Məhkəmə qərarları › İş №2(019)-908/2025

Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-908/2025

09.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-908/2025 09.07.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Cəfərova Arifə Namus qızı, İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı qiymətləndirmə hesabatının ləğv edilməsinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh ASC-yə qarşı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh ASC tərəfindən üçünçü şəxs X1 məxsus Balakən rayonu, Qazbinə kəndində yerləşən ümumi sahəsi 1,50 ha olan torpaq sahəsinin qiymətləndirilməsinə dair qiymətləndirmə hesabatının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ərazi aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. 150.1-ci maddəsinə əsasən iddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd; 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddia ərizəsindən müəyyən olunur ki, iddia tələbi torpaq sahəsinin qiymətləndirilməsinə dair qiymətləndirmə hesabatının ləğv edilməsi barədədir. Göründüyü kimi iddia tələbi daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında olmadığından torpaq sahəsinin olduğu yerə görə deyil, cavabdeh hüquqi şəxsin ünvanının olduğu yerə görə verilməlidir. Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh ASC-nin ünvanı ünvan 1ənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı qiymətləndirmə hesabatının ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və iddiaçıya nöqsanlar aradan qaldırıldıqdan sonra hazırki tələblə bağlı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə aidiyyəti üzrə cavabdehin ünvanının olduğu yerin məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı qiymətləndirmə hesabatının ləğv edilməsinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya nöqsanlar aradan qaldırıldıqdan sonra hazırki tələblə bağlı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Balakən Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar