Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1631/2023 03.11.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi ilə , İddiaçı X1 cavabdehlər Cavabdeh, X8, X5 və maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı torpağın naturada ayrılaraq bölünməsi və həmin torpağın sənədləşdirilməsi tələbinə dair mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli, 41 nömrəli qərarına əsasən JN 752, KOD60711018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə ona və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş 3,98 ha torpaq sahəsindən adambaşına düşən 0,78 hektarı naturada ayrılaraq ona təhkim edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X6 məhkəməyə teleqrama göndərərək səhhəti ilə əlaqədar məhkəməyə gələ bilməyəcəyini, iddiasını müdafiə etdiyini və iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X6 iddiasını onunla əsaslandırmışdır ki, yaşadıqları Beyləqan rayonunun Təzəkənd kəndində torpaq sahələri islahata gedərkən ona və ailə üzvlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli, 41 nömrəli qərarına əsasən 3.98 ha pay torpaq sahəsi verilmişdir. Torpaq sahəsi JN 752, KOD60711018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə təsdiq edilmişdir. O, 2003-cü ildə ailə qurmuş və uzun illər Ukrayna Respublikasında yaşamışdır. Ukraynada yaşadığı müddətdə ona düşən pay torpaq sahəsindən ailə üzvləri olan cavabdehlər istifadə etmişlər. Hazırda Ukraynadakı vəziyyətlə əlaqədar olaraq Azərbaycana qayıtmış və ailə üzvlərindən ona düşən payı tələb etsə də, onlar torpaqdan ona düşən 0,78 ha payın verilməsinə könüllü olaraq razılıq verməmişlər. Onun başqa dolanaşacağı yoxdur. Mülkiyyətində olan həmin torpaq sahəsinə müdaxilələrin qarşısının alınması məqsədi ilə ona aid 0.78 ha pay torpaq sahəsi naturada ayrılmalıdır. Ona görə də, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli, 41 nömrəli qərarına əsasən JN 752, KOD60711018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə ona və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş 3,98 ha torpaq sahəsindən adambaşına düşən 0,78 hektarı naturada ayrılaraq ona təhkim edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh, X8, X5 və maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər və nümayəndələrini göndərməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdehlər və maraqlı tərəf məhkəmə iclasına gəlmədiklərindən və onların iştirakı olmadan işə baxılmasını xahiş etmədiklərindən məhkəmə işə onların iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsasa görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş JN 752, KOD60711018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, iddiaçı X6 və ailə üzvlərinə yaşadıqları Beyləqan rayonunun Təzəkənd kəndində Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli, 41 nömrəli qərarına əsasən 3.98 ha pay torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası MM-nin 213.1-ci maddəsiə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinə görə əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 214.2-ci maddəsinə əsasən paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi mülkiyyətin yaradılmasına və artırılmasına onlardan hər birinin qoyduğu mayadan asılı olaraq, onların paylarının müəyyənləşdirilməsi və dəyişdirilməsi qaydası təyin edilə bilər. Azərbaycan Respublikası MM-nin 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüquqi-subyektin ona mənsub əmlaka (əşiyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinin tələbinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə iclasında mülki işin araşdırılmış hallarından görünür ki, iddiaçı X6 və ailə üzvlərinə yaşadıqları Beyləqan rayonunun Təzəkənd kəndində Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli, 41 nömrəli qərarına əsasən 3.98 ha pay torpaq sahəsi verilmişdir. Qanunun tələblərinə görə həmin torpaq sahəsində iddiaçı və cavabdehlər bərabər paya malikdirlər. Azərbaycan Respublikası MPM-nin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iclasında iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları kifayət qədər sübuta yetirə bilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, mübahisəli torpaq sahəsində tərəflərin payları bərabər qaydada, yəni 3,98 ha torpaq sahəsindən hər birinin payı 0,78 ha müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Beyləqan rayon Aqrar İslahat komissiyasının 31 yanvar 1998-ci il tarixli, 41 saylı qərarına əsasən JN 752, KOD60711018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə X7, X4, X8, X6 və X2 mülkiyyətinə verilmiş 3.98 hektar pay torpaq sahəsindən iddiaçı X1 payı 0,78 ha müəyyən edilsin və həmin 0,78 ha pay torpaq sahəsi naturada ayrılaraq X3 təhkim edilsin. Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seyfəli Seyfullayev
Məhkəmə qərarları › İş №2(020)-1631/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1631/2023
03.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver