının “Əliyeva” soyadına, babasının (xalası və anasının atası) soyadı qeydində “Əliyev” soyadının “Dibirov” soyadına, nənəsinin (xalası və anasının anası) soyadı qeydində “Əliyeva” soyadının “Dibirova” soyadına, ata adı qeydində “Əli’ adının ”Dibir” adına düzəliş edilməsi üçün əsas olması izah edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-896/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-896/2021
27.09.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver