Məhkəmə qərarları › İş №2(020)-1496/2025

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-1496/2025

08.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-1496/2025 08.08.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Mən, Beyləqan Rayon Məhkəməsinin hakimi Səfərov Səbuhi Əlifağa oğlu, İddiaçı qıznın cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 6 saylı Beyləqan ərazi idarəsi və Cavabdeh2nə qarşı “əmlakdan payının ayrılması və qeydiyyata alınması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı qıznın cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 6 saylı Beyləqan ərazi idarəsi və Cavabdeh2nə qarşı “əmlakdan payının ayrılması və qeydiyyata alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 10 il əvvəl ev tikmiş və həmin evi oğlunun adına Daşınmaz Əmlakın Reyestri Xidmətindən çıxarış almaqla rəsmiləşdirmişdir. Lakin, uşaqlarına sosial müavinət düzəltdirmək məqsədilə həmin evə qeydiyyata düşə bilmir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina olunmalıdır. Belə ki, iddiaçı iddia ərizəsində 10 il əvvəl tikilmiş evə qeydiyyata düşmək öhdəliyinin iki inzibati orqanın “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 6 saylı Beyləqan ərazi idarəsi və Cavabdeh2 üzərinə qoyulmasını xahiş etmişdir. Bundan başqa, iddia ərizəsinin “xahiş edirəm” hissəsində iddiaçı əmlakdan payının ayrılmasını istəmiş, lakin harada yerləşən, kimə məxsus olan və hansı əmlakdan pay ayrılmasını qeyd etməyərək, qeyri-dəqiq və ümumi ifadələrlə müraciət etmişdir. Eyni zamanda iş materiallarında olan dövlət rüsumunun ödənilməsini təsdiq edən 31 iyul 2025-ci il tarixli, 23959 nömrəli qəbzdən görünür ki, iddiamı qeyd olunan iddia tələbi üxün məhkəmənin hesabına 6 manat məbləğində rüsum ödəmişdir. Qanunvericiliyin tətbiqi: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi. Maddə 149.2.3 - iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Maddə 151.1.1 - iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; Maddə - 152.1.1 - iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 152.4 - iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Maddə 153.2 və 153.2.1 – ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Maddə 153.3 - hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Maddə 108.1.1 - mülki məhkəmə icraatında iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. - 108.3 dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Maddə 152.1.5 - müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 114.1. və 114.1.3 - ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa qaytarılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi. Maddə 2.2 və 2.2.3 - inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara İnzibati məhkəmə icraatı qaydasında baxılır: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı. Maddə 16.3 - Ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8.1.6 - Fiziki şəxs tərəfindən mülkiyyətində, istifadəsində (icarəsində) olan yaşayış evi, mənzil, həyətyanı sahənin torpağı, o cümlədən bağ sahəsi ilə bağlı ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Qanunvericiliyin qeyd olunan normalarının tələblərindən göründüyü kimi, iddia ərizəsində 10 il əvvəl tikilmiş evə qeydiyyata düşmək öhdəliyinin iki inzibati orqanın “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 6 saylı Beyləqan ərazi idarəsi və Cavabdeh2 üzərinə qoyulmasını aid hissədə işə inzibati məhkəmə tərəfindən, əmlakdan payının ayrılmasına aid hissəyə isə mülki iddia icraatı qaydasında ümumi məhkəmə tərəfindən baxılmalıdır. Təsvir olunanlara əsasən belə qənaətə gəlirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, İddiaçı qızna izah edilməlidir ki, o, evə qeydiyyata düşmək tələbi ilə bağlı inzibati, payının ayrılması tələbi ilə bağlı isə mülki iddia icraatı qaydasında ümumi məhkəməyə müraciət etməlidir. İddiaçı tərəfindən Beyləqan Rayon Məhkəməsinin hesabına 31 iyul 2025-ci il tarixli, 23959 nömrəli qəbz əsasında ödənilmiş 6 manat məbləğində dövlət rüsumu özünə qaytarılmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessaul Məcəlləsinin 153, 263-264-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: İddiaçı qıznın “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 6 saylı Beyləqan ərazi idarəsi və Cavabdeh2nə qarşı “əmlakdan payının ayrılması və qeydiyyata alınması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o, evə qeydiyyata düşmək tələbi ilə bağlı aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə, əmlakdan payının ayrılması tələbi ilə bağlı isə mülki iddia icraatı qaydasında Beyləqan Rayon Məhkəməsinə müraciət etməlidir. İddiaçı tərəfindən Beyləqan Rayon Məhkəməsinin hesabına ödənilmiş 06 (altı) manat (xx.xx.2025-ci il tarixli, 23959 №-li qəbz) məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Səbuhi Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar