Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1802/2024 24.10.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Maraqlı şəxs- Maraqlı şəxs iştirakı ilə, Ərizəçi 8 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Ərizəçi 8 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 100,01 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 2242,38 manat, icbari Tibbi Sığorta Fonduna olan 02 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (Doğulduğu tarix - xx xxxxxxxx 1958-ci il, Doğulduğu yer - AZƏRBAYCAN, BEYLƏQAN RAYON; MİLABAD QƏS., Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi 8 saylı Ərazi Vergilər İdarəsinə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasına göndərməmişdir. Lakin ərizəçi mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Ərizəçi 8 saylı Ərazi Vergilər İdarəsi ərizəsini onunla əsaslandırmışdır ki, Vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan Byləqan rayonu Milabad bələdiyyəsinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 02 manat, dövlət büdcəsinə 100,01 manat məbləğində (o cümlədən, faizlər üzrə ,01 manat, maliyyə sanksiyası üzrə 100 manat), Dövlət Sosial Müdafiə Fonduna 2242,38 manat olmaqla, ümumilikdə 2342,41 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********092400, xx.xx.2021-ci il tarixli **********097800, xx.xx.2024-cü il tarixli **********139900 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxsin icra orqanının rəhbəri olan Əliyev X1 rayonunun Milabad qəsəbəsi ünvanında yaşayır. Odur ki, hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 100,01 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 2242,38 manat, icbari Tibbi Sığorta Fonduna olan 02 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (Doğulduğu tarix - xx xxxxxxxx 1958-ci il, Doğulduğu yer - AZƏRBAYCAN, BEYLƏQAN RAYON; MİLABAD QƏS., Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat verən Maraqlı şəxs göstərdi ki, vətəndaşlar pulu bələdiyyəyə poçt vasitəsi ilə köçürürlər. Poçtdan da həmin vergi tutulur. Hazırda həmin borc qalmışdır. Yaxın günlərdə vətəndaşlar tərəfindən pul ödənilərkən borclar da tutulub ödəniləcəkdir. Onun hazırda ölkədən getmək fikri yoxdur. Ona görə də ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan məlumatdan görünür ki, vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbəri Əliyev X1 rayon Milabad qəsəbəsi ünvanında yaşayır. İşdə olan şəxsi hesab vərəqəsindən görünür ki, Vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024cü il tarixə vergi ödəyicisi olan Byləqan rayonu Milabad bələdiyyəsinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 02 manat, dövlət büdcəsinə 100,01 manat məbləğində (o cümlədən, faizlər üzrə ,01 manat, maliyyə sanksiyası üzrə 100 manat), Dövlət Sosial Müdafiə Fonduna 2242,38 manat olmaqla, ümumilikdə 2342,41 manat borcu vardır. İşdə olan bildirişdən görünür ki, vergi ödəyicisi olan Beyləqan rayon Milabad bələdiyyəsinə borcunun ödənilməsi barədə rəsmi xəbərdarlıq göndərilmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcimdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5-ci maddəsinə əsasən Vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüququ şəxslərin icra orqanın rəhbərinin ölkədən getmək hüququnu müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüququ şəxslərin icra orqanın rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Vergi Məcəlləsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri və digər məcburi ödənişləri ödəmək vergi ödəmək geri ödəyicisinin vəzifələrinə aiddir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetrilməsi üçün cavabdehdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetrilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməlidir.Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamsından aslı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüququ şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Azərbaycan Respublikası MPM-nin 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, vergi ödəyicisi Beyləqan rayon Bahar bələdiyyəsinin rəhbərinin vergi borcunun ödənilməsini təmin etmək məqsədi ilə ölkədən getmək hüququ müvvəqəti məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. Hüquqi şəxs Beyləqan rayon Milabad bələdiyyəsi tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 100,01 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 2242,38 manat, icbari Tibbi Sığorta Fonduna olan 02 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (Doğulduğu tarix - xx xxxxxxxx 1958-ci il, Doğulduğu yer - AZƏRBAYCAN, BEYLƏQAN RAYONU; MİLABAD QƏSƏBƏSİ, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Dövlət rüsumuna görə 100 ( bir yüz) manat Maraqlı şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal qanuni qüvvəyə minir. Qətnamədən apellyasiya şikayəti məhkəmə qətnaməsinin surətini rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-1802/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1802/2024
24.10.2024 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver