Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-922/2021 09.08.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, iddiaçı Balakən rayon İstehsal-İstehlak Kooperativinin Cavabdeh qarşı Cavabdeh Balakən rayon İstehsal-İstehlak Kooperativinə məxsus rayonun S.Gözəlov küçəsində (kolxoz bazarı ərazisində) yerləşən 34 saylı “Ticarət cərgəsinin” 1-ci şöbəsini boşaldıb kooperativə təhvil verməsi və onun adına olan qeyri-qanuni yolla əldə etdiyi saxta çıxarışın ləğv edilməsi tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsini nəzərdən keçirərək müəyyən etdim : İddiaçı Balakən rayon İstehsal-İstehlak Kooperativi Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh Balakən rayon İstehsal-İstehlak Kooperativinə məxsus, rayonun S.Gözəlov küçəsində (kolxoz bazarı ərazisində) yerləşən 34 saylı “Ticarət cərgəsinin” 1-ci şöbəsini boşaldıb kooperativə təhvil verməsi və onun adına olan qeyri-qanuni yolla əldə etdiyi saxta çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəyə baxaraq hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, ərizənin məzmunundan görünür ki, Balakən rayon İstehsal-İstehlak Kooperativi Cavabdeh Balakən rayon İstehsal-İstehlak Koopertativinə məxsus, rayonun S.Gözəlov küçəsində (kolxoz bazarı ərazisində) yerləşən 34 saylı “Ticarət cərgəsinin” 1-ci şöbəsini boşaldıb kooperativə təhvil verməsi və onun adına olan qeyri-qanuni yolla əldə etdiyi saxta çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsinin forma və məzmununa düzgün əməl edilməmiş, tələb konkret göstərilməmiş, iddia ərizəsini imzalayan şəxsin səlahiyyətini təsdiq edən sübut ərizəyə əlavə edilməmişdir. Həmçinin, iddia ərizəsinə əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinə 2(019)-612/2021 nömrəli mülki işdə istifadə olunmuş 07.04.2021-ci il tarixli ,755694599 nömrəli qəbzi əlavə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149.1-149.2 və 149.4-cü maddələrinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Ərizədə ərizənin verildiyi məhkəmənin adı; işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin, iddiaçının vəsatətləri də göstərilir. Həmin Məcəllənin 150-ci maddəsinə əsasən iddia ərizəsinə cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri; dövlət rüsumunun ödənilməsi haqqında sənəd; nümayəndənin səlahiyyətlərini təsdiq edən etibarnamə və ya digər sənəd; iqtisadi mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd; iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri; onun mübahisələndirildiyi halda, normativ aktın mətni; müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilməlidir. Mülki Prosessual Məcəllənin 152.1.1 və 152.1.5-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə işin hallarını, iddia ərizəsinin formasına və məzmununa əməl edilməməsini, artıq istifadə edilmiş dövlət rüsumuna dair qəbzin iddia ərizəsinə əlavə edilməsini, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Balakən rayon İstehsal- İstehlak Kooperativinin ərizəsi geri qaytarılmalıdır. İddiaçı Balakən rayon İstehsal-İstehlak Kooperativinə izah edilməlidir ki, qərardadda göstərilən nöqsanları aradan qaldırmaqla yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152,263-264 və 268.1-ci maddələrini rəhbər tutub qərara aldım: İddiaçı Balakən rayon İstehsal-İstehlak Kooperativinin iddia ərizəsi geri qaytarılsın. İddiaçı Balakən rayon İstehsal-İstehlak Kooperativinə izah edilir ki, qərardadda göstərilən nöqsanları aradan qaldırmaqla yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-922/2021
Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-922/2021
09.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver