Məhkəmə qərarları › İş №2(020)-1331/2025

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-1331/2025

12.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-1331/2025 12.07.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Mən, Beyləqan rayon Məhkəməsinin hakimi Səfərov Səbuhi Əlifağa oğlu, İddiaçı Cavabdeh qarşı “ümumi paylı mülkiyyətdə olan torpaqda paynın müəyyən edilməsi və payın naturada ayrılması» tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, müəyyənetdim: İddiaçı Cavabdeh qarşı “ümumi paylı mülkiyyətdə olan torpaqda paynın müəyyən edilməsi və payın naturada ayrılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Beyləqan rayonu Aqrar İslahatı Komissiyasının 24 noyabr 1998-ci il tarixli, 59 nömrəli qərarı ilə mərhum X1 və hazırda həmin kənddə yaşayan Cavabdeh və İddiaçı Şaməddin qızının ümumi mülkiyyətinə verilmiş JN-179 kod 60713018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" ilə rəsmiləşdirilmiş 0,41 ha torpaq sahəsindən paynın müəyyən edilməsi və naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Beyləqan Rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1998-ci il tarixli, 59 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0.41 ha torpaq sahəsi Beyləqan rayonu İ Şahsevən kəndində yaşamış mərhum X1 və hazırda həmin kənddə yaşayan Cavabdeh və İddiaçı Şaməddin qızının mülkiyyətinə verilmiş və bu barədə JN- 179 kod 60713018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.2-ci maddəsinə əsasən, birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, əmlakdan payın ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə biləcəyi halda, iddiaçı iddia tələbində qanunvericiliyin həmin tələbinə riayət etməmiş, iddia tələbini düzgün və dəqiq ifadə etməyərək əmlakdan payının müəyyən edilməsi və naturada ayrılması ilə eyni vaxtda məhkəməyə müraciət etmişdir. Halbuki qanunvericiliyin tələbinə əsasən pay qabaqcadan müəyyən edildikdən sonra, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Prosessual qanunvericiliyin tələbindən isə göründüyü kimi, tələblər konkret və aydın olmalıdır. Başqa sözlə, prosessual qanunvericiliyin cavabdehə qarşı yönəlmiş tələbin iddia ərizəsində dəqiq və aydın göstərilməli olması onu nəzərdə tutur ki, cavabdeh ona qarşı yönəlmiş tələbin konkret nədən ibarət olduğunu müəyyən etməlidir. Həmçinin, işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir (MPM maddə 154.1). Bu isə o halda mümkün ola bilər ki, iddiaçı cavabdehə qarşı öz tələbini konkret şəkildə iddia ərizəsində göstərsin. Bundan başqa, iddia ərizəsinin “xahiş edirəm” hissəsindən görünür ki, iddiaçı tələbində JN-179 kod 60713018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" əsasında verilmiş 0.41 hektar torpaq sahəsindən payının naturada müəyyən edilməsi və ona təhkim olunmasını istəmişdir. Lakin, göründüyü kimi iddiaçı iddia ərizəsində “cavabdeh” qismində qeyd etdiyi Beyləqan rayon, İ Şahsevən kənd sakini Cavabdeh qarşı hansı tələbi irəli sürməsini və “xahiş edirəm” hissəsində ondan konkret nəyi tələb etdiyini dəqiq qeyd etməmiş, eyni zamanda tələbində maneənin nədən ibarət olduğunu göstərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 151.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, ərizənin qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, ərizə mülki prosessual qanunvericiliyinin tələblərinə riayət edilmədən verildiyinə görə geri qaytarılmalı və iddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessaul Məcəlləsinin 149, 152, 263-264-cü maddələrini rəhbər tutaraq qəraraaldım: İddiaçı Cavabdeh qarşı “ümumi paylı mülkiyyətdə olan torpaqda paynın müəyyən edilməsi və payın naturada ayrılması» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilir ki, onlar, iddia tələbini dəqiqləşdirməklə yenidən məhkəməyə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səbuhi Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar