Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1105/2024 15.10.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclasının katibi Abbasov Zaur Alı oğlunu katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 Mirhüseyn oğluna, Cavabdeh3 və Cavabdeh4 (maraqlı şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi cəlb edilməklə) qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən paylarının müəyyən edilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 ıiddia ərizəsi ilə və daha sonra Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, əmlak payı kimi Beyləqan rayon Aqrar İslahat Komissiyasının 26 noyabr 1997-ci il tarixli 37 nömrəli qərarı ilə mərhum atası X2, anası Cavabdeh1, qardaşı Cavabdeh2 Mirhüseyn oğlunun, bacısı Cavabdeh5, qardaşı arvadı Cavabdeh4, qardaşı oğlu Cavabdeh3 və onların, yəni İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyətinə adambaşına 0,44 ha olmaqla, ümumlilikdə 3,53 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün JN-227, kod 60704028 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında verilmiş torpaq sahəsindən paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia predmetində qeyd etdikləri Beyləqan rayon Aqrar İslahat komissiyasının 26 noyabr 1997-cı ıl tarixli 37 nömrəli qərarı ilə mərhum atası X4 ailə başçısı göstərilməklə ailə üzvlərinin ümumi birgə mülkiyyətinə adambaşına 0,44 ha olmaqla ümumilikdə 3.53 ha kənd təsərrüfatı məsullarının istehsalı uçun JN 227 kod 60704028 olan “Torpağa Mülkiyyət hüququna dair Dövlət aktı əsasında pay torpaq sahəsi verilmişdir. Həmin dövlət aktı ilə onların paylarının ümumi birgə göstərilmişdir. Lakın hazırda onlar hər birinə düşən torpaq paylarının natura qaydasında ayrılıb onlara təhkim edilməsim xahiş etmişlər. Bununla bağlı cavabdehlərə bir neçə dəfə müraciət etsələr də cavabdehlər könülü olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinə gəlməkdən imtina edərək onlara məxsus torpaq sahəsinin naturada ayrılaraq verilməsindən imtina etmişdirlər. Həmçinin sözügedən torpaq sahəsi illərdir ki, cavabdehlər tərəfindən istifadə olunaraq qazanc əldə edilir. Onlar isə bu günədək həmin torpaq sahəsindən heç bir qazanc əldə etməmişlər. Hazırda onların qeyd olunan torpaq üzərində heç bir qərar vermək səlahiyyətləri olmadığından məhkəməyə müraciət etmək məcburiyyətindədirlər. Məhkəmə hazırlıq iclaslarında iştirak edən İddiaçı2 iddia tələbini müdafiə etmişdir. 15 oktyabr 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı2, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Mirhüseyn oğlu, Cavabdeh3 və Cavabdeh4, maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan J№-227, KOD 60704028 №-li Torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki,X2 və onun ailə üzvləri- X1, İddiaçı1, Cavabdeh2 Hüseyn oğlu, İddiaçı2 Ş., Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mülkiyyətlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 26 noyabr tarixli 37 nömrəli qərarı ilə mülkiyyətə verilmiş torpaq sahəsinin planı, cizgisində göstərilən sərhəd daxilində 3.53 hektar kənd təsərrüfatı məhsulu istehsalı üçün torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, J№-227, KOD 60704028 №-li Torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında tərəflərin ümumi birgə mülkiyyətinə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Hal-hazırda iddiaçılar həmin torpaq sahəsinə paylarının müəyyən edilməsini xahiş edirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.4-cü maddəsinə əsasən, ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. 213.5-ci maddəsinə əsasən, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 214.1-ci maddəsinə əsasən, əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, J№-227, KOD 60704028 №-li Torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında verilmiş torpaq sahəsi tərəflərin ümumi birgə mülkiyyətində olduqlarından və həmin əmlaka payların müəyyən edilməsi ilə bağlı öz aralarında razılğa gəlmədiklərinə görə, həmin əmlaka onların paylarının bərabər olması nəzərə alınmaqla, bu əmlakın 1/8 hissəsinə İddiaçı1 və 1/8 hissəsinə isə İddiaçı2 payı müəyyən edilməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. J№-227, KOD 60704028 №-li Torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında verilmiş torpaq sahəsinin 1/8 hissəsinə İddiaçı1 və 1/8 hissəsinə isə İddiaçı2 payı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №2(020)-1105/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1105/2024
15.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver