Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-1066/2023 05.05.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, İclas katibi Abbasov Zaur Alı oğlunun katibliyi ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın dövlət reyeystri xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı sənədin eyni şəxsə məxsus olmasına dair ərizəsini nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın dövlət reyeystri xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı sənədin eyni şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 150.0.2-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilməlidir. Lakin hazırki iddia ərizəsinə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 150.0.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. İddiaçının iddia ərizəsinə əlavə etdiyi qəbzdən görünür ki, o hazırkı tələblə bağlı 20 manat dövlət rüsumu ödəmişdir. Halbu ki, iddiaçının tələb etdiyi qiymətləndirilməyən iddia ərizəsi , yəni sənədin eyni şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair olduğuna görə xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” qanunun tələblərinə uyğun olaraq 100 manat məbləğində dövlət rüsumu ödəməli idi. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinin tələbinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə olan halda Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın dövlət reyeystri xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı sənədin eyni şəxsə məxsus olması tələbinə dair ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. Ərizəçiyə izah edilsin ki, qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Beyləqan rayon məhkəməsinə şikayət verilə bilər. Hakim : Seyfəli Seyfullayev.
Məhkəmə qərarları › İş №2(020)-1066/2023
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-1066/2023
05.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver