Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-2078/2025 03.02.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Kamilzadə Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclasının katibi Abbasov Zaur Alı oğlunu katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən paylarının müəyyən edilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 noyabr 1998-ci il tarixli 59 saylı qərarı ilə kodu 60713018 olan JN-179 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında Beyləqan rayonu 1-ci Şahsevən kəndi ərazisində yerləşən onun və cavabdehin adına verilmiş 0.41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən onun payının müəyyən edilməsinin məhkəmə qaydasında təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Beyləqan rayon Aqrar İslahat komissiyasının 24 noyabr 1998-ci il tarixli 59 saylı qərarı ilə kodu 60713018 olan, JN-179 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında ona və cavabdehin adına verilmiş 0.41 ha pay torpaq sahəsi verilmişdir. Bu torpaq sahəsinə kodu 60713018 olan, JN-179 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında torpaq onun da mülkiyyətindədir. X1 isə rəhmətə getmişdir. Hazırda o, uşaqları ilə yaşayır. O, ailə üzvlərindən ona düşən payın ona qaytarılmasını tələb etsə də cavabdeh torpağı vermir. Lakin cavabdeh onun pay torpaq sahəsi üzərində sahiblik, istifadə və sərəncam vermək hüququndan onu məhrum edir. Qeyd edir ki, onlara verilən torpaq sahəsi 0.41 hektar aktında onun və cavabdehin, onun rəhmətlik anasının adı vardır. Belə olan halda adam başına hər birlərinə 0.13 ha torpaq sahəsi düşür. O, ona düşən paydan istifadə etmək istəyir. İstəyir ki, ona düşən payı öz adına ayrıca sənədləşdirə və öz torpaq sahəsi üzərində sahiblik, istifadə və sərəncam vermək hüququndan istifadə edə. O, Cavabdeh ilə ailə qurmuş və uzun illərdir boşanmışdır. 10 ildən artıqdır ayrılmış, torpağı onda qalmış və qanunsuz olaraq istifadə edir. 24 noyabr 1998-ci il tarixli 59 saylı qərarı ilə kodu 60713018 olan, JN-179 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında ona və cavabdehin adına verilmiş 0.15 ha pay torpaq sahəsi verilmişdir. Hazırda o, uşaqları ilə yaşayır. O, ona düşən payın ona qaytrılmasını tələb etsə də cavabdeh torpağı vermir. Lakin cavabdeh öz pay torpaq sahəsi üzərində sahiblik, istifadə və sərəncam vermək hüququndan onu məhrum edir. Qeyd edir ki, onlara verilən torpaq sahəsi 0.41 hektar dövlət aktında ikisinin adı və onun rəhmətlik anasının adı vardır. Belə olan halda adam başına hər birinə 0.13 ha torpaq sahəsi düşür. O, ona düşən paydan istifadə etmək istəyir. Öz torpaq sahəsi üzərində sahiblik, istifadə və sərəncam vermək hüququndan istifadə edə. 13 yanvar 2026-cı il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan: JN-179, KOD 60713018 №-li Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, X2, Cavabdeh və İddiaçı Şaməddin qızının mülkiyyətlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1998-ci tarixli 59 nömrəli qərarı ilə Beyləqan rayonu 1-ci Şahsevən kəndində 0,41 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Beyləqan rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X4 24 dekabr 2019-cu il tarixdə ani ölüm səbəbindən ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 07 yanvar 2020-ci il tarixdə 02 nömrə ilə qeyd edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, JN-179, KOD 60713018 №-li Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında tərəflərin ümumi birgə mülkiyyətinə torpaq sahəsi verilmişdir. Hal-hazırda iddiaçı həmin torpaq sahəsinə payının müəyyən edilməsini xahiş edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.4-cü maddəsinə əsasən, ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. 213.5-ci maddəsinə əsasən, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 214.1-ci maddəsinə əsasən, əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, JN-179, KOD 60713018 №-li Torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında verilmiş torpaq sahəsi tərəflərin ümumi birgə mülkiyyətində olduğundan və həmin əmlaka payların müəyyən edilməsi ilə bağlı öz aralarında razılığa gəlmədiklərinə görə, həmin əmlaka onların paylarının bərabər olması nəzərə alınmaqla,Beyləqan rayonu 1-ci Şahsevən kəndi ərazisində yerləşən 0,41 hektar torpaq sahəsinin 1/3 hissəsinə İddiaçı payı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. JN-179, KOD 60713018 №-li Torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında verilmiş Beyləqan rayonu 1-ci Şahsevən kəndi ərazisində yerləşən 0,41 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/3 hissəsinə İddiaçı payı müəyyən edilsin. Cavabdeh 100(yüz) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Kamilzadə
Məhkəmə qərarları › İş №2(020)-2078/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-2078/2025
03.02.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver