Məhkəmə qərarları › İş №2(020)-1450/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1450/2025

22.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1450/2025 22.10.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ GİRİŞ: Beyləqan Rayon Məhkəməsinin hakimi Səfərov Səbuhi Əlifağa oğlunun sədrliyi, Bərşadlı Məmmədşah Elburus oğlunun katibliyi, İddiaçı Rəfdar qızı, Cavabdeh Beyləqan şəhəri N.Allahverdiyev adına * nömrəli orta məktəbin nümayəndəsi Cavabdeh2, Cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən 3-cü şəxs Mil-Muğan Regional Təhsil idarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Rəfdar qızının cavabdeh Beyləqan şəhəri N.Allahverdiyev adına * nömrəli orta məktəbə qarşı intizam tənbehi növündə “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilməsi haqqında 30 iyun 2025-ci il tarixli, 22 saylı əmrin ləğvi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: TƏSVİRİ HİSSƏ: İşin halları: İddiaçı Rəfdar qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş 30 iyun 2025-ci il tarixli, 22 saylı əmrə əsasən bütün gün üzürsüz səbəbdən işə gəlmədiyi üçün ona verilən sonucu xəbərdarlıqla şiddətli töhmət əmrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini və Ağcabədi * saylı mediasiya qurumuna ödədiyi 60 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Beyləqan şəhər Namiq Allahverdiyev adına * saylı tam orta məktəbin direktoru Cavabdeh2 tərəfindən ona 02 iyun tarixində keçirilmiş Pedoqoji Şurada verilmiş 6* nömrəli əmrə əsasən əmək funksiyasını guya kobud surətdə pozmağına görə töhmət və həmin gün 60 nömrəli əmrlə Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndini rəhbər tutaraq 06 may 2025-ci il tarixdə bütün gün üzürsüz səbəbdən işə gəlmədiyini göstərərək yazılı xəbərdarlıq elan edilmişdir. Bir ayda direktor öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək onun barəsində 3 əmr vermişdir. 23 iyun 2025-ci il tarixində Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə rəsmi məktubla dəvət edildiyini Cavabdeh2 onun emailinə mesaj yazaraq bildirmiş və o da buna uyğun olaraq qeyd olunan tarixdə göstərilən yerə getmiş və izahat vermişdir. Araşdırma materallarına əlavə edilməsi üçün müstəntiq əlavə sənədlər istədiyinə görə o, 24 iyun 2025-ci il tarixdə yenidən Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə gedərək sənədləri təqdim etmişdir. Bu səbəbdən də 24 iyun 2025-ci il tarixdə məktəbə gedə bilməmişdir. Adətən tədris dayandığından günortadan sonra direktor məktəbi bağlı saxlayır yaxud, müsəssisə boş olur. Bir gün öncədən direktora zəng edərək və mesaj yazaraq ondan istənilən əlavə sənədləri Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə 24 iyun 2025-ci il tarixdə təqdim edəcəyi üçün işə gələ bilməyəcəyini bildirmişdir. Göründüyü kimi üzrlü səbəbdən iş yerinə gedə bilmədiyi halda məktəb direktoru tərəfindən barəsində qanunsuz və əsassız olaraq “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilməsi barədə əmr vermişdir. Odur ki, qeyd olunan əmrin ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak etmiş İddiaçı Rəfdar qızı iddia tələbini müdafiə edərək bildirmişdir ki, Beyləqan şəhər Namiq Allahverdiyev adına * saylı tam orta məktəbin direktoru Cavabdeh2 tərəfindən ona 60 nömrəli əmrlə yazılı xəbərdarlıq və 6* nömrəli əmrlə intizam tənbehi növündə “töhmət” verilməsi barədə əmrlər verilmişdir. Qeyd olunan əmrlər hər ikisi qanunsuz və əsassızdır. 23 iyun 2025-ci il tarixdə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən göndərilmiş rəsmi məktub əsasında qeyd olunan idarəyə bir günlük ezam olunmuş, orada izahat verdikdən sonra müstəntiqin şifahi göstərişinə əsasən səhəri gün, yəni 24 iyun 2025-ci il tarixdə iş yerinə gələ bilməmiş və qeyd olunan sənədləri aparıb təqdim etmişdir. Buna baxmayaraq, məktəb direktoru tərəfindən ona üzrlü səbəblər olmadan bütün iş günü ərzində iş yerində olmaması səbəbilə sonuncu xəbərdarlıqla şiddətli töhmət intizam cəzası verilmişdir. Həmin əmr qanunsuz və əsassız olduğuna görə ləğv edilməsini və mediasiyaya ödənilmiş 60 manat dövlət rüsumunun ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Cavabdeh2 izahatında bildirmişdir ki, İddiaçı Rəfdar qızı 5 ildir ki N.Allahverdiyev adına * saylı məktəbdə müəllimədir. O, hər gün dərslərə gecikir, dərslərə vaxdında gəlmir və bu barədə dəfələrlə özü ilə söhbətlər aparılsa da Füzuli rayonundan gəldiyini qeyd edərək, öz hərəkətlərinə davam etdirmişdir. Başqa bir işin istintaqı ilə əlaqıdar olaraq 23 iyun 2025-ci il tarixdə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən göndərilmiş rəsmi məktub əsasında o, İddiaçı həmin tarizdə qeyd olunan idarəyə çağrıldığını demiş və getməsinə icazə verdiyini bildirmişdir. İddiaçı da 23 iyun 2025-ci il tarixdə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə gedib orada izahat versə də, səhəri gün yəni, 24 iyun 2025ci il tarixdə bütün gün ərzində iş yerinə gəlməmiş və sonradan deməsinə görə həmin gün də Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində müstəntiqə sənəd verməyə getmişdir. Lakin, bu barədə rəhbərlik etdiyim təşkilata heç bir rəsmi sənəd daxil olmamışdır. Bu barədə işi aparan müstəntiqlə əlaqə saxlanıldığı təqdirdə isə o, İddiaçı 24 iyun 2025-ci il tarixdə təkrarən dəvət etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən 3-cü şəxs Mil-Muğan Regional Təhsil idarəsinin nümayəndəsi X* Gülbəniz Ənvər qızının göstədiyi xüsusatları təsdiq edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Faktiki hallar və sübutlar: İş materiallarında olan 28 sentyabr 2022-ci il tarixli Əmək müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı Beyləqan şəhər Namiq Allahverdiyev adına * nömrəli tam orta məktəbdə tarix müəllimi vəzifəsinə qəbul olunması ilə əlaqədar onunla məktəbin direktoru Cavabdeh2 ilə arasında bağlanmışdır. İş materiallarında olan Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Priventiv tədbirlər və təhqiqat idarəsinin rəis müavini tərəfindən Beyləqan şəhəri N.Allahverdiyev adına * nömrəli orta məktəbin direktoruna ünvanlanmış *9 iyun 2025-ci il tarixli, 2-2-022/2-*26437/2025 saylı məktubdan görünür ki, İddiaçı 23 iyun 2025-ci il tarixdə izahatının alınması məqsədilə həmin idarəyə dəvət olunmuşdur. İş materiallarında olan 30 iyun 2025-ci il tarixli, 22 saylı əmrin surətindən görünür ki, İddiaçı bütün iş günü ərzində üzrlü səbəblər olmadan iş yerində olmaması səbəbindən intizam tənbehi növündə “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilmişdir. İş materiallarında olan Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Priventiv tədbirlər və təhqiqat idarəsinin rəis müavini tərəfindən İddiaçı ünvanlamış 0* avqust 2025-ci il tarixli, 2-2-022/2-*6*327/2025 saylı məktubdan görünür ki, onun 24 iyun 2025-ci il tarixdə idarəyə təqdim etmiş olduğu sənədlər araşdırma materiallarına əlavə edilmişdir. İş materiallarında olan Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Priventiv tədbirlər və təhqiqat idarəsinin rəis müavini tərəfindən Beyləqan şəhəri N.Allahverdiyev adına * nömrəli orta məktəbin direktoruna ünvanlanmış 08 oktyabr 2025-ci il tarixli, 2-2-022/2-2*3828/2025 saylı məktubdan görünür ki, İddiaçı 23 iyun 2025-ci il tarixdə izahatının alınması məqsədilə həmin idarəyə dəvət olunmuş, lakin 24 iyun 2025-ci il tarixdə onunla bağlı heç bir prosessual hərəkət icra edilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: - Maddə *2.İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. - İİ. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. - Maddə 35.İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. - İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. - İİİ. Heç kəs zorla işlədilə bilməz. - İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. - V. Məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi əməyə cəlb etmək, hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar işlətmək, fövqəladə vəziyyət və hərbi vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri gördürmək hallarına yol verilir. - Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. - Vİİ. İşsizlərin dövlətdən sosial müavinət almaq hüququ vardır. - Vİİİ. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: - Maddə 2. - *. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. - 2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. - 3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. -Maddə *0. “b”. əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrinə aid edilmişdir. - Maddə *6.*. əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. -*6.3. əmək münasibətləri prosesində işçilər arasında bu maddənin birinci hissəsində göstərilən ayrı-seçkiliyə yol verən işəgötürən və ya digər fiziki şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq məsuliyyət daşıyır. - *6.4. ayrı-seçkiliyə məruz qalan işçi pozulmuş hüququnun bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. - Maddə 70. “ç” işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər: - Maddə 72. a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması;https://eqanun.az/framework/46943 c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimaitəhlükəli əməllərə yol verməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: -Maddə *82.*. müəssisələrdə əmək müqavilələri, habelə bağlanmış kollektiv müqavilələr üzrə tərəflərin öhdəliklərinin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, əmək qanunvericiliyinin tələblərinin gözlənilməsi və əmək intizamının təmin olunması məqsədi ilə müəssisədaxili intizam qaydaları qəbul edilə bilər. - Maddə *86.*. işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. - *86.2. işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin *0-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının */4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək, ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək kimi intizam tənbehlərindən birini verə bilər; - *86.3. işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. - Maddə *87.*. intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. - *87.2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. - Maddə *89.2. İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. - *89.3. intizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. - Maddə *90.*. intizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. - *90.3. İşçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: - Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - Maddə 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - Maddə 8*. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - Maddə *06.*. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbinin İddiaçı intizam tənbeh tədbiri növündə “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilməsinə dair 30 iyun 2025-ci il tarixli, 88 nömrəli əmrin ləğv edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, intizam tənbehi işə götürənin işçiyə əmək müqaviləsi ilə ona həvalə edilmiş əmək vəzifələrini yerinə yetirməməsinə və ya lazımınca yerinə yetirməməsinə, əmək intizamına (daxili əmək qaydalarına) əməl etməməsinə və ya əməyin mühafizəsi tələblərinin pozulmasına görə tətbiq edə biləcəyi qeyri-maddi məsuliyyətdir. Əmək intizamı təsbit edilmiş qaydadır və həmin qayda qorunmadan müəssisələrdə işçilərin birgə əmək prosesində uzlaşdırılmış fəaliyyətini təmin etmək mümkün deyildir. Ona görə də işçilər Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, əmək müqaviləsinə, müəssisənin lokal normativ aktlarına müvafiq surətdə müəyyən olunmuş qaydalara tabe olmalıdırlar. İşçilərin birgə əmək fəaliyyəti zamanı davranışı lokal normativ akt olan müəssisədaxili intizam qaydaları ilə müəyyən olunur. İntizam - kollektivin bütün üzvləri üçün məcburi olan qəti surətdə təsbit edilmiş qaydaya tabeçiliyi ifadə edir. İntizam tənbehi intizam xətasına görə verilə bilər. İntizam xətasını səciyələndirən əlamətlərdən biri ondan ibarətdir ki, intizam xətası işçinin onun üzərinə əmək müqaviləsi, müəssisədaxili intizam qaydalarını tənzimləyən normativ aktlar və əmək hüququnun digər normaları ilə qoyulmuş əmək vəzifələrini hüquqazidd olaraq təqsirli surətdə icra etməməsində, yaxud lazımınca icra etməməsində ifadə olunur. Qanunvericilikdə işçi müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə işəgötürən tərəfindən intizam məsuliyyətinə cəlb edilə bilməsi müəyyən edilmişdir. Bu pozuntuların işçi tərəfindən qəsdən törədilməsi ilə bağlı sübutetmə yükü də işə götürənin üzərindədir. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı “sonuncu xəbərdarlıqla şiddətli töhmət” onun bütün iş günü ərzində üzrlü səbəblər olmadan iş yerinə gəlməməsinə görə verilmişdir. Yəni, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Priventiv tədbirlər və təhqiqat idarəsi tərəfindən göndərilmiş məktublardan görünür ki, hazırki iş üzrə İddiaçı 24 iyun 2025-ci il tarixdə həmin idarəyə dəvət olunmamışdır. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Göründüyü kimi qeyd olunan norma imperativ xarakter daşımır və bu səbəbdən də, həmin Məcəllənin 72-ci maddəsinin “a” bəndində nəzərdə tutulmuş işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsinə görə onun barəsində digər intizam tənbeh tədbirlərinin tətbiq edilməsi qanunvericiliyin tələblərinə zidd deyildir. Beləliklə, məhkəmə qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi rədd edilməlidir. NƏTİCƏ HİSSƏ: Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən * ay müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Səbuhi Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar