Məhkəmə qərarları › İş №2(020)-1017/2023

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-1017/2023

03.07.2023 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-1017/2023 03.07.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum akt qeydində doğum tarixinin xx xxxx *960-cı il kimi düzgün olmamasının müəyyən edilməsi və onun 0* iyul *958-ci ildə doğulması faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək doğum akt qeydində doğum tarixinin xx xxxx *960-cı il kimi düzgün olmamasının müəyyən edilməsi və onun 0* iyul *958-ci ildə doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi məhkəməyə ərizə təqdim edərək mülki işin baxılmamış saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 259.0.**-ci madənin tələbinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş üzrə maraqlı tərəf məhkəmə iclasına gəlməmiş, mahiyyəti üzrə işə baxılmasını tələb etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Ərizəçiyə adı çəkilən məcəllənin 260.4-cü maddəsinin tələbləri izah edilməlidir ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 268.*-ci maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: Ərizəçi doğum akt qeydində doğum tarixinin xx xxxx *960-cı il kimi düzgün olmamasının müəyyən edilməsi və onun 0* iyul *958-ci ildə doğulması faktının müəyyən edilməsinə dair mülki iş qərardadın təsviri hissəsində göstərilənlərə əsasən baxılmamış saxlanılsın. Ərizəçi tərəfindən dövlət rüsumu kimi ödənilmiş *00 manat pul özünə qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin baxılmamış saxanması üçün səbəb olan şərait aradan qaıldırıldıqdan sonra yenidən ərizə ilə məhkəməyə müraciət edə bilərlər. Qərardaddan təqdim edildikdən və ya alındıqdan sonra *0 gün müddətində Beyləqan rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar