Məhkəmə qərarları › İş №2(020)-1146/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1146/2024

23.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1146/2024 23.09.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Cavabdehlər- Cavabdeh* və onun vəkalətli nümayəndəsi vəkil Nümayəndə*, Cavabdeh- Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinin vəkalətli nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçılar İddiaçı* və İddiaçı2 cavabdehlər Cavabdeh*, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə və Cavabdeh3nə qarşı etibarnamənin, əqdin və çıxarışın etibarsız hesab olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı* və İddiaçı2 məhkəmədə cavabdehlər Cavabdeh*, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə və Cavabdeh3nə qarşı etibarnamənin, əqdin və çıxarışın etibarsız hesab olunması tələbinə dair iddia qaldırmışdır. İddiaçılar İddiaçı* və İddiaçı2 ərizələrini onunla əsaslandırmışlar ki, Beyləqan rayon *-ci Şahsevən kəndində qeydiyyatda olmaqla orada daimi yaşayırlar. Cavabdeh* da onların qardaşlarıdır. Beyləqan rayon Aqrar islahat komissiyasının 24 noyabr *998-ci il tarixli 59 saylı qərarı əsassında onlaravə və digər ailə üzvlərinə kənd təssərrüfatı məhsulları istehsalı üçün *.*2 ha torpaq sahəsi verilmişdir. Həmin aktda adı olan şəxslərdən babaları X5, nənələri X6 və atam X9 vəfat etmişlər. 202*-ci ilin sentyabr ayında onlar və anaları X2 digər qardaşları Cavabdeh* həmin dövlət aktında olan texniki səhvlərin düzəldilməsi və yekun olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsindən çıxarışın alınması üçün etibarnamə vermişlər. Etibarnamə 202*-ci ilin sentyabr ayında Cavabdeh3ndə verilmişdir. Sonradan onlara məlum olmuşdur ki, Niyaməddin ona verilmiş etibardan sui-istifadə edərək həmin torpaq sahəsini guya onların adından ona hədiyyə kimi verilməsi barədə daşınmaz əmlakın bağışlanması müqaviləsi tərtib etdirmiş, həmin müqaviləni də eyni qaydada saxta yolla Cavabdeh3ndə təsdiq etdirməklə əmlaklarını qanunsuz yolla ələ keçirmişdir. Bu fakt onlara təxminən iki ay bundan əvvəl həmin torpaq sahəsinə çıxarış almaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə müraciət edən zaman məlum olmuşdur. Niyaməddin onları aldadaraq əmlaklarını qanunsuz yolla ələ keçirmişdir. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçılar İddiaçı* və İddiaçı2 məhkəmə bildirişləri göndərilməklə məlumat verilmiş, iddiaçılar məhkəmə bildirişlərini almalarına baxmayaraq təkrar olaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İş üzrə cavabdehlər mülki işə mahiyyəti üzrə baxılmasını tələb etdiklərindən məhkəmə iddiaçıların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh* iddianı qəbul etmədi və izahatında göstərdi ki, Beyləqan rayon Aqrar islahat komissiyasının 24 noyabr *998-ci il tarixli 59 saylı qərarı əsassında ona və ailə üzvlərinə kənd təssərrüfatı məhsulları istehsalı üçün *.*2 ha torpaq sahəsi verilmişdir. ** oktyabr 202*-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsi əsasında qardaşı İddiaçı2 və X2 mülkiyyətilərində olan 0.8498 ha pay torpaq sahəsini ona bağışlamışlar. O, da *6 iyul 2022-ci il tarixli Daşınmaz Əmlakın alqı -satqı müqaviləsi əsasında mülkiyyətində olan 0.8498 ha pay torpaq sahəsini X*. Savalan da torpağı mülkiyyətinə keçirərk çıxarış almışdır. Sonrdan qardaşının sosial yardımı kəsildiyindən ondan torpağını tələb etmşdir. Hazırda qardaşı Elgün 0,28 ha, əmisi də 0,28 ha torpaqdan istifadə edirlər. Ailə üzvləri ilə razlaşaraq 0,84 h torpaq sahəsini o, Savalan adlı şəxsə satmışdır. Torpağı satarkən qardaşlarının xəbəri olmuş və torpağı satmağa razılıq vermişlər. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında izahat verən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinin vəkalətli nümayəndəsi Nümayəndə2 göstərdi ki, etibarnamənin, əqdin və çıxarışın etibarsız hesab edilməsi 6 saylı Beyləqan Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Püquqi Şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsi dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirmək, daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək, ünvan reyestrini aparmaq, daşınmaz əmlak obyektlərinə ünvan vermək, qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın qiymətləndirilməsini həyata keçirmək, dövlət kadastrının və dövlət torpaq kadastrının tərtib edilməsi və aparılmasının həyata keçirilməsində iştirak etmək səlahiyyətlərinə malikdir. Cavabdeh* hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Həmin çıxarış “Daşınamaz əmlakın dövət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 9-*3-cü maddələrinə əsasən hüquqların dövlət qeydiyyatının aparılması qaydasında verilmişdir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Ona görə də iddiaya etiraz etdi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Beyləqan rayon * saylı Notariat Ofisinin natariusu X7 məhkəməyə məktub göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, cavabdehlərin izahatlarını dinləyib hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. İşdə olan JN 394 KOD607*30*8 saylı Dövlət aktından görünür ki, Beyləqan rayon Aqrar islahat komissiyasının 24 noyabr *998-ci il tarixli 59 saylı qərarına əsasən iddiaçılar və onun ailə üzvlərinin mülkiyyətinə kənd təssərrüfatı məhsulları istehsalı üçün *.*2 ha torpaq sahəsi verilmişdir. İşdə olan ** oktyabr 202*-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsindən görünür ki, İddiaçı2, X2 mülkiyyətilərində olan 0.8498 ha pay torpaq sahəsini Cavabdeh* bağışlamışlar. İşdə olan *6 iyul 2022-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh* mülkiyyətində olan 0.8498 ha pay torpaq sahəsini X*. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Beyləqan rayonunun İ Şahsevən kəndi ərazisində yerləşən 0.8498 hektar torpaq sahəsi tam olaraq X3 xüsusi mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.*-ci maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi özünün “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.* və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 202* -ci il tarixli qərarında qeyd etmişdir ki, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Konstitusiya Məhkəməsinin həmin Qərarında təsbit edilmiş hüquqi mövqeyinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.*-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Mülki Məcəllənin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.*-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Məhkəmədə müəyyən edildi ki, iddiaçılar etibarnamənin etibarsızlığına dair məhkəmədə iddia qaldırarkən artıq 202*-ci ildən mübahisəli torpaq sahəsi Cavabdeh* mülkiyyətində olmuşdur, həmin vaxt bununla bağlı hər hansı bir mübahisə olmamışdır. Digər tərəfdən Cavabdeh* həmin torpaq sahəsini başqa şəxsə satması müəyyən edilmiş, həmin şəxsin vicdanlı alıcı olması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *39.*-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır Həmin Məcəllənin *78.*-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin *82.*-ci mddsinə görə əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Beləliklə məhkəmədə müəyyən edildi ki, iş üzə Cavabdeh* mübahisəli torpaq sahəsi bağışlanarkən hər hansı bir qanun pozuntusuna yol verilməmiş, mübahisəli torpaq sahəsi 202*-ci ildən Cavabdeh* qanuni mülkiyyətində olmuş, həmin torpaq sahəsinin geri qaytarılması ilə bağlı müddət ötürülmüşdür. Cavabdeh* mülkiyyətində olan 0.8498 ha pay torpaq sahəsini *6 iyul 2022-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi ilə X*. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla həmin Beyləqan rayonunun İ Şahsevən kəndi ərazisində yerləşən 0.8498 hektar torpaq sahəsi tam olaraq X3 xüsusi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi S.Abbasovun qanuni mülkiyyəti hesab edilir. Azərbaycan Respublikası MPM-nin 9.3-cü maddəsinin tələbinə görə hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinəəsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 2*7.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Həmin Məcəllənin 77.*-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə iclasında iddiaçıların öz tələblərinin əsası kimi istinad etdiyi hallar sübut olunmamışdır. Ona görə də, məhkəmə iddianın rədd edilməsini qanuna müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 2*3-220, 227, 233.* və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçılar İddiaçı* və İddiaçı2 cavabdehlər Cavabdeh*, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə və Cavabdeh3nə qarşı etibarnamənin, əqdin və çıxarışın etibarsız hesab olunması tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən *(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar