Məhkəmə qərarları › İş №2(020)-1976/2025

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-1976/2025

04.11.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-1976/2025 04.11.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızı, Ərizəçilər Ərizəçi* və Ərizəçi2 (maraqlı şəxs qismində Beyləqan rayon * saylı Notariat ofisi cəlb edilməklə) “pay torpaq sahəsinin ayrılması” tələbinə dair ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, m ü ə y y ə n e t d i m: Ərizəçilər Ərizəçi* və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, ailələrinin birgə mülkiyyətində olan *8.04.2023-cü il tarixli 6070*3048783 reyestr nömrəli, *7230*0733 qeydiyyat nömrəli Daşınmaz əmlakın dövlət reystrindən çıxarışla mülkiyyətlərində olan 5,3448 ha torpaq sahəsindən onlara Ərizəçi* və Ərizəçi2 norma üzrə payı olan hər birinə 0,7635 ha olmaqla torpaq sahələrinin naturada ayrılmasına və hər birinin 0,7635 ha torpaq sahələrinə ayrılıqda hüquq verici sənəd verilməsi vəzifəsinin maraqlı tərəf Beyləqan rayon * saylı Notariat ofisinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin icraata qəbulundan imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.2-ci maddəsinə əsasən, birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Lakin ərizəçilər tərəfindən digər birgə mülkiyyətçilərlə aralarında payın bölünməsinə razı olmadıqları halda onlara qarşı ümumi icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olduğu halda, xüsusi icraat qaydasında, yəni “ailələrinin birgə mülkiyyətində olan *8.04.2023-cü il tarixli 6070*3048783 reyestr nömrəli, *7230*0733 qeydiyyat nömrəli Daşınmaz əmlakın dövlət reystrindən çıxarışla mülkiyyətlərində olan 5,3448 ha torpaq sahəsindən onlara Ərizəçi* və Ərizəçi2 norma üzrə payı olan hər birinə 0,7635 ha olmaqla torpaq sahələrinin naturada ayrılmasına və hər birinin 0,7635 ha torpaq sahələrinə ayrılıqda hüquqverici sənəd verilməsi vəzifəsinin maraqlı tərəf Beyləqan rayon * saylı Notariat ofisinin üzərinə qoyulması”nı tələb edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: *53.2 və *53.2.*-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. *53.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *53, 263 və 264-cü maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Ərizəçi* və Ərizəçi2 (maraqlı şəxs qismində Beyləqan rayon * saylı Notariat ofisi cəlb edilməklə) “pay torpaq sahəsinin ayrılması” tələbinə dair ərizənin icraata qəbul edilməsindən imtina edilsin, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçilərə izah edilsin ki, onlar digər ümumi birgə mülkiyyətçilərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü və 223.2-ci maddələrinə əsasən, iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət edə bilərlər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan *0 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar