Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-1976/2024 25.11.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Mən, Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızı Ərizəçi (maraqlı şəxs qismində Beyləqan Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Maraqlı şəxs Ziyatxan oğlu cəlb edilməklə) “icra məmurunun üzərinə öhdəliyin qoyulması” tələbinə dair ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: Ərizəçi (maraqlı şəxs qismində Beyləqan Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Maraqlı şəxs Ziyatxan oğlu cəlb edilməklə) “icra məmurunun üzərinə öhdəliyin qoyulması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, icra məmuru Maraqlı şəxs üzərinə borcu ödəməli olduğu hesab nömrəsinin ona təqdim edilməsi öhdəliyinin qoyulmasını məhkəmə qaydasında qət edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, icra məmurlarının hərəktlərindən narazı qalan tərəf məhkəməyə Beyləqan Rayon İcra və Probasiya Şöbəsinin icra məmuruna qarşı xüsusi icraat qaydasında ərizə ilə deyil, müvafiq icra sənədinin icrası ilə əlaqədar icra məmurunun hərəkətlərindən “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 87.1-ci maddəsinə tələblərinə əsasən məhkəməyə şikayət verə bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 87.1-ci maddəsinə tələblərinə əsasən, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Beləliklə, ərizənin icraata qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, hazırki ərizənin qəbul edilməsindən imtina olunmalı, ərizəçiyə izah olunmalıdır ki, o, Beyləqan Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun hərəkətlərindən şikayət ilə icra məmurunun olduğu yer üzrə məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Ərizəçi (maraqlı şəxs qismində Beyləqan Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Maraqlı şəxs Ziyatxan oğlu cəlb edilməklə) “icra məmurunun üzərinə öhdəliyin qoyulması” tələbinə dair ərizənin qəbul edilməsindən imtina olunsun. Ərizəçiyə izah olunur ki, o, müvafiq icra sənədinin icrası ilə əlaqədar Beyləqan Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun hərəkətlərindən şikayət ilə icra məmurunun olduğu yer üzrə məhkəməyə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №2(020)-1976/2024
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-1976/2024
25.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver