Məhkəmə qərarları › İş №2(020)-2240/2023

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-2240/2023

11.12.2023 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-2240/2023 11.12.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, Ərizəçi 8 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması”na dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Ərizəçi 8 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək 1 NÖMRƏLİ FÜZULİ PEŞƏ MƏKTƏBİ və BEYLƏQAN PEŞƏ MƏKTƏBİ tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 2248,26 manat, işsizlikdən sığorta fonduna olan 52,16 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxslərin icra orqanınıq rəhbəri olan, Maraqlı şəxs barəsində (Doğulduğu tarix - xx xxxxxx 1957-ci il, Doğulduğu yer - AZƏRBAYCAN, JDANOV, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi 8 saylı Ərazi Vergilər idarəsinin rəis müavini Arif Nağıyev məhkəməyə ərizə göndərərək təqdim edərək Beyləqan Peşə məktəbi tərəfindən müvafiq fonda borcunun tam ödənildiyi və icra orqanının rəhbəri üzrə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdığı üçün ərizənin geri flaytarlmasını və mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Maraqlı tərəf Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və mülki işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci madənin tələbinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Ərizəçiyə adı çəkilən məcəllənin 260.4-cü maddəsinin tələbləri izah edilməlidir ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 268.1-ci maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: Ərizəçi 8 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması”na dair mülki iş qərardadın təsviri hissəsində göstərilənlərə əsasən baxılmamış saxlanılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin baxılmamış saxanması üçün səbəb olan şərait aradan qaıldırıldıqdan sonra yenidən ərizə ilə məhkəməyə müraciət edə bilərlər. Qərardaddan onun surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Beyləqan rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar