Məhkəmə qərarları › İş №2(020)-1114/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1114/2023

01.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1114/2023 01.09.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavadeh Azərbaycan Respublikası İqtidsadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Beyləqan Ərazi İdarəsinə və 3-cü şəxs X9 qarşı Beyləqan rayonu Dünyamalılar kəndi ərazisində yerləşən keçmiş Jdanov rayonu Dünyamalılar kənd XDS-nin qərarı ilə ayrılmış 0,15 ha torpaq sahəsinə və həmin torpaq sahəsində tikilmiş evə sahiblik və istifadə hüququnun tanınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Beyləqan rayon məhkəməsində cavadeh Azərbaycan Respublikası İqtidsadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Beyləqan Ərazi İdarəsinə və 3-cü şəxs X9 qarşı Beyləqan rayonu Dünyamalılar kəndi ərazisində yerləşən keçmiş Jdanov rayonu Dünyamalılar kənd XDS-nin qərarı ilə ayrılmış 0,15 ha torpaq sahəsinə və həmin torpaq sahəsində tikilmiş evə sahiblik və istifadə hüququnun tanınması tələbinə dair iddia qaldıraraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmədə iddiasını əsaslandıraraq göstərdi ki, o, Beyləqan rayonunun Dünyamalılar kəndində yaşayır. Keçmiş Jdanov rayonu Dünyamalilar kənd XDS-nin qərarı ilə 1960-cı ildə onun istifadəsinə kolxozun balansında olan torpaq sahəsindən 0,15 ha torpaq sahəsi həyətyanı torpaq sahəsi kimi ayrılmış və orada kolxozun hesabına ailəsi üçün fərdi yaşayış ev tikilmişdir. Həmin evdə o özü və ailə üzvlri birlikdə yaşamış və 1988-ci ildə G.Əsədov adına kolxozdan əmək pensiyasına çıxmışdır. Hal-hazırda ona ayrılmış həmin torpaq sahəsində yerləşən evdə yaşayır. Lakin Azərbaycan Respublikasında aparılan torpaq islahatı zamanı Beyləqan RAİKnın 30 aprel 1999-cu il tarixli 70 saylı qərarı ilə səhvən onun istifadəsinə ayrılmış torpaq sahəsi, həmin torpaq sahəsinin ayrılmasından və həmin torpaqda evin tikilməsindən çox sonra anadan olmuş oğlu X5 mülkiyyətinə verilmiş, həmin torpaq sahəsinə KOD 60700068 JN-130A və KOD 60700068 JN-130B saylı “Torpağa mülkiyyət hüququna dair” Şəhadətnamə verilmişdir. Beyləqan RAİK-nın 30 aprel 1999-cu il tarixli 70 saylı qərarı ilə tanış olmadığını, islahat aparılan vaxt yaşlı olmasını, islahat qərarının ona verilmədiyini, istifadəsində və sahibliyində olan torpaq sahəsinin və evin oğlunun adına sənədləşdirilməsindən xəbəri olmadığını, həmin torpaq sahəsinə verilmiş şəhadətnamələrin oğlu Abbasda olduğunu, bu barədə heç bir məlumatı olmadığını, oğlu Abbasın torpaq sahəsini və evi öz adına sənədləşdirmək istəməsindən sonra bu hallar ona məlum olmuşdur. Bundan sonra məhkəməyə müraciət edərək qanunla ona məxsus olan torpaq sahəsinə və evə istifadə hüquqnun tanınması ilə bağlı müraciət etmişdir. İddiasını müdafiə etdiyini və Beyləqan rayonu Dünyamalılar kəndi ərazisində yerləşən keçmiş Jdanov rayonu Dünyamalılar kənd XDS-nin qərarı ilə ona həyətyanı torpaq sahəsi kimi ayrılmış 0,15 ha torpaq sahəsinə və həmin torpaq sahəsində tikilmiş evə sahiblik və istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddiaçının dediklərini təsdiq edərək, əlavə olaraq bildirdi ki Azərbaycan Respublikasının “Torpaq islahatı haqqında” 16 iyul 1996-cı il tarixli Qanununun 9-cu maddəsində göstərilir ki vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperaiv bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanunun bu maddəsinin məzmunundan göründüyü kimi torpaq sahəsi və həmin torpaq sahəsi İddiaçıqanuni istifadəsində və sahibliyində olduğuna görə onun mülkiyyətinə verilməli olduğu halda, oğlu Abbasın mülkiyyətinə verilmişdir. Bu hal hüquqlarını müdafiə etdiyi şəxsin Konstiyusiya ilə qorunan mülkiyyət hüququnu pozur, iddiaçının həmin torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən ikimərtəbəli fərdi yaşayış evinə sahiblik və istifadə hüququ tanınmalıdır. Belə ki iddia ərizəsinə əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş arxiv arayışlarından göründüyü kimi mübahisəli torpaq sahəsində yerləşən ikimərtəbəli yaşayış evi 3-cü şəxs X5 anadan olmasından əvvəl inşa edilmiş, sonrakı dönəmlərdə onun adına hər hansı bir formada özgəninkiləşdirilməmişdir. İddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası İqtidsadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Beyləqan Ərazi İdarəsinə və 3-cü şəxs X9 məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməklə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə və 3-cü şəxsə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş poçt xəbərnamlərindən görünür ki, cavabdeh X11 məhkəmə iclasının vaxtı və yeri barədə göndərilən məhkəmə bildirişlərinə dair məktubları qəbul etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəməyə gəlmədiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində İzahat verən X6 bildirdi ki iddaçı İddiaçı onun anasıdır, X14 isə onun ki kiçik qardaşıdır. Mübahisə üzrə bildirdi ki Beyləqan rayonu Dünyamallar kəndində anadan olmuş, ailə üzvləri ilə birlikdə Dünyamalılar kəndində yerləşən kiimərtəbəli daşdan tikilmiş evdə yaşamışlar. Hal-hazırdada anası İddiaçı həmin evdə yaşayır. Həmin evin yerləşdiyi torpaq sahəsi Dünyamalılar kənd XDS-nin qərarı ilə 0,15 ha həyətyanı torpaq sahəsi anasının istifadəsinə ayrılmış, həmin vaxt kolxoz vəsaiti hesabına ikimərtəbəli fərdi yaşayış evi tikilərək anasının istifadəsinə verilmişdir. Həmin evdə böyüyüb-başa çatmış, sonradan təsərrüfatdan ayrılaraq özünə ayrı ev tikmişdir. Anası İddiaçı həmin həyətyanı torpaqda və evdə hal-hazıradək yaşayır. Lakin son vaxtlar ona məlum olmuşdur ki həmin həyətyanı torpaq sahəsi Beyləqan rayon AİK-nı qətraı ilə qardaşının adına verilmiş, anasının adı isə həmin şəhadətnamədə yoxdur. Ona görədə anası hüuqunun bərpası üçün məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında şahid qismində İzahat verən X3 bildirdi ki İddiaçı Hümbət qızı onun anasıdır, X14 isə qardaşıdır. Beyləqan rayonu Dünyamalılar kəndində anadan olmuş, ailə üzvləri ilə birlikdə hal-hazırda anasının yaşadığı evdə yaşamış, boya başa çatmışdıır. Anasının yaşadığı torpaq sahəsi Beyləqan rayonu Dünyamalılar kənd XDS-nin qərarı ilə fərdi yaşayış evi tikmək üçün ona ayrılmış, həmin torpaq sahəsində daşdan ikimərtəbəli ev tikilmiş, həmin müddətdən halhazıradək anası həmin evdə yaşayır, həmin evin başqa bir şəxsə satılması və başqa formada özkəninkiləşdirilməsindən məlumatı olmamaışdır. Sonradan ona məlum olmuşdur ki anasının istifadəsinə ayrılmış torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş ev qardaşı X5 adına sənədləşdirilmişdir. Torpaq islahatı aparılan zaman qardaşı Abbas Bakı şəhərində yaşamış, həmin torpaq sahəsinin hansı səbəbdən onun adına sənədləşdirilməsindən məlumatı olmamışdır. Azərbaycan Respubliaksı Mülki Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllənin məqsədinin üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdən ibarət olması göstərilmişdir. Azərbaycan Respubliaksı Mülki Məcəlləsinin 1.2-ci maddəsində mülki hüquq subyektlərinin əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləmək, mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək və s. Mülki Məcəllənin vəzifələri kimi təsbit olunmuşdur. İş materiallarına əlavə edilmiş Beyləqan rayon Dövlət Arxivinin 16 sentyabr 2021-ci il tarixli 273 saylı arayışından görünür ki, İddiaçı Dünyamalılar kənd XDS İcraiyyə Komitəsinin 1963-1965ci illərə aid olan 5 № -li Təsərrüfatbaşına kitabında 483 №-li şəxsi hesabda 0,15 ha torpaq sahəsi İddiaçı məxsus olduğu qeyd edilmişdir. Mülki iş materiallarına əlavə edilmiş Beyləqan rayon Dövlət Arxivinin 16 sentyabr 2021-ci il tarixli 274 saylı arayışından görünür ki, İddiaçı Dünyamalılar kənd XDS İcraiyyə Komitəsinin 1969- 1971-ci illərə aid olan 8 № -li Təsərrüfatbaşına kitabın 945 №-li şəxsi hesabda onun adına 0,15 ha torpaq sahəsi olması ilə bərabər X15, X7, X12, X19, X14, X4 adında ailə üzvləri olması qeyd edilmişdir. Mülki iş materiallarına əlavə edilmiş Beyləqan rayonu Dünyamalılar kənd bələdiyyəsinin 17 sentyabr 2021-ci il tarixli 90 saylı arayışında göstərilir ki Beyləqan rayon Dövlət Arxivinin 16 sentyabr 2021-ci il tarixli 273 saylı arayışında və Beyləqan rayon Dövlət Arxivinin 16 sentyabr 2021-ci il tarixli 274 saylı arayışında göstərilən 0,15 ha həyətyanı torpaq sahəsi Dünymalılar kəndi ərazisində yerləşən JN-130A və JN-130B №-li Şəhadətnamələrdə təsvir olunan torpaq sahələridir. Sağ tərəfi həyətyanı torpaq sahəsi olan X8 129 №-li şəhadətnamə, sol tərəfi həyətyanı torpaq sahəsi olan X16 131 №-li şəhadətnamə ilə, araxa tərəf torpaq sahəsi isə X23 ilə 109 №-li şəhadətnamə ilə qonşudur. Mülki iş materiallarına əlavə edilmiş Beyləqan RİHB-nın Dünyamalılar kənd İƏD üzrə Nümayəndəsinin 28 mart 2019-cu il tarixli 564 №-li arayışından göründüyü kimi X1 qonşuları X16 və sağ qonşuları X8 olmaqla, anasına məxsus evdə onunla birgə yaşayır. Mülki iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Beyləqan rayon Dövlət Arxivinin 27 dekabr 2022-ci il tarixli 199 №-li arayışından göründüyü kimi Dünyamalılar kənd Ərazi Nümayəndəliyinin1996-2000-ci illərə aid olan 4 №-li “Təsərrüfatbaşına kitabı” 357 №-li şəxsi hesabda ailə tərkibi İddiaçı, X14, X2 göstərilmişdir. Mülki iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş fotoşəkillərdən göründüyü kimi mübahisəli torpaqda iki mərtəbəli, köhnə formada ev tikilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ-ci hissəsində nəzərdə tutulur ki, hər kəsin mülkiyyət hüququ var. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ-ci hissəsində nəzərdə tutulur ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 5.3-cü maddəsinə əsasən bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ məhdudlaşdırıla bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququəmlaka (əşyaya) faktiki sahibliyi həyat keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-ci maddəsinə əsasən istifadə hüququəmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasada, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsədə məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktiki sahibliyə nail olmaqla əldə edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar–iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, məhkəmə, iş materiallarını nəzərdən keçirib, iddiaçının, şahidlərin izahatlarını dinləyib, belə qərara gəlir ki, İddiaçı cavadeh Azərbaycan Respublikası İqtidsadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Beyləqan Ərazi İdarəsinə və 3-cü şəxs X9 qarşı Beyləqan rayonu Dünyamalılar kəndi ərazisində yerləşən keçmiş Jdanov rayonu Dünyamalılar kənd XDS-nin qərarı ilə ayrılmış 0,15 ha torpaq sahəsinə və həmin torpaq sahəsində tikilmiş evə sahiblik və istifadə hüququnun tanınması tələbinə dair iddiası təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı cavadeh Azərbaycan Respublikası İqtidsadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Beyləqan Ərazi İdarəsinə və 3-cü şəxs X9 qarşı Beyləqan rayonu Dünyamalılar kəndi ərazisində yerləşən keçmiş Jdanov rayonu Dünyamalılar kənd XDS-nin qərarı ilə ayrılmış, KOD 60700068 JN-130A və KOD 60700068 JN- 130B saylı “Torpağa mülkiyyət hüququna dair” Şəhadətnamə ilə rəsmiləşdirilmiş 0,15 ha torpaq sahəsinə və həmin torpaq sahəsində tikilmiş evə sahiblik və istifadə hüququ tanınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Seyfəli Seyfullayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar