Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-641/2023 02.05.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə, İddiaçı cavabdeh Beyləqan rayon * saylı Notariat ofisi və Maraqlı şəxs qarşı *5 aprel 2022-ci il tarixli icra qeydinin ləğv edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçıməhkəmədə cavabdeh Beyləqan rayon * saylı Notariat ofisi və Maraqlı şəxs qarşı *5 aprel 2022-ci il tarixli icra qeydinin ləğv edilməsi tələbinə dair iddia qaldırmışdır. İş baxılması üçün 02 may 2023-cü il tarixə təyin olunaraq iddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişlər. Buna baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. İddiaçı gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. həmçinin işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci madəsinin tələbinə görə işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş üzrə Maraqlı şəxs məhkəmə iclasına gəlmiş, iddiaçı tərəf gəlmədiyindən işin mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. İddiaçıya adı çəkilən məcəllənin 260.4-cü maddəsinin tələbləri izah edilməlidir ki, ddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 268.*-ci maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Beyləqan rayon * saylı Notariat ofisi və Maraqlı şəxs qarşı *5 aprel 2022-ci il tarixli icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş qərardadın tərkib hissəsində göstərilənlərə əsasən baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan təqdim edildikdən və ya alındıqdan sonra *0 gün müddətində Beyləqan rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramiz Nurullayev.
Məhkəmə qərarları › İş №2(020)-641/2023
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-641/2023
02.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver