Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-32/2025 05.05.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən paylarının naturada ayrılması tələbinə dair mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmlak payı kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyester nömrəsi **********15, qeydiyyat nömrəsi **********, xx.xx.2023-cü il tarixli çıxarışla qeydiyyata alınmaqla xüsusi mülkiyyətlərinə verilmiş Beyləqan rayonunun Türklər qəsəbəsi ərazisində yerləşən 4.8075 ümumi birgə mülkiyyətlərində olan torpaq sahələsindən mərhum X1 və onun, yəni İddiaçı paylarının naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi və izahatında göstərdi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********15, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il, tarixli çıxarışla qeydiyyata alınmaqla xüsusi mülkiyyətlərinə Beyləqan rayonunun Türklər qəsəbəsi ərazisində yerləşən 4.8075 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin çıxarışlarda onların payları ümumi birgə göstərilmişdir. Mərhum atası X9 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. X1 adına Beyləqan rayon İ saylı notariat ofisində vərəsəlik işi açılmışdır. Vərəsə kimi özü tanınmışdır. Bundan başqa Beyləqan rayon Məhkəməsinin 2(020)-138/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Beyləqan rayon Aqrar İslahatKomissiyasının 49 saylı qərarı ilə ailə üzvlərinə JN:0096, KOD 60714038 olan torpaq mülkiyyət hüququna X31 əsasında verilmiş 4.81 ha pay torpaq sahəsindən 2.4 ha pay torpaq sahəsi naturada ayrılaraq Cavabdeh2 və Cavabdeh1 verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsində cavabdehlərə verilməli olan torpaq sahəsinin 2.4 ha göstərilməsinə baxmayaraq Cavabdeh2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətində qanunsuzluq edərək Dövlət reyestrindən daşınmaz əmlakın reyestr nömrəsi **********15, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il, tarixli çıxarışda özünü Hüququ rəsmiləşdirilən şəxs olaraq göstərərək paylar ümumi birgə göstərilmişdir. Mərhum atası X9 ilə ögey anası Cavabdeh2 arasında bağlanmış nikah Beyləqan rayon məhkəməsinin 2(020)-37/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. O, hər birinə düşən torpaq paylarının natura qaydasında ayrılması üçün bir neçə dəfə müraciət etmişdir. Lakin cavabdehlər könüllü olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinə gəlməkdən imtina edərək ona və mərhum atasına məxsus torpaq sahəsinin naturada ayrılaraq verilməsindən imtina etmişlər. Hazırda onun qeyd olunan torpaq üzərində heç bir qərar vermək səlahiyyəti olmadığından məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Odur ki, əmlak payı kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyester nömrəsi **********15, qeydiyyat nömrəsi **********, xx.xx.2023-cü il tarixli çıxarışla qeydiyyata alınmaqla xüsusi mülkiyyətlərinə verilmiş Beyləqan rayonunun Türklər qəsəbəsi ərazisində yerləşən 4.8075 ümumi birgə mülkiyyətlərində olan torpaq sahələsindən mərhum X1 və onun, yəni İddiaçı paylarının naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdehlər və maraqlı tərəfin nümayəndəsi məhkəmə iclasına gəlmədiklərindən məhkəmə işə onların iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, iddiaçının izahatını dinləyib hesab edir ki, iddia aşağıdakı əsasa görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Dövlət aktından görünür ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 49 saylı qərarı ilə X10 və ailə üzvlərinin mülkiyyətinə JN:0096, KOD 60714038 olan torpaq mülkiyyət hüququna X31 ilə 4.81 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Beyləqan rayon Məhkəməsinin 2(020)-138/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 49 saylı qərarı ilə Cavabdeh2, və Cavabdeh1, X23 qoğlu və İddiaçı JN:0096, KOD 60714038 olan torpaq mülkiyyət hüququna X31 əsasında verilmiş 4.81 ha pay torpaq sahəsindən 2.4 ha pay torpaq sahəsinin naturada ayrılaraq Cavabdeh2 və Cavabdeh1 verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********15, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il, tarixli çıxarışla qeydiyyata alınmaqla Cavabdeh2 və Cavabdeh1, X23 qoğlu və İddiaçı xüsusi mülkiyyətlərinə Beyləqan rayonunun Türklər qəsəbəsi ərazisində yerləşən 4.8075 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Beyləqan rayonu 1 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli 219 saylı məktubundan görünür ki, xx.xx.2020-ci il tarixində vəfat etmiş X3 adına Beyləqan rayon 1 saylı notariat ofisində vərəsəlik işi açılmışdır. Vərəsə kimi İddiaçı tanınmışdır. Miras əmlaka dair hüquqmüəyyənedici sənəd təqdim olunduqdan sonra vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəkdir. Əvvəlki məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi X20 izahatında iddiaçının iddia tələbi üzrə məhkəmə-mühəndis ekspertizasının təyin edilməsinin zəruri olduğunu, torpaq sahəsinin iddiaçıya və ailə üzvülərinə 2 hissədə verilməsi nəzərə alınarsa ekspertiza rəyi olmadan torpağın naturada bölünməsinin mümkün olmadğını göstərmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iş üzrə məhkəmə mühəndis -texniki ekspertizası təyin edilmiş və rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 fevral 2025-ci il tarixli, 10/9473 saylı ekspertiza rəyindən və mütəxəssis rəyindən görünür ki, Beyləqan rayonu Türklər qəsəbəsində yerləşən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********15, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 12 05 2023-cÜ ıl tarixli Seriya RX ******* saylı çıxarışa əsasən hüququ rəsmləşdırilən şəxs Cavabdeh2 adma olan 4.8075 ha torpaq sahəsinin sərhədlərim müəyyən etmək üçün tədqiqat aparan zaman müəyyən olundu ki, qeyd edilən torpaq sahəsinə dair tərtib olunmuş B 021947 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilən torpaq sahəsi Beyləqan rayon Aqrar İslahat Komissiyasının 49 saylı qərarı ilə JN:0046 kod 60714038 olan Torpağa Mülkiyyət Hüququna X31 əsasında mərhum X4, Əyubova öilurə Abdul qızına və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş 9.89 ha torpaq sahəsinin JN 46 A saylı plan üzrə mübahisəli ərazidə yerləşən 6, 61 ha hissəsi ilə ust-üstə düşür və hal hazırda da X21 və ailə üzvləri tərəfindən istifadə olunur. Həmçinin müəyyən olunmuşdur ki reyestr nömrəsi **********15, qeydiyyat nömrəsi **********. qeydiyyat tarixi 12 05 2023cü ıl tarixli Seriya RX ******* saylı çıxarışa əsasən hüququ rəsmləşdtrüən şəxs Cavabdeh2 adma olan 4.8075 ha torpaq sahəsi Beyləqan rayon Aqrar İslahat Komissiyasının 49 saytı qərarı ilə JN.0096 kod 60714038 olan Torpağa Mülkiyyət Hüququna X31 əsasında mərhum X6 və ailə üzvləri Cavabdeh2, X17 və X7 birgə mülkiyyətinə verilmiş Beyləqan rayonu Türklər qəsəbəsində yerləşən 4.81 ha torpaq sahəsi əsasında verilmişdir. Eyni zamanda mövcud baza məlumatlarının əks olunduğu X13 X16 (TEKUlS-ə) əsasən JN:0096 saylı dövlət aktında qeyd edilən 4.81 ha torpaq sahəsi 2.42 ha və 2.39 ha olmaqla bir-birindən araltda yerləşən 2 hissədən ibarətdir. Ona görə də X13 X16 (TF KUİS ə) əsasən JN:0096 sayl dövlət aktında qeyd edilən 4.81 ha torpaq sahəsindən iddiaçı X11 faktiki istifadəsində olan 2.42 ha torpaq sahəsinin və cavabdehlər Cavabdeh2, X12rn faktiki istifadəsində olan 2.39 ha torpaq sahəsinin də sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Beyləqan rayonu Türklər kəndində yerləşən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********15, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü ıl tarixli Seriya RX ******* saylı çıxarışa əsasən hüququ rəsmləşdırilən şəxs Cavabdeh2 adına olan 4 8075 ha torpaq sahəsinin paylı mülkiyyətçisi X17 və mərhum atası X8 düşən paya uyğun olaraq tərəflər arasında razılaşdırılmış faktiki istifadə vəziyyətinə uyğun X13 X14 (U KUlS-də) (JN.0096 saylı dövlət aktında qeyd edilən 4.81 ha torpaq sahəsi) qeyd olunduğu kimi 2.42 ha və 2.39 ha olmaqla naturada bölünməsi mümkündür. Faktiki istifadə vəziyyətinə uyğun olaraq və X13 X14 (TEKUİS də) (JN.0096 saylı dövlət aktında qeyd edilən 4.81 ha torpaq sahəsi) qeyd olunduğu kimi iddiaçı X17 və mərhum atası X2 paylı mülkiyyətinə ayrılması nəzərdə tutulan 2.42 ha və cavabdehlər Cavabdeh2 və X7 paylı mülkiyyətinə ayrılması nəzərdə tutulan 2.39 ha torpaq sahələrinin yerləşdiyi ərazi və koordinatları mütəxəssis rəyinə əlavə edilmiş ölçü planında göstərilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Beyləqan rayonu Türklər kəndində yerləşən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********15, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il tarixli Seriya RX ******* saylı çıxarışa əsasən hüququ rəsmləşdırilən şəxs Cavabdeh2 adına olan 4 8075 ha torpaq sahəsinin paylı mülkiyyətçisi X17 və mərhum atası X8 düşən paya uyğun olaraq tərəflər arasında razılaşdırılmış faktiki istifadə vəziyyətinə uyğun X13 X14 (U KUlS-də) (JN.0096 saylı dövlət aktında qeyd edilən 4.81 ha torpaq sahəsi) qeyd olunduğu kimi 2.42 ha və 2.39 ha olmaqla naturada bölünməsi mümkündür. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası MM-nin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüquqisubyektin ona mənsub əmlaka (əşiyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinin tələbinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası MPM-nin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iclasında iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları kifayət qədər sübuta yetirə bilmişdir. Belə ki, iddiaçının və onun ailə üzvlərinin Beyləqan rayon Türklər kəndinin ərazisində 4.81 ha olan torpaq sahəsində payların naturada ayrılmasının mümkünlüyü barədə ekspertiza rəyi verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Beyləqan rayonu Türklər kəndində yerləşən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********15, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü ıl tarixli Seriya RX ******* saylı çıxarışa əsasən hüququ rəsmləşdırilən şəxs Cavabdeh2 adına olan 4 8075 ha torpaq sahəsinin paylı mülkiyyətçisi X17 və mərhum atası X8 düşən pay tərəflər arasında razılaşdırılmış faktiki istifadə vəziyyətinə uyğun olaraq 2.42 ha mütəxəssis rəyinə əlavə edilmiş ölçü planına uyğun olaraq ayrılmalıdır. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat cavabdehlər Cavabdeh2 və X5 müştərək qaydada alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. İşdə olan qəbzdən görünür ki, İddiaçı mütəxəssis rəyinin dəyirini təşkil edən 100 manat pulu KADASTR və YERQUR LAYİHƏ TADQİQAT Mərkəzi MM-nin hesabına ödəmişdir. İddiaçının iddiası təmin edildiyindən mütəxəssis rəyinin dəyirini təşkil edən iddiaçı tərədindən KADASTR və YERQUR LAYİHƏ TADQİQAT Mərkəzi MM-nin (VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesabı AZ37NABZ********************, Benefisiar hesabı AZ23AİİB********************7) hesabına ödənilmiş 100 (yüz) manat və dövlət rüsumu olaraq ödənilmiş 100 (yüz) manat cavabdehlər Cavabdeh2 və X5 müştərək qaydada alınıb İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Beyləqan rayonu Türklər kəndində yerləşən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********15, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü ıl tarixli Seriya RX ******* saylı çıxarışa əsasən hüququ rəsmləşdırilən şəxs Cavabdeh2 adına olan 4 8075 ha torpaq sahəsinin paylı mülkiyyətçisi X17 və mərhum atası X8 düşən 2.42 ha payı mütəxəssis rəyinə əlavə edilmiş ölçü planına uyğun naturada ayrılsın. İş üzrə Ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat cavabdehlər Cavabdeh2 və X5 müştərək qaydada alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Mütəxəssis rəyinin dəyirini təşkil edən iddiaçı tərədindən KADASTR və YERQUR LAYİHƏ TADQİQAT Mərkəzi MM-nin (VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesabı AZ37NABZ********************, Benefisiar hesabı AZ23AİİB********************7) hesabına ödənilmiş 100 (yüz) manat və dövlət rüsumu olaraq ödənilmiş 100 (yüz) manat cavabdehlər Cavabdeh2 və X5 müştərək qaydada alınıb iddiaçı X15 verilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-32/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-32/2025
05.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver