Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-11/2023 24.06.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti borcun ödənilməsi üçün yetərli olmadıqda qalan məbləğin cavabdehdən tutulması və ipoteka predmetinin boşaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2021-ci il tarixli, RB/AB7179 saylı kredit müqaviləsi üzrə 39184.43 manat məbləğində kredit borcu, 2675.57 manat məbləğində faiz borcu və 5279.22 manat məbləğində dəbbə borcu olmaqla, ümumilikdə cəmi 47139.22 manat, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 231.42 manat məbləğində, cəmi 271.42 manat pulun tutulması, tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Beyləqan rayonunun Şəfəq qəsəbəsində 0.12 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 176.1 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmentinin ilkin satış qiymətinin müəyyən edilməsi, bu əmlakın açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsait hesabına Cavabdeh1 xx.xx.2021-ci il tarixli, RB/AB7179 saylı kredit müqaviləsi üzrə cəmi 47139.22 manat və dövlət rüsumu kimi ödənilmiş 271.42 manat məbləğində pulun İddiaçı "xxxx" ASC-nə ödənilməsi, ipoteka predmenti tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Beyləqan rayonunun Şəfəq qəsəbəsində 0.12 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 176.1 kv.m olan fərdi yaşayış evindən çıxarılması və əmlakın boşaldılması ; ipoteka predmentinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2021-ci il tarixli, RB/AB7179 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin Cavabdeh1 tutulması barədə məhkəmədə iddia qaldırmışdır. İddiaçı ASC iddia həcminin dəqiqləşdirilməsi barədə məhkəməyə göndərdiyi ərizəsində göstərmişdir ki, iş məhkəmə baxışında olduğu vaxt ərzində borclunun banka olan faiz borcu artmışdır. Eləcə də, əmlakın qiymətləndirilməsindən ötrü "xxxx" MMC-yə 500 manat ödənilmişdir. Ona görə də, xx.xx.2021 il tarixli, RB/AB7179 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 kredit müqaviləsi üzrə 39184,43 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 16506,5 manat məbləğində faiz borcu, cərimə borcuna görə 10200 manat olmaqla, cəmi 65890,93 manat məbləğində borc təşkil edir. Cavabdeh1 kredit müqaviləsi üzrə 39184,43 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 16506,5 manat məbləğində faiz borcu, cərimə borcuna görə 10200 manat olmaqla, cəmi 65890,93 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRXnin 6 saylı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat, "xxxx" MMC- yə ödənilmiş 500 rüsumun və dövlət rüsumu kimi ödənilmiş 287,67 manat məbləğində, cəmi 827,67 manat pulun tutulub İddiaçı ASC- nə ödənilməsi, ipoteka predmeti tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Beyləqan rayonunun Şəfəq qəsəbəsində 0,12 ha torpaq sahəsindən və onun üzərində yerləşən ümumi sahəsi 176,1 m2 olan fərdi yaşayış evindən çıxarılması və əmlakın boşaldılması, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2021-ci il tarixli, RB/AB7179 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin Cavabdeh1 tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə hesab edir ki iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə, yəni iddia həcminin artırılmasına dair ərizəsini işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməmişdir. Həmçinin iddiaçının iddianın dəqiqləşdirilməsi barədə ərizəsində göstərdiyi Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 6 saylı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat, "xxxx" MMC- yə ödənilmiş 500 rüsumun və dövlət rüsumu kimi ödənilmiş 287,67 manat məbləğində, cəmi 827,67 manat pulun tutulub İddiaçı ASC- nə ödənilməsi tələbi iddia həcminə daxil deyil, həmin məbləğlər məhkəmə xərclərinə aiddir. Bundan əlavə iddiaçı qanunun tələblərinə görə iddianın cərimə və faiz tələbinə dair hissəsini işin məhkəmədə baxılmağa hazırlanana qədər artırılması barədə müraciət etməli idi. Ona görə də məhkəmə iddianın həcminin artırılmasına dair iddiaçının ərizəsinin qəbul edilmədən işə məhkəməyə daxil olmuş ilkin iddia tələbi həcmində baxılmasını qanuna müvafiq hesab edir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə xəbər verməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış Cavabdeh1 məhkəmə iclasına gəlmədiyinə və iddiaçının mümayəndəsi işə onun iştirakı olmadan baxılmasına dair məhkəməyə ərizə göndərdiyinə görə məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Cavabdeh2 iddianı qismən qəbul etdi və izahatında göstərdi ki, yeznəsi Cavabdeh1 İddiaçı ASC-dən kredit götürmüş və kreditin təminatı kimi onunla bank arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, RB/AB7179 saylı ipoteka müqaviləsi əsasında Beyləqan rayonunun Şəfəq qəsəbəsində 0.12 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 176.1 kv.m olan fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 banka olan borcunun bir hissəsini ödəmişdir. Hazırda imkanı olmadığına görə ödəniş edə bilmir. Onların mağazası vardır və satib banka olan borcunu ödəyəcəklər. İddiaçı ASC-in rəhbərliyi ilə bu barədə müəyyən söhbətlər aparmışlar. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsində iş üzrə əsas və faiz borcundan əlavə dəbbə borcu hesablamışdır. Həmin dəbbə borcu silinərsə və faiz borcu azaldılarsa qalan borcu ödəməyə etirazları yoxdur. Lakin onun evinin və həyətyanı torpaq sahəsinin ilkin satış qiyməti müəyyən edilmişdir. İş üzrə qiymətləndirmə ekspertizasının rəyləri ilə razı deyildir, ipoteka predmenti olan evə aşağı qiymət qoyulmuşdur. İddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarını əlavə edilən xx.xx.2021-ci il tarixli, RB/AB7179 saylı kredit razılaşması əsasında Cavabdeh1 24 ay müddətinə aylıq faiz dərəcəsi 19 faiz olmaqla ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 51000 manat kredit verilmişdir. Kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər”, Həmin Müqavilənin 5.4-cü bəndinə əsasən (borcluya aid hissədə), “müştəri bir dəfə bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa, çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, Bankın bu Müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Bu Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə əsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449, 450 və 462-ci maddələrinə müvafiq olaraq pul öhdəliyinin icra edilməməsinə görə borclu kredit müqaviləsi üzrə borcun, onun faizlərinin və dəbbə pulunun əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən “Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.” Azərbaycan Respublikası MM-nin 449.4-cü maddənin tələblərinə görə “Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.” Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən: “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur”. İşdə olan ipoteka müqaviləsindən görünür ki, kreditin təminatı kimi Cavabdeh2 xüsusi mülkiyyətində olan Beyləqan rayonunun Şəfəq qəsəbəsində 0.12 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 176.1 kv.m olan fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin 3.1.1-ci bəndinə əsasən ipoteka predmetinin dəyəri 51000 manat məbləğində müəyyən edilmişdir. “İpoteka haqqında” Qanunun 34.1.1-ci maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda həll edilməli məsələlərdən biri də ipoteka predmetinin ilkin satış qiymətinin əks edilməsidir. “İpoteka haqqında” Qanunun 59.3.1-ci maddəsinin tələblərinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olarsa ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmədə müəyyən edildi ki, iş üzrə məhkəmə 15 mart 2022-ci il tarixli qiymətləndirmə ekspertizası təyin edilmiş və rəy verilməsi "xxxx" MMC-nə göndərilmişdir. "xxxx" MMC-nin 11 iyul 2022-ci il tarixli, 366/E nömrəli mütəxxəssis rəyindən görünür ki, Cavabdeh2 məxsus Beyləqan rayonunun Şəfəq qəsəbəsində 0.12 ha torpaq sahəsinin bazar qiyməti 9000 manat və Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən ümumi sahəsi 176.1 kv.m olan fərdi yaşayış evinin bazar dəyərinə uyğun likvid qiyməti 150.000 manat müəyyən edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə vəsatət göndərərək "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən əmlaka baxış keçirilmədən rəy verildiyini göstərmiş və Cavabdeh2 məxsus Beyləqan rayonunun Şəfəq qəsəbəsində 0.12 ha torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 176.1 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiymətini müəyyən etmək üçün İpoteka Müqaviləsinin 2.2-ci bəndində qeyd olunan qiymətləndirmə şirkətlərindən biri tərəfindən ekspertiza təyin edilməsini xahiş etmişdir. Həmçinin Cavabdeh2 "xxxx" MMC-nin rəyi ilə razı olmadığına görə onun vəsatəti əsasında iş üzrə təkrar qiymətləndirmə ekspertizası təyin edilməsini xahiş etmişdir. Məhkəmənin 24 oktyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə qiymətləndirmə ekspertizası təyin edilmiş və rəy verilməsi üçün "xxxx" MMC-yə göndərilmişdir. Cavabdeh1 iddiaçı təşkilatdan kredit götürməsi, cavabdehin müqavilə şərtlərinə əməl etməməsi və bunun nəticəsində borcun yaranması iş materialları və işin məhkəmə iclasında araşdırılmış halları ilə kifayət qədər sübuta yetdiyindən məhkəmə iddianın qismən təmin edilməsini qanunamüvafiq hesab edir. İş üzrə alınmış qiymətləndirmə rəyindən görünür ki, ipoteka pedmeti olan Cavabdeh2 məxsus Beyləqan rayonun Şəfəq qəsəbəsində yerləşən daşınmaz əmlakın-fərdi yaşayış evinin bazar dəyəri 90000 manat, likvid dəyəri 70.000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1–ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki qanunverciliklə öhdəliklərin icrasının təminatı üsulu və mülki hüquq məsuliyyət tədbiri olaraq dəbbə pulu borcluya qarşı maliyyə sanksiyası kimi müəyyən edilir və onun məqsədi kreditorun pozulmuş hüquqlarının bərpasıdır. Dəbbə pulu heç bir halda kreditorun varlanma vasitəsi ola bilməz və buna yol verilməməlidir. Bu mənada məhkəmə hesab edir ki, 5279.22 manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Ona görə də məhkəmə dəbbə pulunun 520 manat saxlanmasını daha məqəsədə müvafiq hesab edir. Həmçinin məhkəmə hesab edir ki, icra prosesində ipoteka predmeti olan əmlaklar açıq hərracda satıldlqdan sonra borcun ödənilməsinə yetərli olmazsa qalan məbləğin əsas cavabdehdən tutulması icra qaydasında təmin ediləcəkdir. Ona görə də iddianın ipoteka predmetinin açıq hərracda satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2021-ci il tarixli, RB/AB7179 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin Cavabdeh1 tutulması tələbinə dair hissəsinin təmin edilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 kredit müqaviləsi üzrə 39184,43 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 2675.57 manat məbləğində faiz borcu və 520 manat məbləğində dəbbə borcu olmaqla, ümumilikdə cəmi 42380 (qırx iki min üç yüz səksən) manat kredit borcu, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 6 saylı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 (qırx) manat rüsum və dövlət rüsumu kimi ödənilmiş 217.14 (iki yüz on yeddi manat on dörd qəpik) manat, "xxxx" MMC-yə ödənilmiş 500 (beş yüz) manat pul tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, tələb tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Beyləqan rayonunun Şəfəq qəsəbəsində 0.12 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 176.1 kv.m olan fərdi yaşayış evinə yönəldilməli, ipoteka predmentinin ilkin satış qiyməti 70000 (yetmiş min) manat müəyyən edilməklə bu əmlaklar açıq hərracdan satılaraq onun satışından əldə olunmuş pul vəsaiti Cavabdeh1 xx.xx.2021-ci il tarixli, RB/AB7179 saylı kredit müqaviləsi üzrə müəyyən olunmuş borcuna yönəlməli və cavabdeh Bağırov X1 rayonunun Şəfəq qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsindən və onun üzərində yerləşən ümumi sahəsi 176,1 m2 olan fərdi yaşayış evindən çıxarılmaqla əmlak boşaldılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 kredit müqaviləsi üzrə 39184,43 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 2675.57 manat məbləğində faiz borcu və 520 manat məbləğində dəbbə borcu olmaqla, ümumilikdə cəmi 42380 (qırx iki min üç yüz səksən) manat kredit borcu, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 6 saylı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 (qırx) manat rüsum və dövlət rüsumu kimi ödənilmiş 217.14 (iki yüz on yeddi manat on dörd qəpik) manat, "xxxx" MMC-yə ödənilmiş 500 (beş yüz) manat pul tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş 14.28 (on dörd manat iyirmi səkkiz ) manat İddiaçı Açıq Səhmdar Cəmiyyətinin özünə aid edisin. İddiaçının dövlət rüsumu kimi artıq ödədiyi 56.25 (əlli altı manat iyirmi beş qəpik) manat özünə qaytarılsın. Tələb tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 176.1 kv.m olan fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmentinin ilkin satış qiyməti 70.000 (yetmiş min) manat müəyyən edilsin, bu əmlaklar açıq hərracdan satılsın və onun satışından əldə olunmuş pul vəsaiti Cavabdeh1 xx.xx.2021-ci il tarixli, RB/AB7179 saylı kredit müqaviləsi üzrə müəyyən olunmuş borcuna yönəldilsin. Bağırov X1 rayonunun Şəfəq qəsəbəsində 0,12 ha torpaq sahəsindən və onun üzərində yerləşən ümumi sahəsi 176,1 m2 olan fərdi yaşayış evindən çıxarılsın və əmlak boşaldılsın. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-11/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-11/2023
24.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə müb
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver