Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-4/2023 29.12.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Ramiz Vəliş oğlu Nurullayevin sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC Cavabdeh vurduğu ziyana görə 1541.48 manat pulu və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul alınıb ona verilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə göndərdiyi iddia ərizəsində göstərmişdir ki, X6 mülkiyyətindəki (bundan sonra ismin müvafiq hallarında «sığortalı» adlandırılacaqdır) Bakı ş, Binəqədi rayonu, 9-cu mkr, Mir Cəlal küçəsi, ev 121A, 30 saylı mənzili xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək "xxxx" ASC-də ərriak sığorta növündə sığortalamışdır. Sığortalıya RXA********** nömrəli əmlak sığortası şəhadətnaməsi verilmişdir. 2018-ci il may ayının 06-da Cavabdeh məxsus olan Bakı ş, Binəqədi rayonu, 9cu mkr, Mir Cəlal küçəsi, ev 121 A, 33 saylı mənzildən "xxxx" ASC-də sığortalanmış Bakı ş, Binəqədi rayonu, 9-cu mkr, Mir Cəlal küçəsi, ev 121A, 30 saylı mənzilə su axması nəticəsində maddi ziyan dəymişdir."xxxx" Mənzil Tikinti Kooperativinin 06 may 2018-ci il tarixli aktına əsasən Bakı ş, Binəqədi rayonu, 9-cu mkr, Mir Cəlal küçəsi, ev 121A, 33 saylı mənzildən Bakı ş, Binəqədi rayonu, 9-cu mkr, Mir Cəlal küçəsi, ev 121 A, 30 saylı mənzilə suyun axması faktı öz təsdiqini tapmışdır."xxxx" MMC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZSB-028/18 nömrəli qiymətləndirmə hesabatına əsasən hadisə nəticəsində sığortalı mənzilə 1794,06 manat məbləğində zərər dəymişdir.Sığortalı ilə iddiaçı arasında 250 manat şərtsiz azadolma və 2.58 manat bərpa xərcləri məbləğləri nəzərdə tutulduğunda sığorta ödənişi 1541,48 olmuşdur. İddiaçı həmin məbləği 30 may 2018-ci il tarixdə 1152 nömrəli ödəniş tapşıqığı ilə ödəmişdir. Ona görə də, Cavabdeh vurduğu ziyana görə 1541.48 manat pulu və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlmədiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X2 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən X1 mülkiyyətinə Bakı şəhəri, 9 mkr, Mir Cəlal küçəsində yerləşən 121 A saylı binanın 30 saylı mənzilin verilmişdir. İş materiallarına əlavə edilmiş RXA********** nömrəli Daşınmaz Əmlakın icbari sığortası şəhadətnaməsindən görünür ki, X6 mülkiyyətindəki (bundan sonra ismin müvafiq hallarında «sığortalı» adlandırılacaqdır) Bakı ş, Binəqədi rayonu, 9-cu mkr, Mir Cəlal küçəsi, ev 121A, 30 saylı mənzili xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək "xxxx" ASC-də ərriak sığorta növündə sığortalamışdır. İş materiallarına əlavə edilmiş sığorta aktından görünür ki, 2018-ci il may ayının 06da Cavabdeh məxsus olan Bakı ş, Binəqədi rayonu, 9-cu mkr, Mir Cəlal küçəsi, ev 121 A, 33 saylı mənzildən "xxxx" ASC-də sığortalanmış Bakı ş, Binəqədi rayonu, 9-cu mkr, Mir Cəlal küçəsi, ev 121A, 30 saylı mənzilə su axması nəticəsində maddi ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Mənzil Tikinti Kooperativinin 06 may 2018-ci il tarixli aktından görünür ki, Bakı ş, Binəqədi rayonu, 9-cu mkr, Mir Cəlal küçəsi, ev 121A, 33 saylı mənzildən Bakı ş, Binəqədi rayonu, 9-cu mkr, Mir Cəlal küçəsi, ev 121 A, 30 saylı mənzilə suyun axması faktı öz təsdiqini tapmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AZSB-028/18 nömrəli qiymətləndirmə hesabatından görünür ki, hadisə nəticəsində sığortalı mənzilə 1794,06 manat məbləğində zərər dəymişdir. İş materiallarına əlavə edilmiş 30 may 2018-ci il tarixdə 1152 nömrəli ödəniş tapşıqığından görünür ki, sığortalı ilə iddiaçı arasında 250 manat şərtsiz azadolma və 2.58 manat bərpa xərcləri məbləğləri nəzərdə tutulduğunda sığorta ödənişi 1541,48 olmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən cavabdehə ünvanlanmış 01 iyul 2018-ci il tarixli 05/01-722 saylı məktubdan görünür ki, əmlak sığorta şəhadətnaməsi üzrə sığortalanmış X4 məxsus mənzilə dəymiş və "xxxx" ASC tərəfindən ödənilmiş 1541 manat 48 qəpik ziyanın ödənilməsi üçün cavabdehə bildiriş göndərilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməmiş və göstərmişdir ki, zərərçəkmiş qonşusu X4 məxsus mənzildə olan şaxta mənzil sahibi tərəfində sökülərək betonlanmışdır. Bu səbəbdəndə yuxarı mənzilərin hər hansı birinin su borusunda nasazlıq olduqda həmin su kütləsi betonlanmış yerdən aşağı keçmi, nəticədə onun və zərərçəkmiş qonşusunun mənzilinə ziyan deyir.İddianı qəbul etmir, çünki həmin şaxtanı qonşusu özü bağlamışdır.Onun tərəfindən qonşusuna ziyan dəyməmişdir. "xxxx" Mənzil Tikinti Kooperativinin işçilərinin tərtib etdiyi akt əsassızdır və mülki iş üzrə mübahisənin dəqiq və obyektiv araşdırılması üçün ekspertizasının təyin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Beyləqan rayon məhkəməsinin 12 fevral 2021-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzin gəndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzin19 yanvar 2022-ci il tarixli məlumatı ilə rəy verilməsi mümkün olmamış və iş məhkəyə qaytarılmışdır. Beyləqan rayon məhkəməsinin 02 mart 2022-ci il tarixli qərardadına əsasən iş üzrə təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzin gəndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 noyabr 2023-cü il tarixli ekspert rəyinin nətəcə hissəsindən görünür ki, Cavabdeh Nemət oğlunun 33 saylı mənzilində yerləşən su və kanalizasiya xətlərinin hal-hazırda təmirli olduğunu, X4 məxsus olan 30 saylı mənzilə baxış keçirilməsinin mümkün olmadığını nəzərə alaraq, Bakı şəhəri, 9 mkr, Mir Cəlal küçəsində yerləşən 121 A saylı binanın 30 saylı mənzilinə suyun hansı səbəbdən axıdılması barədə tədqiqat aparılması mümkün olmamışdır. Qeyd olunur ki, su sızmasının texniki səbəbi üst mərtəbə yerləşən mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsindən, mənzilin su kanalizasiya və boru xətlərində baş vermiş texniki nasazlıqlardan yararsız sanitar texniki avadanlıqların istifadə edilməsindən baş verə bilər. ünvan 1 ünvanında yerləşən 30 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1794,00 məbləğində müəyyən olunmuşdur. Baxış zamanı ekspert baxışına hər hansı bir əşya təqdim edilmədiyindən tədqiqat aparılması mümkün olmamışdır. Cavabdeh Nemət oğlunun X4 məxsus olan 30 saylı mənzilə ziyan vurması iş materialları və işin məhkəmə iclasında araşdırılmış halları ilə kifayət qədər sübuta yetmişdir. Belə ki, məhkəmədə müəyyən edildi ki, cavabdehin mənzili həmin mənzilin üst qatında yerləşir və S.Orucovays məxsus mənzilə ziyan da cavabdehə məxsus mənzildən su sızması nəticəsində baş vermişdir. Həmin hal ekspert rəyi ilə də təsdiq olunur. Lakin məhkəmə hesab edir ki, iş üzrə alınmış eksperiza rəyində ziyan 1794,00 manat, təşkil edildiyi göstərilsə də iddiaçı iddia həcminin artırılması barədə məhkəməyə ərizə təqdim etmədiyindən iddia iddia ərizəsində tələb edilən məbləğdə yəni, 1571.48 manat təmin edilməlidir. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçıya reqres qaydasında ona verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası MM-nin 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Azərbaycan Respublikası MM-nin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.3-cü maddəsinə əsasən faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 936.6-cı maddəsinə əsasən həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir. 936-cı maddəsinə əsasən həmin Məcəllənin MM-in 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər başa düşülür. Ona görə, bu vəsait cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazalarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh vurduğu ziyana görə 1541.48 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pulun alınıb "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238-239-241-244,253.cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh vurduğu ziyana görə 1541.48 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul alınıb "xxxx" ASC-yə ödənilsin. İş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat pul Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Eksperizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-4/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-4/2023
29.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver