Məhkəmə qərarları › İş №2(020)-59/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-59/2023

12.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-59/2023 12.09.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçının vəkalətli nümayəndəsi- Nümayəndə, Cavabdeh- Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 6.13 ha torpaq sahəsindən çıxarılma və maneənin aradan qaldırılması tələbinə dair mülki işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun və ailə üzvlərinin mülkiyyətində olan 6.13 hektar pay torpaq sahəsindən məcburi qaydada çıxarılmaları, 6.13 hektar pay torpaq sahəsinin ona təhvil verilməsi və cavabdehlər tərəfindən törədilən maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkalətli nümayəndəsi Nümayəndə iddia tələblərini əsaslandıraraq göstərdi ki, İddiaçı onun atasıdır. Beyləqan rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 1998-ci il tarixli, 58 saylı Qərarı ilə atasına və ailə üzvlərinə yaşadıqları Beyləqan rayonunun Allahyarlı kəndi ərazisində yerləşən pay torpaq sahələrindən 6.13 hektar kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi «Torpağa mülkiyyət hüququna dair» JN-0016, KOD 60700018 saylı Dövlət Aktı ilə rəsmləşdirilmişdir. Cavabdeh1 ona qarşı torpaqdan çıxarılma və ziyan tələbinə dair iddiası Beyləqan rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(020)41/2022 saylı qətnaməsi ilə təmin edilməmişdir. Bir sözlə cavabdehlərin torpaq sahəsini o, zəbt eləməmişdir. Bu fakt həmin mülki iş üzrə mübahisəli torpaq sahəsinə baxış keçirən mütəxəssislərin və ekspertin rəyləri ilə bir daha sübut olunur. Buna baxmayaraq cavabdehlər məhkəmə qətnaməsinə məhəl qoymayaraq qeyri-qanuni olaraq onun və ailə üzvlərinin mülkiyyətində olan 6.13 hektar pay torpaq sahəsini özbaşına şumladaraq əkin işləri aparmışlar. Cavabdehlərə dəfələrlə qeyri-qanuni zəbt etdikləri torpaqlarından çıxmalarını xahiş etsələr də onlar, əhəmiyyət vermiyərək öz qanunsuz əməllərinə davam edərək torpaqlarını şumlamışlar. Hazırda cavabdehlər onların torpağını boşaltmaqdan imtina etmişlər. Belə ki, qeyriqanuni olaraq onlara məxsus pay torpaq sahəsini zəbt edirlər və həmin torpaqda qanunsuz şumlama-əkin işləri aparırlar. Odur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onların və ailə üzvlərinin mülkiyyətində olan 6.13 hektar pay torpaq sahəsindən məcburi qaydada çıxarılmaları, 6.13 hektar pay torpaq sahəsinin onlara təhvil verilməsi və cavabdehlər tərəfindən törədilən maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh1 iddianı qəbul etdi və izahatında göstərdi ki, mübahisəli torpaq səhəsini hazırda onların istifadəsindədir. Yeri şumlatdırıb əkinə hazır etdirmişlər. Lakin əkin işləri aparmamışlar. Hazırda onun iddia etdiyi torpaq sahəsinin yeri barədə ekspert rəyindən sonra məlumatı olmuşdur. Əvvəllər həmin torpağın onların olmasını bilib istifadə etmişlər. Lakin hazırda iddianın təmin edilməsinə etirazı yoxdur. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. İşdə olan poçt xəbərnamələrindən görünür ki, cavabdeh Orxan Abdulayev məhkəmə iclasının vaxtı və yeri barədə göndərilən məhkəmə bildirişlərini qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlmədiyindən məhkəmə onların iştirakı olmadan işə bağmağı mümkün hesab edir. İşdə olan JN -0016 KOD 60700018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 16 noyabr 1998-ci il tarixli, 58 saylı Qərarı ilə iddiaçıya və onun ailə üzvlərinə yaşadıqları Beyləqan rayonunun Allahyarlı kəndi ərazisində yerləşən pay torpaq sahələrindən 6.13 hektar kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. İş üzrə İddiaçı vəkalətli nümayəndəsi Nümayəndə vəsatəti əsasında məhkəmənin 16 noyabr 2022-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 iyul 2023-cü il tarixli, 10/4242 saylı ekspert rəyindən və mütəxəssis rəyindən görünür ki, Beyləqan rayonu Allahyarlı kəndində yerləşən Beyləqan rayon Aqrar İslahat Komissiyasınınxx.xx.1998-ci tarixli 58 nömrəli qərarına əsasən, JN -0016 KOD 60700018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş 6.13 hektar torpaq sahəsinin sərhəddini müəyyən etmək üçün araşdırma aparılmışdır. Araşdırma aparılan zamanı müəyyən olunmuşdur ki, İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş 6.13 hektar torpaq sahəsinin sərhəddinin koordinatları ile X5 X6 qeyd olunan və faktiki olaraq İddiaçı və ailə üzvlərinin istifadəsində olan torpaq sahəsinin sərhəddinin koordinatları arasında fərqlər mövcuddur. Ona görə də ölçmə işləri aparılan zamanı İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş 6.13 hektar torpaq sahəsinin sərhəddi X5 X6 qeyd olunan koordinatlara istinad edilməklə müəyyən olunmuşdur. X1 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********83 olan çıxarışa əsasən, Beyləqan rayonu Allahyarlı kəndində yerləşən 2.2071 ha torpaq sahəsinin sərhədİni müəyyən etmək üçün araşdırma aparılmışdır. Araşdırma aparılan zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin! yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi **********, reyestr nömrəsi 60701305,6283 Olan çıxarışa əsasən, X2 və ailə üzvlərinin xüsummülkiyyətində olan Beyləqan rayonu Allahyarlı kəndində yerləşən 2.2071 ha torpaq sahəsinin sərhəddinin koordinatları ilə X5 X7 qeyd olunan və faktiki olaraq X2 və ailə üzvlərinin istifadəsində olan torpaq sahəsinin sərhədinin koordinatları arasında fərqlər mövcuddur. Ona görə də ölçmə işləri aparılan zamanı, X2 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 2.2071 ha torpaq sahəsinin sərhəddi X5 X6 qeyd olunan koordinatlara istinad edilməklə müəyyən olunmuşdur. Cavabdeh X2 və ailə, üzvləri tərəfindən İddiaçı və ailə üzvlərinin Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-citarixli 58 nömrəlİ qərarına əsasən.JN-OO16 KOD 60700018 saylı "Torpağa mülkiyyət hüququna dair" Dövlət aktı ilə xüsusi mülkiyyətinə verilmiş Beyləqan rayonu Allahyarlı kəndində yerləşən verilmiş 6.13 hektar torpaq sahəsinin deyil, X5 X6 qeyd olunan İddiaçı və ailə üzvlərinə məxsus 6.13 hektar torpaq sahəsinin 2.24 ha hissəsi şumlanmışdır. Cavabdehlər X2 və ailə üzvlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********83 olan çıxarışa əsasən, xüsusi mülkiyyətində olan Beyləqan rayonu Allahyarlı kəndində yerləşən 2.2071 ha torpaq sahəsi ilə İddiaçı və ailə üzvlərinin Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci tarixli, 58 nömrəli qərarına əsasən, JN-0016 KOD 60700018 saylı “Torpağa mülkiyyət hüququna dair" Dövlət aktı ilə xüsusi mülkiyyətinə verilmiş Beyləqan rayonu Allahyarlı kəndində yerləşən 6.13 hektar torpaq sahəsi üst-üstə düşmür. X5 X6 qeyd olunan İddiaçı və ailə üzvlərinə İddiaçı və ailə üzvlərinə məxsus torpaq sahələrinin sərhədləri üst-üstə düşmür. Məhkəmə iclasında müəyyən edildi ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci tarixli 58 nömrəli qərarına əsasən, JN-0016 KOD 60700018 saylı “Torpağa mülkiyyət hüququna dair" Dövlət aktı ilə xüsusi mülkiyyətinə verilmiş Beyləqan rayonu Allahyarlı kəndində yerləşən 6.13 hektar torpaq sahəsi X2 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. X5 X6 qeyd olunan İddiaçı və ailə üzvlərinə məxsus 6.13 hektar torpaq sahəsinin 2.24 ha hissəsi şumlanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci tarixli 58 nömrəli qərarına əsasən, JN-0016 KOD 60700018 saylı “Torpağa mülkiyyət hüququna dair" Dövlət aktı ilə İddiaçı xüsusi mülkiyyətinə verilmiş Beyləqan rayonu Allahyarlı kəndində yerləşən 6.13 hektar torpaq sahəsinin 2.24 ha hissəsindən çıxarılmalıdır. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunda deyilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV bəndində deyilir ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər Azərbaycan Respublikası Konistitutsiyasının 60-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə İddiaçı iddia tələbi qismən, yəni cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin 2.24 ha hissəsini zəbt etdiyi sübuta yetdiyindən iddia həmin hissədə təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci tarixli, 58 nömrəli qərarına əsasən JN-0016, KOD 60700018 saylı “Torpağa mülkiyyət hüququna dair" Dövlət aktı ilə İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş Beyləqan rayonu Allahyarlı kəndində yerləşən 6.13 hektar torpaq sahəsinin 2.24 ha hissəsindən çıxarılsınlar, torpaq sahəsi İddiaçı təhvil verilməklə cavabdehlər tərəfindən törədilən maneə aradan qaldırılsın. İş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pulun 25(iyirmi beş) manatı cavabdehlərdən müştərək qaydada, 25(iyirmi beş) manatı İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Mütəxəssis rəyinin dəyirini təşkil edən iddiaçı tərədindən KADASTR və YERQUR LAYİHƏ TADQİQAT Mərkəzi MM-nin (VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesabı AZ37NABZ********************, Benefisiar hesabı AZ23AİİB********************7) hesabına ödənilmiş 147 manat məbləğində pulun 70 (yetmiş) manatı Cavabdeh1 və Cavabdeh2 alınıb İddiaçı verilsin, pulun qalan hissəsi iddiaçının özünə aid edilsin. Dövlət rüsumu kimi ödənilmiş 100 manat pulun 50 (əlli) manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb İddiaçı ödənilsin, qalan 50 (əlli) manat iddiaçının özünə aid edilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar