Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-2/2025 18.07.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Muradlı Calal Habil oğlunun katibliyi, Ərizəçi- 8 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi Nümayəndə, Maraqlı şəxs- Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsi Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizə vermişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(020)-1862/2022 saylı qərardadına əsasən mülki iş üzrə icraat dayandırılmışdır. Belə ki, Şirvan İnzibati Məhkəməsinin icraatında olan iddiaçı Maraqlı şəxs cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisəyə baxılıb nəticə verilənədək hazırki mülki iş üzrə icraat dayandırılmışdır. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(020)-2/2025 saylı qərardadına əsasən mülki iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında izahat verən ərizəçi 8 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi Nümayəndə göstərdi ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan Beyləqan rayon X1 Dövlət büdcəsinə 128,21 manat, Dövlət Sosial Müdafiə fonduna 5553,47 manat, İşsizlik Sığorta Fonduna 36,41 manat, ümumilikdə 5718,09 manat borcu vardır. Beyləqan rayon X1 borcu olduğundan lobaratotiyanın müdiri ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət edilmişdir. Beyləqan rayon X3 2018-ci ildə ləğv olunmuşdur. Lakin bu barədə 8 saylı Vergilər idarəsinə müraciət olunmamışdır. Beyləqan rayon X3 qeydiyyatı ləğv olunmamış, Dövlət sosial ödənişlər ödənilməmişdir. Bunun da məsuluyyəti Beyləqan rayon X1 müdirinin üzərində qalmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğlərini ödəməmişdir. Ona görə də, vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən ümumilikdə 5718,09 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs barəsində (Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlasdırılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən Maraqlı şəxs göstərdi ki, o, Beyləqan rayon X1 müdiri vəzifəsində işləmişdir. Beyləqan rayon X4 2018-ci ildə ləğv olunmuşdur. Labarotoriyanın ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı və işdən çıxarılması barədə əmr vardır. Həmin idarə DAİM-nin nəzdinə verilmişdir. Artıq o, Beyləqan rayon X1 müdiri deyil və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hazırkı borcun ona aidiyyəti yoxdur. O, Beyləqan rayon X1 müdiri vəzifəsindən çıxdıqdan sonra başqa vəzifələrdə işləmişdir. Hazırda o, Beyləqan rayon X5 mərkəzində heyvandarlıq sektorunun müdiri vəzifəsində işləyir. Beyləqan rayon X4 ilə heç bir əlaqəsi yoxdur. Ona görə də ərizənin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə rədd olunmalıdır. Belə ki, işdə olan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018ci il tarixli Sərəncamından görünür ki, bu Sərəncamın 1, 2 və 3 nömrəli əlavələrində qeyd edilən laboratoriyalardan, o cümlədən onların yerləşdiyi inzibati binalardan və maddi-texniki bazalarından ibarət dövlət əmlakı, müvafiq olaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin balansından Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (bundan sonra - Agentlik) balansına verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin balansından Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin balansına verilən labaratoriyaların siyahısından görünür ki, Abşeron, Salyan, Ucar, Şəki, Lənkəran, Tovuz, Şamaxı və Beyləqan rayonlarında tikilməkdə olan zona baytarlıq laboratoriyaları Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin balansından Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin balansına verilmişdir. İş materiallarına əlavə edilmiş əmək kitabçasının surətindən görünür ki, Maraqlı şəxs xx.xx.2010-cu ildə 196k nömrəli əmrlə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Beyləqan rayon X1 direktoru təyin edilmiş, xx.xx.2018-ci ildə 243k nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs xx.xx.2024-cü il tarixdə Azətbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, 8 saylı Vergilər idarəsinə etdiyi müraciətdən görünür ki, Maraqlı şəxs xx.xx.2010-cu il 196k nömrəli əmrlə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Beyləqan rayon X2 direktoru təyin oluduğunu, xx.xx.2018-ci il tarixli 243k nömrəli əmrinə əsasən yeni yaradılan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin balansına verildiyi üçün Kənd Təsərrüfatı Nazirliyinin əmək müqaviləsinə xitam verildiyini, tutduğu vəzifədən azad olunduğunu, lakin Vergi uçot baasında direktor kimi fəaliyyət göstərdiyi göstərmiş və Vergi uçot baza məlumatlarında ZBL-nın rəhbəri kimi adının çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1 (120)- 417/2024 saylı qərardadından görünür ki, Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı 5718.09 manat məbləğində borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamışdır. Həmin qərardan Maraqlı şəxs apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli 2-1(106) 155/2025-ci il tarixli Qərardadı ilə Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5-ci maddəsinə əsasən Vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüququ şəxslərin icra orqanın rəhbərinin ölkədən getmək hüququnu müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüququ şəxslərin icra orqanın rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Məhkəmə iclasında müəyyən edildi ki, hazırkı ərizə Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı verilmişdir. Hazırda isə Maraqlı şəxs həmin labaratoriyanın direktoru deyildi və həmin təşkilatla heç bir əlaqəsi yoxdur. Hazırkı ərizə isə onun həmin labaratoriyanın direktoru kimi ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlıdır. Həmin labaratoriyanın borcunun ona aidiyyəti yoxdur. Azərbaycan Respublikası Konstitutsiyasının 71-ci maddəsinə görə konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitutsiyasının 28-ci maddəsinə görə qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Hazırda Maraqlı şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün heç bir əsaslar müəyyən edilməmişdir. Belə ki, Beyləqan rayon X3 2018-ci ildə ləğv olunması barədə 8 saylı Vergilər idarəsinə müraciət olunmaması və Beyləqan rayon X3 qeydiyyatının ləğv olunmaması Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırlması üçün əsas ola bilməz. Ona görə də 8 saylı Ərazi vergilər idarəsinin bu barədə olan ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilməsin. Ərizəçi 8 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair ərizəsi rədd edilsin. Qətnamədən apellyasiya şikayəti məhkəmə qətnaməsinin surətini rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-2/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-2/2025
18.07.2025 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver