Məhkəmə qərarları › İş №2(020)-640/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-640/2024

16.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-640/2024 16.07.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı, Cavabdeh- Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən paylarının naturada ayrılması tələbinə dair mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmlak payı kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyester nömrəsi **********21, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il tarixli çıxarışla qeydiyyata alınmaqla Cavabdeh1 (0.76252 ha), Cavabdeh3 (0.76252 ha) və onun, yəni İddiaçı (1.52504 ha) xüsusi mülkiyyətinə verilmiş Beyləqan rayonunun Təzəkənd kəndi ərazisində yerləşən ümumi ölçüsü 3.0501 ha ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsindən onun payına düşən 1.52504 ha torpaq sahəsinin naturada ayrılaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə etdi və izahatında göstərdi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********21, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il, tarixli çıxarışla qeydiyyata alınmaqla xüsusi mülkiyyətlərinə Beyləqan rayonunun Təzəkənd kəndi ərazisində Cavabdeh1 0.76252 ha, Cavabdeh3 0.76252 ha, ona, yəni İddiaçı 1.52504 ha olmaqla ümumilikdə 3.0501 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin çıxarışda payları ümumi birgə göstərilmişdir. Lakin hazırda onların hər birinə düşən torpaq paylarının natura qaydasında ayrılıb hər torpaq sahəsinin öz sahibinə təhkim edilməsini istəyirlər. Bununla bağlı cavabdehlərə bir neçə dəfə müraciət etmişdir. Cavabdehlərdən qızı Cavabdeh1 razılıq versə də, oğlu Cavabdeh3 Rusiya Federasiyasında yaşadığından və məlum müharibədən sonra onunla heç bir əlaqələri olmadığından sənədləşmə işlərində çətinlik çəkir. Oğlunun iştirakı olmadan da bu məsələni həll etmək mümkün deyildir. Oğlu Elman torpağını satmışdır. Ona görə də, əmlak payı kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyester nömrəsi **********21, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il tarixli çıxarışla qeydiyyata alınmaqla Cavabdeh1 (0.76252 ha), Cavabdeh3 (0.76252 ha) və onun, yəni İddiaçı (1.52504 ha) xüsusi mülkiyyətinə verilmiş Beyləqan rayonunun Təzəkənd kəndi ərazisində yerləşən ümumi ölçüsü 3.0501 ha ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsindən onun payına düşən 1.52504 ha torpaq sahəsinin naturada ayrılaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh1 iddianı qəbul etdi və izahatında göstərdi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********21, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il, tarixli çıxarışla qeydiyyata alınmaqla xüsusi mülkiyyətlərinə Beyləqan rayonunun Təzəkənd kəndi ərazisində ümumilikdə 3.0501 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin çıxarışda onun payı 0,76252 ha müəyyən edilmişdir. Həmçinin qardaşı Elmanın payı 0.76252 ha müəyyən olunmuş naturada ayrılıb qardaşına təhkim edilmişdir. Qardaşı da həmin torpaq sahəsini başqa şəxsə satmışdır. Onların hər birini payı özlərinə məlumdur və öz torpaqlarından istifadə edirlər. O, torpaq sahəsindən payının ayrılmasına etiraz etmir. Ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh3 və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış Cavabdeh3 və maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlmədiklərindən məhkəmə onların iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia aşağıdakı əsasa görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********21, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il, tarixli çıxarışdan görünür ki, İddiaçı Beyləqan rayonunun Təzəkənd kəndi ərazisində ümumilikdə 3.0501 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin çıxarışda Cavabdeh1 payı 0.76252 ha, Cavabdeh3 payı 0.76252 ha, İddiaçı payı 1.52504 ha müəyyən edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası MM-nin 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüquqisubyektin ona mənsub əmlaka (əşiyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinin tələbinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə iclasında mülki işin araşdırılmış hallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********21, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il, tarixli çıxarışla qeydiyyata alınmaqla İddiaçı Beyləqan rayonunun Təzəkənd kəndi ərazisində ümumilikdə 3.0501 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin çıxarışda Cavabdeh1 payı 0.76252 ha, Cavabdeh3 payı 0.76252 ha, İddiaçı payı 1.52504 ha müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iclasında iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları kifayət qədər sübuta yetirə bilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********21, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il tarixli çıxarışla İddiaçı adına olan 3.0501 ha torpaq sahəsindən İddiaçı düşən 1.52504 ha payı mülkiyyətçilərin sıra ardıcıllığı əsasında naturada ayrılaraq ona təhkim edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********21, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022ci il tarixli çıxarışla İddiaçı adına olan 3.0501 ha torpaq sahəsindən İddiaçı düşən 1.52504 ha payı mülkiyyətçilərin sıra ardıcıllığı əsasında naturada ayrılaraq təhkim edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar