Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-924/2021 08.09.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Doldolova Ramilə Kamil qızının katibliyi, cavabdeh Cavabdeh oğlunun iştirakı ilə, İddiaçı qızının Cavabdeh qarşı maddi və mənəvi ziyanın, əldən çıxmış faydanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək 19 mart 2021-ci il tarixli barışıq sazişinə əsasən ödənilməmiş 1500 (bir min beş yüz) manat, əldən çıxmış fayda olan 2500 (iki min beş yüz) manat, mənəvi ziyanın dəyəri olan 5000 (beş min) manat olmaqla, cəmi 9000 (doqquz min) manat pul vəsaitinin, ödənilmiş 30,4 manat dövlət rüsumunun cavabdeh Hudulov Ramazan Ömər oğlundan alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə teleqrama göndərərək 2(019)-924/2021 nömrəli iş üzrə Cavabdeh qarşı iddia tələbindən imtina etdiyini, imtinasının qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçı qızı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İddiaçı qızının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddiaçı İddiaçı iddia tələbindən imtinasının qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə cavabdehi dinləyib,işdə olan sənədlərə baxaraq hesab edir ki, işin icraatına xitam verilməlidir. Belə ki, iddiaçı İddiaçı qızı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək 19 mart 2021-ci il tarixli barışıq sazişinə əsasən ödənilməmiş 1500 (bir min beş yüz) manat, əldən çıxmış fayda olan 2500 (iki min beş yüz) manat, mənəvi ziyanın dəyəri olan 5000 (beş min) manat olmaqla, cəmi 9000 (doqquz min) manat pul vəsaitinin, ödənilmiş 30,4 manat dövlət rüsumunun cavabdeh Hudulov Ramazan Ömər oğlundan alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı dövründə İddiaçı məhkəməyə teleqrama göndərərək iddia tələbindən imtina etdiyini göstərərək imtinasının qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa məhkəmə iş izrə icraata xitam verir. Məhkəmə, iddiaçının iddiadan imtina etməsini, qanunvericiliyin qeyd edilən tələblərini nəzərə alaraq bu nəticəyə gəlir ki, İddiaçı iddiadan imtinası qəbul edilməli, işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 262.1.263-264 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı İddiaçı qızının Cavabdeh qarşı maddi və mənəvi ziyanın, əldən çıxmış faydanın ödənilməsi tələbinə dair mülki iş üzrə İddiaçı qızının iddiadan imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-924/2021
Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-924/2021
08.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver