Məhkəmə qərarları › İş №2(020)-11/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-11/2024

02.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-11/2024 02.02.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçılar- İddiaçı1 və İddiaçı2 vəkalətli nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Əliyeva (Məmmədova) Zərifə Mədət qızı, Cavabdeh2, X2 və Cavabdeh4 qarşı paylı mülkiyyətdə olan torpaq sahəsindən payların müəyyən edilərək ayrılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Beyləqan rayonu Aqrar İslahatı Komissiyasının 31 yanvar 1998-ci il tarixli 41 nömrəli qərarı ilə Beyləqan rayonu Təzəkənd kəndində onların Əliyeva (Məmmədova) Zərifə Mədət qızının, Cavabdeh2, X1, Cavabdeh4 paylı mülkiyyətinə verilmiş və Beyləqan rayon Torpaq şöbəsində 24 oktyabr 1998-ci il tarixdə 153 nömrə ilə qeydiyyata alınmış JN 153 KOD: 60711018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə rəsmiləşdirilmiş 4,70 ha torpaq sahəsindən onların paylarının müəyyənləşdirilməkldə, paylarının JN 153 KOD: 60711018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında göstərilən cizginin sağ və ya sol tərəfindən ayrılıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkalətli nümayəndəsi Vəkil iddia tələbini əsaslandıraraq göstərdi ki, Beyləqan rayonu Aqrar İlahatı Komissiyasının 31 yanvar 1998-ci il tarixli 41 nömrəli qərarı ilə Beyləqan rayonu Təzəkənd kəndində iddiaçılar və onların ailə üzvləri Əliyeva (Məmmədova) Zərifə Mədət qızı, İddiaçı2, Cavabdeh2 İsmayd qızı, X2, Cavabdeh4 paylı müllkiyyətinə 4.70 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN 153 KOD: 60711018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə sənədləşdirilmiş, Beyləqan rayon Torpaq şöbəsində 24 oktyabr 1998-ci il tarixdə 153 nömrə ilə qeydiyyata alınmışdır. Həmin torpaq sahəsini iddiaçılar və cavabdehlər son vaxtlaradək birgə əkib-istifadə etmişlər. Lakin iddiaçılar son illər yaranmış borclarını ödəmək üçün mülkiyyətlərində olan torpaq sahəsini satmaq istəsələr də digər ailə üzləri olan cavabdehlər, yəni digər paylı mülkiyyətçilərin gəlib razılıq vermədiklərinə görə iddiaçılar öz mülkiyyətlərində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun əsas elementlərindən olan sərəncam hüququnu reallaşdıra bilməmişlər. Odur ki, Beyləqan rayonu Aqrar İslahatı Komissiyasının 31 yanvar 1998-ci il tarixli 41 nömrəli qərarı ilə Beyləqan rayonu Təzəkənd kəndində onların Əliyeva (Məmmədova) Zərifə Mədət qızının, Cavabdeh2, X1, Cavabdeh4 paylı müllkiyyətinə verilmiş və Beyləqan rayon Torpaq şöbəsində 24 oktyabr 1998-ci il tarixdə 153 nömrə ilə qeydiyyata alınmış JN 153 KOD: 60711018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə rəsmiləşdirilmiş 4,70 ha torpaq sahəsindən iddiaçıların paylarının müəyyənləşdirilməkldə, paylarının JN 153 KOD: 60711018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında göstərilən cizginin sağ və ya sol tərəfindən ayrılıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Əliyeva (Məmmədova) Zərifə Mədət qızı, Cavabdeh2, X2 və Cavabdeh4 təyin olunmuş məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən və nümayəndələrini göndərmədiklərindən və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiyindən məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. İşdə olan JN 153 KOD: 60711018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Beyləqan rayonu Aqrar İlahatı Komissiyasının 31 yanvar 1998-ci il tarixli 41 nömrəli qərarı ilə Beyləqan rayonu Təzəkənd kəndində iddiaçılar və onların ailə üzvlərinin müllkiyyətinə 4.70 ha torpaq sahəsi verilmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məhkəmə Ekspertiza Mərkəzinin 13 iyul 2020-ci il tarixli, 2953 saylı ekspert rəyindən görünür ki, Beyləqan rayonunun Təzəkənd kəndində yerləşən İddiaçı1 və ailə üzvlərinə məxsus Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli, 41 nömrəli qərarı ilə və Azərbaycan Respublikası Torpağa mülkiyyət hüququna dair JN153 kod 60711018 saylı Dövlət aktı ilə mülkiyyətində olan 4.70 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Beyləqan rayonunun Təzəkənd kəndində yerləşən İddiaçı1 və ailə üzvlərinə məxsus Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli,41 nömrəli qərarı ilə və Azərbaycan Respublikası Torpağa mülkiyyət hüququna dair JN153 kod 60711018 saylı Dövlət aktı ilə mülkiyyətində olan 4.70 ha torpaq sahəsinin qanunla İddiaçı1 və İddiaçı2 və digər ailə üzvlərinə düşən payı hər birinə 0.7833 ha olmaqla istifadə vəziyyətinə uyğun olaraq naturada cizginin sağ tərəfindən başlayaraq bölünməsi mümkündür. Paylı mülkiyyətdə olan 4.70 ha torpaq sahəsindən paylarının müəyyən edilərək ayrılmasını tələb edən iddiaçılar İddiaçı1 və İddiaçı2 hər birinin payına düşən 0.7833 ha torpaq sahələrinin (0.7833 ha+0.7833 ha=1.5666 ha) sərhədləri və yerləşdiyi ərazi naturada müəyyən edilmişdir. Eyni zamanda digər ailə üzvləri Əliyeva (Məmmədova) Zərifə Mədət qızı, Cavabdeh2 X2 və Cavabdeh4 paylı mülkiyyətində qalan 3.1334 ha torpaq sahəsinin də sərhədləri naturada müəyyən edilərək ölçü planında göstərilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı1 və ailə üzvlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli,41 nömrəli qərarı ilə və Azərbaycan Respublikası Torpağa mülkiyyət hüququna dair JN153 kod 60711018 saylı Dövlət aktı ilə 4.70 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsini iddiaçılar və cavabdehlər son vaxtlaradək birgə əkib-istifadə etsələr də, sonradan iddiaçılar mülkiyyətlərinə düşən torpaq sahəsini satmaq istəmişlər, lakin cavabdehlərlə aralarında razılığa gələ bilməmişlər. Bu səbəbdən iddiaçılar məhkəmədə iddia qaldırmışlar. İş üzrə məkhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Həmin ekspert rəyindən də görünür ki, Beyləqan rayonunun Təzəkənd kəndində yerləşən İddiaçı1 və ailə üzvlərinə məxsus Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli,41 nömrəli qərarı ilə və Azərbaycan Respublikası Torpağa mülkiyyət hüququna dair JN153 kod 60711018 saylı Dövlət aktı ilə mülkiyyətində olan 4.70 ha torpaq sahəsinin qanunla İddiaçı1 və İddiaçı2 və digər ailə üzvlərinə düşən payı hər birinə 0.7833 ha olmaqla istifadə vəziyyətinə uyğun olaraq naturada cizginin sağ tərəfindən başlayaraq bölünməsi mümkündür. Paylı mülkiyyətdə olan 4.70 ha torpaq sahəsindən paylarının müəyyən edilərək ayrılmasını tələb edən iddiaçılar İddiaçı1 və İddiaçı2 hər birinin payına düşən 0.7833 ha torpaq sahələrinin (0.7833 ha+0.7833 ha=1.5666 ha) sərhədləri və yerləşdiyi ərazi naturada müəyyən edilmişdir. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Аvropa Коnvensiyasının 1 saylı protokolunda deyilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Аzərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV bəndində deyilir ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyatı üçün mülkiyyətin özgəninkiləşdiirlməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Аzərbaycan Respublikası Konistitutsiyasının 60-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Аzərbaycan Respublikası Тоrpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə тоrpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Аzərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə hesab edir ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli, 41 nömrəli qərarına əsasən Beyləqan rayon Torpaq şöbəsində 24 oktyabr 1998-ci il tarixdə 153 nömrə ilə qeydiyyata alınmış JN 153 KOD: 60711018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə Beyləqan rayonu Təzəkənd kəndində yerləşən Əliyeva (Məmmədova) Zərifə Mədət qızının, Cavabdeh2, X1, Cavabdeh4 paylı müllkiyyətinə verilmiş 4,70 ha torpaq sahəsindən İddiaçı1 və İddiaçı2, Əliyeva (Məmmədova) Zərifə Mədət qızı, Cavabdeh2, X2 və Cavabdeh4 payları hər birinə 0.7833 ha torpaq sahəsi düşməklə müəyyən edilməli və paylar JN 153 KOD: 60711018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında göstərilən cizginin sağ və ya sol tərəfindən ayrılıb İddiaçı1 və İddiaçı2 verilməlidir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul cavabdehlər Əliyeva (Məmmədova) Zərifə Mədət qızı, Cavabdeh2, X2 və Cavabdeh4 müştərək qaydada alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. İşdə olan qəbzdən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 mütəxəssis rəyinin dəyirini təşkil edən 95,00 manat pulu KADASTR və YERQUR LAYİHƏ TADQİQAT Mərkəzi MM-nin hesabına ödəmişlər. Həmçinin iddiaçıların iddiası təmin edildiyindən mütəxəssis rəyinin dəyirini təşkil edən 95,00 (doxsan beş) manat məbləğində pul cavabdehlər Əliyeva (Məmmədova) Zərifə Mədət qızı, Cavabdeh2, X2 və Cavabdeh4 müştərək qaydada alınıb iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət еtdi: İddia təmin edilsin. Beyləqan rayonu Aqrar İslahatı Komissiyasının 31 yanvar 1998-ci il tarixli, 41 nömrəli qərarına əsasən Beyləqan rayon Torpaq şöbəsində 24 oktyabr 1998-ci il tarixdə 153 nömrə ilə qeydiyyata alınmış JN 153 KOD: 60711018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə Beyləqan rayonu Təzəkənd kəndində yerləşən Əliyeva (Məmmədova) Zərifə Mədət qızının, Cavabdeh2, X1, Cavabdeh4 paylı mülkiyyətinə verilmiş 4,70 ha torpaq sahəsindən İddiaçı1 və İddiaçı2, Əliyeva (Məmmədova) Zərifə Mədət qızı, Cavabdeh2, X2 və Cavabdeh4 payları hər birinə 0.7833 ha torpaq sahəsi düşməklə müəyyən edilsin və paylar JN 153 KOD: 60711018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında göstərilən cizginin sağ və ya sol tərəfindən ayrılıb İddiaçı1 və İddiaçı2 təhkim edilsin. İş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul cavabdehlər Əliyeva (Məmmədova) Zərifə Mədət qızı, Cavabdeh2, X2 və Cavabdeh4 müştərək qaydada alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. İş üzrə mütəxəssis rəyinin dəyirini təşkil edən 95,00 (doxsan beş) manat məbləğində pul cavabdehlər Əliyeva (Məmmədova) Zərifə Mədət qızı, Cavabdeh2, X2 və Cavabdeh4 müştərək qaydada alınıb iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar