Məhkəmə qərarları › İş №2(020)-62/2023

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-62/2023

13.07.2023 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-62/2023 13.07.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Ərizəçi 8 saylı Ərazi Vergilər İdarəsinin vəkalətli nümayəndəsi Nümayəndə, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi 8 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması”na dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Ərizəçi 8 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək vergi ödəyicisi olan hüquqi şəxs BEYLƏQAN RAYONU İCRA HAKİMİYYƏTİ BAŞÇİSİNİN ƏHMƏDLİ KƏNDİ ÜZRƏ NÜMAYƏNDƏLİYİ üzrə (VÖEN: **********) müvafiq fonda olanborcunun ödənilməsini təmin etmək üçün onun icra orqanının rəhbəri Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi 8 saylı Ərazi Vergilər İdarəsinin vəkalətli nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək Beyləqan rayon İHB-in Əhmədli kəndi üzrə nümayəndəliyi tərəfindən müvafiq fonda borcunun tam ödənildiyi və icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasma səbəb olmuş əsaslar aradan qalxdığı üçün mülki işin baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı tərəf Maraqlı şəxs 8 saylı vergi idarəsinə yaranmış borcunu tam olaraq ödədiyindən hazırda ərizəyə baxılmasını istəmədiyini bildirdi və mülki işin baxılmamış saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci madənin tələbinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Ərizəçiyə adı çəkilən məcəllənin 260.4-cü maddəsinin tələbləri izah edilməlidir ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 268.1-ci maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: Ərizəçi 8 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair mülki iş qərardadın təsviri hissəsində göstərilənlərə əsasən baxılmamış saxlanılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin baxılmamış saxanması üçün səbəb olan şərait aradan qaıldırıldıqdan sonra yenidən ərizə ilə məhkəməyə müraciət edə bilərlər. Qərardaddan təqdim edildikdən və ya alındıqdan sonra 10 gün müddətində Beyləqan rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar