Məhkəmə qərarları › İş №2(020)-27/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-27/2024

02.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-27/2024 02.07.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı və digər iddiaçılar İddiaçı2 və İddiaçı1 və İddiaçı4 vəkalətli nümayəndəsi İddiaçı3, Cavabdehlər- Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı3, İddiaçı1, İddiaçı4 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 0.029975 ha torpaq sahəsinin naturada ayrılması tələbinə dair mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı3, İddiaçı1, İddiaçı4, İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********11-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi- xx.xx.2019-cu il tarixli Seriya RX ******* saylı çıxarışa əsasən hüququ rəsmiləşdirilən şəxs cavabdeh-Cavabdeh1 adına olan 0.06 ha torpaq sahəsindən onlara, yəni, İddiaçı3, İddiaçı1, İddiaçı4 və İddiaçı2 məxsus olan 0.029975 ha torpaq sahəsinin naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iddiaçı və digər iddiaçılar İddiaçı2 və İddiaçı1, İddiaçı4 nümayəndəsi İddiaçı3 iddianı müdafiə etdi və izahatında göstərdi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********11-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi- xx.xx.2019-cu il tarixli Seriya RX ******* saylı çıxarışa əsasən hüququ rəsmiləşdirilən şəxs cavabdeh-Cavabdeh1 olmaqla onun, X1, Cavabdeh2, İddiaçı1, İddiaçı4, İddiaçı2 adına 0,06 ha torpaq sahəsi verilmişdir. Həmin çıxarışa əsasən 0.06 ha torpaq sahəsinin 0.00749375 hektarı -onun, 0.00749375 hektarı X1, 0.00749375 hektar Cavabdeh2, 0.00749375 hektarı İddiaçı1 0.00749375 hektarı İddiaçı4, 0.00749375 hektarı İddiaçı2 Adi oğlunun və 0.149875 hektarı isə Cavabdeh1 adına verilmişdir. Hazırda onlar ayrı-ayrı ailə kimi yaşadıqlarından həmin torpaq sahəsindən birlikdə istifadə etmələri mümkün deyildir. Dövlət aktı əsasənda verilmiş 0.06 ha həyətyanı torpaq sahəsindən onlara düşən payın naturada ayırmaq, öz torpaq sahələrini öz adlarına ayrıca olaraq sənədləşdirmək və torpaq sahəsi üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarından istifadə etmək istəyirlər. Odur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********11-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi- xx.xx.2019-cu il tarixli Seriya RX ******* saylı çıxarışa əsasən hüququ rəsmiləşdirilən şəxs cavabdeh-Cavabdeh1 adına olan 0.06 ha torpaq sahəsindən onlara, yəni, İddiaçı3, İddiaçı1 qızma, İddiaçı4 və İddiaçı2 məxsus olan 0.029975 ha torpaq sahəsinin naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh1 iddianı qəbul etmədi və izahatında göstərdi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********11-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi- xx.xx.2019-cu il tarixli Seriya RX ******* saylı çıxarışa əsasən İddiaçı3 Fərhad oğlunun adına ,06 ha torpaq sahəsi verilmişdir. İddiaçının ailə üzvləri kimi həmin çıxarışda onların da adları qeyd edilmişdir. Torpaq düzgün bölünməmişdir. Bölgüdən sonra onun çıxış yolu yoxdur. İddiaçı evini söksün, harada istəyir gedib tiksin. Onlar torpağın bölünməsinə razı deyillər. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 eyni məzmunlu izahat verdi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmaını məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia aşağıdakı əsasa görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********11-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi- xx.xx.2019-cu il tarixli Seriya RX ******* saylı çıxarışdan görünür ki, İddiaçı3 Fərhad oğlunun və ailə üzvlərinin, eləcə də cavabdehlərin adına Beyləqan şəhəri, Xanlar Səfərəliyev küçəsində fərdi yaşayış evi tikdirmək üçün 0.06 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası MM-nin 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüquqisubyektin ona mənsub əmlaka (əşiyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinin tələbinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İş üzrə İddiaçı3 Fərhad oğlunun vəsatəti əsasında məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə tikinti-texniki ekspertizası təyin edilmiş və rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/139 saylı ekspertiza rəyindən və mütəxəssis rəyindən görünür ki, Beyləqan şəhəri Xanlar Səfərəliyev küçəsində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********11-06301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il tarixli, Seriya RX ******* saylı çıxarışa əsasən hüququ rəsmləşdirilən şəxs cavabdeh - Cavabdeh1 Fərhad qızının və digərlərinin paylı mülkiyyətində olan 0.06 ha həyətyanı torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Beyləqan şəhəri Xanlar Səfərəliyev küçəsində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********11-06301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il tarixli, Seriya RX ******* saylı çıxarışa əsasən hüququ rəsmləşdirilən şəxs cavabdeh - Cavabdeh1 Fərhad qızının adına olan 0.06 ha torpaq sahəsinin paylı mülkiyyətçiləri Cavabdeh1 Fərhat qızı, X3, Cavabdeh2 paylı mülkiyyətinə düşən 0.03 ha hissəsi (X3, Cavabdeh2 hər birinə 0.00749375 ha torpaq sahəsi, Cavabdeh1 Fərhat qızına 0.0149875 ha torpaq sahəsi və tam mülkiyyət hüququ ilə fərdi yaşayış evj olmaqla) naturada cizginin sağ tərəfindən, İddiaçı3 Fərhad oğlu, İddiaçı1,İddiaçı4 və İddiaçı2 paylı mülkiyyətinə düşən 0.03 ha hissəsi isə (hər birinə 0.00749375 ha torpaq sahəsi olmaqla) naturada cizginin sol tərəfindən bölünməsi mümkündür. Paylı mülkiyyətdə olan 0.06 ha torpaq sahəsindən paylarının müəyyən edilərək ayrılmasını tələb edən iddiaçılar İddiaçı3 Fərhad oğlu, İddiaçı1,İddiaçı4 və İddiaçı2 paylı mülkiyyətinə düşən 0.03 ha hissəsinin (hər birinə 0.00749375 ha torpaq sahəsi olmaqla) sərhədləri və yerləşdiyi ərazi naturada müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilən ölçü planında göstərilmişdir. Məhkəmə iclasında mülki işin araşdırılmış hallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********11-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi- xx.xx.2019-cu il tarixli Seriya RX ******* saylı çıxarışdan görünür ki, İddiaçı3 Fərhad oğlunun adına Beyləqan şəhəri, Xanlar Səfərəliyev küçəsində fərdi yaşayış evi tikdirmək üçün 0.06 ha torpaq sahəsi verilmişdir. Cavabdeh1, X3, Cavabdeh2, İddiaçı1, İddiaçı4, İddiaçı2 da həmin torpaq sahəsinin hüquqi sahibləridir. Çıxarışa əsasən 0.06 ha torpaq sahəsinin 0.00749375 hektarı- İddiaçı3, 0.00749375 hektarı X1, 0.00749375 hektar Cavabdeh2, 0.00749375 hektarı İddiaçı1 0.00749375 hektarı İddiaçı4, 0.00749375 hektarı İddiaçı2 Adi oğlunun və 0.149875 hektarı isə Cavabdeh1 adına verilmişdir. Azərbaycan Respublikası MPM-nin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iclasında iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları kifayət qədər sübuta yetirə bilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********11-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi- xx.xx.2019-cu il tarixli Seriya RX ******* saylı çıxarışa əsasən Cavabdeh1 Fərhad qızının adına olan 0.06 ha torpaq sahəsinin paylı mülkiyyətçiləri Cavabdeh1 Fərhat qızı, X3, Cavabdeh2 paylı mülkiyyətinə düşən 0.03 ha hissəsi (X3, Cavabdeh2 hər birinə 0.00749375 ha torpaq sahəsi, Cavabdeh1 Fərhat qızına 0.0149875 ha torpaq sahəsi və tam mülkiyyət hüququ ilə fərdi yaşayış evi olmaqla) naturada cizginin sağ tərəfindən, İddiaçı3 Fərhad oğlu, İddiaçı1,İddiaçı4 və İddiaçı2 paylı mülkiyyətinə düşən 0.03 ha hissəsi isə (hər birinə 0.00749375 ha torpaq sahəsi olmaqla) naturada cizginin sol tərəfindən bölünməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********11-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi- xx.xx.2019-cu il tarixli Seriya RX ******* saylı çıxarışa əsasən Cavabdeh1 Fərhad qızının adına olan 0.06 ha torpaq sahəsinin paylı mülkiyyətçiləri Cavabdeh1 Fərhat qızı, X3, Cavabdeh2 paylı mülkiyyətinə düşən 0.03 ha hissəsi (X3, Cavabdeh2 hər birinə 0.00749375 ha torpaq sahəsi, Cavabdeh1 Fərhat qızına 0.0149875 ha torpaq sahəsi və tam mülkiyyət hüququ ilə fərdi yaşayış evi olmaqla) naturada cizginin sağ tərəfindən, İddiaçı3 Fərhad oğlu, İddiaçı1,İddiaçı4 və İddiaçı2 paylı mülkiyyətinə düşən 0.03 ha hissəsi isə (hər birinə 0.00749375 ha torpaq sahəsi olmaqla) naturada cizginin sol tərəfindən bölünsün və onlara təhkim edilsin. İş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Mütəxəssis rəyinin dəyirini təşkil edən iddiaçı tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət KADASTRı və Reyestri Publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin hesabına ödənilmiş 95 manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb İddiaçı3 Fərhad oğluna verilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar