Məhkəmə qərarları › İş №2(020)-1369/2024

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-1369/2024

09.08.2024 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-1369/2024 09.08.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızı, Ərizəçi İmanova (Abbasova) Elnarə Əli qızının (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi, yəni ölüm haqqında şəhadətnamədə adının yanlış yazılmasının müəyyən edilməklə dəyişdirilməsi” tələbinə dair ərizənin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi İmanova (Abbasova) Elnarə Əli qızı ərizə ilə məhkəməyə müraciət edərək, 26 oktyabr *995-ci il tarixdə Beyləqan rayonunun Tatalılar kəndində anadan olan İmanova (Abbasova) Elnarə Əli qızının adına verilmiş İİİ-JQ 323840 saylı ölüm haqqında şəhadətnamədə yanlış olaraq qeyd edilmiş X3 adı dəyişdirilməklə, yeni ölüm haqqında şəhadətnamə verilərkən (bacısının adı) X* qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: *6*.*-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. *6*.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. *6*.3-cü maddəsinə əsasən, aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarının 6.*-ci bəndinə qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Göründüyü kimi, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: *53.2.*-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; *53.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin **4.*. və **4.*.2-ci maddələrə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə qaytarılır; Həmin Məcəllənin **4.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Təsvir edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, hazırki ərizənin icraata qəbul edilməsindən imtina edilməli, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və ərizəçiyə izah olunmalıdır ki, o, vətəndaşlıq vəziyyəti aktında düzəliş edilməsi ilə bağlı Qeydiyyat şöbəsinin imtinası ilə bağlı, həmin orqana qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Habelə ərizəçi tərəfindən Beyləqan Rayon Məhkəməsinin hesabına 3*.07.2024-cü il tarixli *524**9635 №-li qəbz əsasında ödənilmiş *00 manat məbləğində dövlət rüsumu özünə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *52, 263 və 264 maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Ərizəçi İmanova (Abbasova) Elnarə Əli qızının (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi, yəni ölüm haqqında şəhadətnamədə adının yanlış yazılmasının müəyyən edilməklə dəyişdirilməsi”nə dair ərizəsinin qəbul edilməsindən imtina olunsun, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olsun ki, o, vətəndaşlıq vəziyyəti aktında düzəliş edilməsi ilə bağlı müvafiq Qeydiyyat şöbəsinə imtinası ilə bağlı, həmin orqana qarşı inzibati icraat qaydasında iddia qaldıra bilər. Ərizəçi İmanova (Abbasova) Elnarə Əli qızı tərəfindən Beyləqan Rayon Məhkəməsinin hesabına ödənilmiş *00 (yüz) manat məbləğində (3*.07.2024-cü il tarixli *524**9635 №-li qəbz) dövlət rüsumu özünə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan *0 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar