Məhkəmə qərarları › İş №2(020)-1623/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1623/2023

01.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1623/2023 01.12.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı Nərmanova (Şirinova) Nuranə Eyvaz qızı, İddiaçı2, İddiaçı3, İddiaçı4 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpağın naturada ayrılaraq təhkim edilməsi tələbinə dair mülki işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onların İddiaçı2 xüsusi mülkiyyətində olan 0.0228 ha torpaq sahəsinin, Nəmıanova (Şirinova) Nuranə Eyvaz qızının xüsusi mülkiyyətində olan 0.0228 ha torpaq sahəsinin, İddiaçı3 xüsusi mülkiyyətində olan 0.0228 ha torpaq sahəsinin və İddiaçı4 xüsusi mülkiyyətində olan 0.0228 ha torpaq sahələrinin cavabdehlər Cavabdeh1 xüsusi mülkiyyətində olan 0.0342 ha torpaq sahəsi və həmin sahədə yerləşən 1/2 hissə olan yaşayış evindən və Cavabdeh2 xüsusi mülkiyyətində olan 0.0342 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 1/2 hissə olan yaşayış evindən naturada ayrılaraq onlara yəni İddiaçı2, Nərmanova (Şirinova) Nuranə Eyvaz qızına, İddiaçı3 və İddiaçı4 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə etdi və izahatında göstərdi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən seriya RX N-0256284, Reyestr nömrəsi **********95-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2013-cü il tarixli olan Çıxarışa əsasən onlara yəni İddiaçı2 qızma 0.0228 ha torpaq sahəsi, Nərmanova (Şirinova) Nuranə Eyvaz qızma 0.0228 ha torpaq sahəsi, İddiaçı3 qızma 0.0228 ha torpaq sahəsi, İddiaçı4 0.0228 ha torpaq sahəsi və cavabdehlər -Cavabdeh1 0.0342 ha torpaq sahəsi və 1/2 hissə olan yaşayış evi , Cavabdeh2 0.0342 ha torpaq sahəsi və 1/2 hissə olan yaşayış evi verilmişdir. Hazırda iddiaçılar İddiaçı2, Nərmanova (Şirinova) Nuranə Eyvaz qızı, İddiaçı3 və İddiaçı4 onlara məxsus olan öz torpaq sahələrimim cavabdehlər- Cavabdeh1 və Cavabdeh2 məxsus olan həyətyanı torpaq sahələrindən və həmin torpaq sahələrində yerləşən və cavabdehlərə məxsus olan 1/2 hissə yaşayış evindən naturada ayrılmasını istəyirlər. İddiaçılar İddiaçı2, Nərmanova (Şirinova) Nuranə Eyvaz qızı, İddiaçı3 və İddiaçı4 qanunla onlara xüsusi mülkiyyətimiz olan torpaq sahələri üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarından istifadə etmək istəyirlər. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 iddianı müdafiə edərək eyni məzmunlu izahat verdilər və torpaq sahəsindən onların paylarının müəyyən edilməsini xahiş etdilər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. İşə əlavə edilmiş poçt xəbərnaməsindən görünür ki, cavabdeh məhkəmə bildirişi göndərilən məktubu şəxsən imza etməklə almışdır. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh gəlmədiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, iddiaçıların izahatlarını dinləyib hesab edir ki, iddia aşağıdakı əsasa görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən seriya RX N-0256284, Reyestr nömrəsi **********95-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2013-cü il tarixli olan Çıxarışa əsasən İddiaçı1, İddiaçı2, İddiaçı3 , İddiaçı4 0.0228 ha torpaq sahəsi və Cavabdeh1 və Cavabdeh2 isə 0.0342 ha torpaq sahəsi yaşayış evi üçün 1/2 hissə verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası MM-nin 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3. paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüquqisubyektin ona mənsub əmlaka (əşiyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinin tələbinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə iclasında mülki işin araşdırılmış hallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən seriya RX N-0256284, Reyestr nömrəsi **********95-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2013-cü il tarixli olan Çıxarıla ailə üzvləri kimi İddiaçı1, İddiaçı2, İddiaçı3 , İddiaçı4 0.0228 ha torpaq sahəsi və Cavabdeh1 və Cavabdeh2 isə 0.0342 ha torpaq sahəsi yaşayış evi üçün 1/2 hissə torpaq sahəsi verilmişdir. Qanunun tələblərinə görə həmin torpaq sahəsində onlar bərabər paya malikdirlər. Azərbaycan Respublikası MPM-nin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iclasında iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları kifayət qədər sübuta yetirə bilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, mübahisəli torpaq sahəsində tərəflərin payları bərabər qaydada müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. İddiaçı2 xüsusi mülkiyyətində olan 0.0228 ha torpaq sahəsinin, Nəmıanova (Şirinova) Nuranə Eyvaz qızının xüsusi mülkiyyətində olan 0.0228 ha torpaq sahəsinin, İddiaçı3 xüsusi mülkiyyətində olan 0.0228 ha torpaq sahəsinin və İddiaçı4 xüsusi mülkiyyətində olan 0.0228 ha torpaq sahələrinin cavabdehlər Cavabdeh1 xüsusi mülkiyyətində olan 0.0342 ha torpaq sahəsi və həmin sahədə yerləşən 1/2 hissə olan yaşayış evindən və Cavabdeh2 xüsusi mülkiyyətində olan 0.0342 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 1/2 hissə olan yaşayış evindən naturada ayrılaraq onlara yəni İddiaçı2 qızma, Nərmanova (Şirinova) Nuranə Eyvaz qızma, İddiaçı3 və İddiaçı4 verilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seyfəli Seyfullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar