Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1522/2023 04.08.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi 8 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması”na dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Ərizəçi 8 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək vergi ödəyicisi olan 1 NÖMRƏLİ FÜZULİ PEŞƏ MƏKTƏBİNİN Dövlət Sosial Müdafiə Fonduna olan 3200,22 manat, İşsizlikdən sığorta fonduna olan 6,4 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (Doğulduğu tarix - xx xxxxxx 1957-ci il, Doğulduğu yer - AZƏRBAYCAN, JDANOV, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi 8 saylı Ərazi Vergilər İdarəsinə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasına göndərməmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Ərizəçi 8 saylı Ərazi Vergilər İdarəsi ərizəsini onunla əsaslandırmışdır ki, Vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan 1 NÖMRƏLİ FÜZULİ PEŞƏ MƏKTƏBİNİN (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 3200,22 manat, İşsizlikdən sığorta fonduna 6,4 manat olmaqla, ümumilikdə 3206,62 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********329900, xx.xx.2023-cü il tarixli **********330300 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxsin icra orqanının rəhbəri olan Məmmədov X1 şəhəri, Hüsü.Hacıyev Küçəsi ev.26 ünvanında yaşayır. Odur ki, vergi ödəyicisi olan 1 NÖMRƏLİ FÜZULİ PEŞƏ MƏKTƏBİNİN Dövlət Sosial Müdafiə Fonduna olan 3200,22 manat, İşsizlikdən sığorta fonduna olan 6,4 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (Doğulduğu tarix - xx xxxxxx 1957-ci il, Doğulduğu yer - AZƏRBAYCAN, JDANOV, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat verən Maraqlı şəxs ərizəni qismən qəbul etdi və izahatında göstərdi ki, Beyləqan Peşə məktəbinin direktoru işləyir. Bir ildir ki, ona Füzuli Peşə məktəbini həvalə etmişlər. Onun həmin borcdan xəbəri vardır. Bu barədə nazirliyə məlumat vermişdir. Yaxın günlərdə borcun ödənilməsi təmin ediləcəkdir. Ona görə də ərizənin təmin edilməsini xahiş edir. İşdə olan məlumatdan görünür ki, vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbəri Məmmədov X1 şəhəri Hüsü Hazıyev küçəsi ev 26 ünvanında yaşayır. İşdə olan şəxsi hesab vərəqəsindən görünür ki, vergi ödəyicisi olan 1 nömrəli Füzuli Peşə Məktəbinin Dövlət Sosial Müdafiə Fonduna 3200,22 manat, İşsizlikdən sığorta fonduna olan 6,4 manat məbləğində borcu borcu vardır. İşdə olan bildirişdən görünür ki, vergi ödəyicisi olan 1 nömrəli Füzuli Peşə Məktəbinə borcunun ödənilməsi barədə rəsmi xəbərdarlıq göndərilmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcimdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5-ci maddəsinə əsasən Vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüququ şəxslərin icra orqanın rəhbərinin ölkədən getmək hüququnu müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüququ şəxslərin icra orqanın rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Vergi Məcəlləsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri və digər məcburi ödənişləri ödəmək vergi ödəmək geri ödəyicisinin vəzifələrinə aiddir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetrilməsi üçün cavabdehdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetrilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməlidir.Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamsından aslı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüququ şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Azərbaycan Respublikası MPM-nin 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, vergi ödəyicisi 1 nömrəli Füzuli Peşə Məktəbi icra orqanının rəhbəri olan Maraqlı şəxs vergi borcunun ödənilməsini təmin etmək məqsədi ilə ölkədən getmək hüququ müvvəqəti məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. Hüquqi şəxs 1 nömrəli Füzuli Peşə Məktəbinin Dövlət Sosial Müdafiə Fonduna olan 3200,22 manat, İşsizlikdən sığorta fonduna olan 6,4 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (Doğulduğu tarix - xx xxxxxx 1957-ci il, doğulduğu yer – Azərbaycan, Jdanov, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Dövlət rüsumuna görə 100 manat pul Maraqlı şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal qanuni qüvvəyə minir. Qətnamədən apellyasiya şikayəti məhkəmə qətnaməsinin surətini rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Beyləqan rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-1522/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1522/2023
04.08.2023 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver