Məhkəmə qərarları › İş №2(020)-893/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-893/2024

02.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-893/2024 02.09.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Muradlı Calal Habil oğlunun katibliyi, İddiaçı- İddiaçı nümayəndəsi Vəkil, Cavabdehlər- Cavabdeh4 və Cavabdeh5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı miras əmlak paylarının müəyyən olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Beyləqan rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 1998-ci il tarixli 11 saylı qərarına əsasən Beyləqan rayonu , Qaralılar kənd sakini X17, X12 və X8 mülkiyyətlərinə verilmiş 0.38 ha həyətyanı torpaq sahəsindən Cavabdeh1 miras payı- atasına görə 2.11 sot anasına görə 2.53 sot = 4.64 sot torpaq sahəsinin, Cavabdeh4 miras payı- atasına görə 2.11 sot+anasına görə 2.53 sot=4.64sot torpaq sahəsinin, Cavabdeh2 miras payı- atasına görə 2.11 sot + anasına görə 2.53 sot= 4.64 sot torpaq sahəsinin, Cavabdeh3 miras payı-atasına görə 2.11 sot + anasına görə 2.53 sot=4.64 sot torpaq sahəsinin, Cavabdeh5 miras payı yalnız -atasına görə 2.11 sot sot (mərhumun 1-ci nighından olan oğludur.) torpaq sahəsinin və X3 oğlu, X1 qanuni vərəsəsi olan mənə-İddiaçı Əliz qızına həm mərhum ərinin mülkiyyətinə verilmiş 12.66 sot , həm də mərhumun atasına görə 2.11 sot + anasına görə 2.53 sot =17.3 sot həyətyanı torpaq sahəsinin müəyyən olunması, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi ********** olan, qeydiyyat tarixi xx.xx.2023-ü il tarxli Çıxarışa əsasən Cavabdeh1, X17, X13, X8 və X9 xüsusi mülkiyyətlərinə kənd təsərrüfatı məhsulları istehsal etmək üçün verilmiş 0.8926 ha pay torpaq sahəsindən 17.85 sotu Cavabdeh1 xüsusi mülkiyyətinə verilmiş pay torpaq sahəsi, atasına görə 2.975 sot + anasına görə 3.57 sot olmaqla, cəmi 24.395 sot pay torpaq sahəsi, Cavabdeh4 miras payı-atasına görə 2.975 sot + anasına görə 3.57 sot olmaqla, cəmi 6.545 sot pay torpaq sahəsi ,Cavabdeh2 miras payı-atasına görə 2.975 sot + anasına görə 3.57 sot olmaqla 6.545 sot pay torpaq sahəsi, Cavabdeh3 miras payı-atasına görə 2.975 sot + anasına görə 3.57 sot olmaqla 6.545 sot pay torpaq sahəsi,Cavabdeh5 miras payı yalnız -atasına görə 2.975 sot pay torpaq sahəsi və mərhum əri X9 xüsusi mülkiyyətinə verilmiş 17.85 sot pay torpaq sahəsi + atasına görə 2.975 sot + anasına görə 3.57 sot olmaqla, cəmi 24.395 sot pay torpaq sahəsinin müəyyən olunması, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi ********** olan, qeydiyyat tarixi xx.xx.2023-ü il tarxli Çıxarışa əsasən Cavabdeh1, X17, X13, X8 və X9 xüsusi mülkiyyətlərinə kənd təsərrüfatı məhsulları istehsal etmək üçün verilmiş 1.997 ha pay torpaq sahəsində Cavabdeh4 miras payı- atasına görə 6.656 sot + anasına görə 7.988 sot olmaqla, cəmi-14.644 sot, Cavabdeh2 miras payı- atasına görə 6.656 sot + anasına görə 7.988 sot olmaqla, cəmi 14.644 sot, Cavabdeh3 miras payı- atasına görə 6.656 sot + anasına görə 7.988 sot olmaqla, cəmi 14.644 sot, Cavabdeh5 miras payı yalnız - atasına görə 6.656 sot, Cavabdeh1 xüsusi mülkiyyətinə verilmiş 39.94 sot pay torpaq sahəsi, atasına görə 6.656 sot + anasına görə 7.988 sot olmaqla, cəmi 54.584 sot və mərhum əri X9 xüsusi mülkiyyətinə verilmiş 39.94 sot, atasına görə 6.656 sot + anasına görə 7.988 sot olmaqla, cəmi 54.584 sot pay torpaq sahəsinin müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil iddia tələbini əsaslandıraraq göstərdi ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 1998-ci il tarixli 11 saylı qərarına əsasən JN- 053 A, kod-u 60700048 olan Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Beyləqan rayonu, Qarallar kənd sakini X24, X18 və X14 0.38 ha həyətyanı torpaq sahəsi verilmişdir. 20 dekabr 1978-ci il təvəllüdlü X25 ilə İddiaçı nikahlarını 2009-cu ilin may ayının 8-də rəsmiləşdirmişlər və birgə nikahdan 21 iyun 2009-cu ildə X20, 02 oktyabr 2010-cu ildə X21 və 15 may 2012-ci ildə X22 adlı uşaqları vardır. X25 3 sentyabr 2011-ci ildə ölmüşdür. Beyləqan rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 1998-ci il tarixli 11 saylı qərarına əsasən Beyləqan rayonu, Qarallar kənd sakini X17, X12 ( X9) və X8 mülkiyyətlərinə verilmiş 0.38 ha həyətyanı torpaq sahəsinin 12.66 sotu X1 mülkiyyəti olmuşdur. Beyləqan rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 2(020)- 2290/2023 saylı qətnaməsinə əsasən X12 adına verilmiş JN-053A, kodu 60700048 nömrəli şəhadətnamədə olan qeydin X15 məxsus olması faktı müəyyən olunmuşdur. X1 qanuni vərəsələri arvadı- İddiaçı, 21 iyun 2009-cu ildə anadan olan X20, 02 oktyabr 2010-cu ildə anadan olan X21 və 15 may 2012-ci ildə anadan olan X7. Beləliklə 0.38 ha həyətyanı torpaq sahəsinin 12.66 sotu vərəsə kimi onların mülkiyyətidir. 0,38 ha həyatyanı torpaq sahəsinin qalan 12.66 sotu X1 atası mərhum X24, 12.66 sotu isə X1 anası- X4na məxsusdur. X35 15 yanvar 2011-ci ildə ölmüşdür. X3 ölümündən sonra onun miras qalmış 12.66 sot həyatyanı torpaq sahəsi X3 qızı - Cavabdeh1 Aydı qızı, X3 oğlu- Cavabdeh4, X3 oğlu-Cavabdeh2, X3 oğlu- Cavabdeh3, X3 1-ci nikahdan olan oğlu- Cavabdeh5 və X3 oğlu, X1 qanuni vərəsəsi olan arvadı olan İddiaçı və övladlarına görə aralarında bərabər qaydada bölünməlidir. Bərabər bölünmədən sonra isə hər vərəsəyə 2.11 sot həyətyanı torpaq sahəsi düşür. X4 25 iyul 2021-ci ildə ölmüşdür. X2 ölümündən sonra onun miras qalmış 12.66 sot həyatyanı torpaq sahəsi mərhum X12 qızı- Cavabdeh1 Aydı qızı, X3 oğlu- Cavabdeh4, X3 oğlu-Cavabdeh2, X3 oğlu- Cavabdeh3 və X3 oğlu X1 qanuni vərəsəsi olan İddiaçı və övladları arasında bərabər qaydada bölünməlidir. Bərabər bölünmədən sonra isə hər vərəsəyə 2.53 sot həyətyanı torpaq sahəsi düşür. Beləliklə X3 və X2 ölümündən sonra onların miras qalmış əmlakları olan 12.66 sot+12.66 sot =25.32 sot həyatyanı torpaq sahələrindən payları Cavabdeh1 miras payıatasına görə 2.11 sot anasına görə 2.53 sot = 4.64 sot, Cavabdeh4 miras payı- atasına görə 2.11 sot+anasına görə2.53 sot=4.64sot, Cavabdeh2 miras payı-atasına görə 2.11 sot + anasına görə 2.53 sot= 4.64, Cavabdeh3 miras payı-atasına görə 2.11 sot + anasına görə 2.53 sot=4.64 sot, Cavabdeh5 miras payı yalnız -atasına görə 2.11 sot sot (mərhumun 1-ci nikahdan olan oğludur) və X3 oğlu, X1 qanuni vərəsəsi olan İddiaçı Əliz qızına və övladlarına həm mərhum ərinin mülkiyyətinə verilmiş 12.66 sot, həm də mərhumun atasına görə 2.11 sot + anasına görə 2.53 sot =17.3 sot həyətyanı torpaq sahəsi düşür. 0.38 ha həyətyanı torpaq sahəsində Cavabdeh1 miras əmlakdan payı atasına görə 2.11 sot + anasına görə 2.53 sot olmaqla, cəmi 4.64 sot, Cavabdeh4 miras payıatasına görə 2.11 sot + anasına görə 2.53 sot olmaqla, cəmi 4.64 sot, Cavabdeh2 miras payıatasına görə 2.11 sot + anasına görə 2.53 sot olmaqla, cəmi 4.64 sot, Cavabdeh3 miras payıatasına görə 2.11 sot + anasına görə 2.53 sot olmaqla, cəmi 4.64 sot,Cavabdeh5 miras payı yalnızatasına görə 2.11 sot torpaq sahəsi və mərhum ərim X9 xüsusi mülkiyyətinə verilmiş 12.66 sot torpaq sahəsi + atasına görə 2.11 sot + anasına görə 2.53 sot olmaqla, cəmi 17.3 sot həyətyanı torpaq sahəsi müəyyən olunur. Bundan başqa Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi ********** olan, qeydiyyat tarixi xx.xx.2023-ü il tarxli Çıxarışa əsasən Cavabdeh1, X17, X13, X8 və X9 xüsusi mülkiyyətlərinə kənd təsərrüfatı məhsulları istehsal etmək üçün 0.8926 ha pay torpaq sahəsi verilmişdir. Bu pay torpaq sahəsində hər bir mülkiyyətçinin payı 17.85 sot təşkil edir. X3 ölümündən sonra onun miras qalmış 17.85 sot pay torpaq sahəsi aşağıdakı qanuni vərəsələr arasında X3 qızı - Cavabdeh1, X3 oğlu- Cavabdeh4, X3 oğlu-Cavabdeh2, X3 oğlu- Cavabdeh3, X3 1-ci nigahdan olan oğlu-Cavabdeh5 və X3 oğlu, X1 qanuni vərəsəsi olan arvadı İddiaçı arasında bərabər qaydada bölünməlidir. Bərabər bölünəndən sonra isə hər vərəsəyə 2.975 sot pay torpaq sahəsi düşür. X2 ölümündən sonra onun miras qalmış 17.85 sot pay torpaq sahəsi aşağıdakı qanuni vərəsələr arasında, o cümlədədən də mərhum X12 qızı- Cavabdeh1 Aydı qızı, X3 oğlu- Cavabdeh4, X3 oğlu-Cavabdeh2, X3 oğlu- Cavabdeh3 və X3 oğlu X1 qanuni vərəsəsi olan arvadı İddiaçı arasında bərabər qaydada bölünməlidir. Bərabər bölünmədən sonra isə hər vərəsəyə 3.57 sot pay torpaq sahəsi düşür. Beləliklə də 0.8926 ha pay torpaq sahəsinin 17.85 sotu Cavabdeh1 xüsusi mülkiyyətinə verilmiş pay torpaq sahəsi, atasına görə 2.975 sot + anasına görə 3.57 sot olmaqla, cəmi 24.395 sot pay torpaq sahəsi, Cavabdeh4 miras payı- atasına görə 2.975 sot + anasına görə 3.57 sot olmaqla, cəmi 6.545 sot pay torpaq sahəsi, Cavabdeh2 miras payı-atasına görə 2.975 sot + anasına görə 3.57 sot olmaqla 6.545 sot pay torpaq sahəsi, Cavabdeh3 miras payı-atasına görə 2.975 sot + anasına görə 3.57 sot olmaqla 6.545 sot pay torpaq sahəsi, Cavabdeh5 miras payı yalnız -atasına görə 2.975 sot pay torpaq sahəsi və mərhum əri X9 xüsusi mülkiyyətinə verilmiş 17.85 sot pay torpaq sahəsi + atasına görə 2.975 sot + anasına görə 3.57 sot olmaqla, cəmi 24.395 sot pay torpaq sahəsi müəyyən olunur. Həmin çıxarışda 17.85 sot pay torpaq sahəsinin mülkiyyətçisi olan X30 16 yanvar 1997-ci ildə vəfat etmişdir. Onunöz vərəsələri olduğuna görə onun payına toxunulmamışdır. Bundan başqa Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi ********** olan, qeydiyyat tarixi xx.xx.2023-ii il tarxli Çıxarışa əsasən Cavabdeh1, X17, X13, X8 və X9 xüsusi mülkiyyətlərinə kənd təsərrüfatı məhsulları istehsal etmək üçün 1.997 ha pay torpaq sahəsi verilmişdir. Bu pay torpaq sahəsində hər bir mülkiyyətçinin payı 39.94 sot təşkil edir. X3 ölümündən sonra onun miras qalmış 39.94 sot pay torpaq sahəsi aşağıdakı qanuni vərəsələr arasında , o cümlədən də X3 qızı - Cavabdeh1, X3 oğlu- Cavabdeh4, X3 oğlu- Cavabdeh2, X3 oğlu- Cavabdeh3, X3 1-ci nikahdan olan oğlu-Cavabdeh5 və X3 oğlu X1 qanuni vərəsəsi olan arvadı İddiaçı və övladları arasında bərabər qaydada bölünməlidir. Bərabər bölünəndən sonra isə hər vərəsəyə 6.656 sot pay torpaq sahəsi düşür. X2 ölümündən sonra onun miras qalmış 39.94 sot pay torpaq sahəsi qanuni vərəsələr arasında, o cümlədədən də mərhum X12 qızı- Cavabdeh1, X3 oğlu- Cavabdeh4, X3 oğlu-Cavabdeh2, X3 oğlu- Cavabdeh3 və X3 oğlu X1 qanuni vərəsəsi olan arvadı -İddiaçı və övladları arasında bərabər qaydada bölünməlidir. Bərabər bölünmədən sonra isə hər vərəsəyə 7.988 sot pay torpaq sahəsi düşür. Həmin çıxarışda mərhum X13 ölümündən sonra onun miras qalmış 39.94 sot pay torpaq sahəsi vardır. X30 16 yanvar 1997-ci il tarixində vəfat etmişdir. Beləliklə də 1.997 ha pay torpaq sahəsində Cavabdeh4 miras payıatasına görə 6.656 sot + anasına görə 7.988 sot olmaqla ,cəmi-14.644 sot , Cavabdeh2 miras payıatasına görə 6.656 sot + anasına görə 7.988 sot olmaqla, cəmi 14.644 sot , Cavabdeh3 miras payıatasına görə 6.656 sot + anasına görə 7.988 sot olmaqla, cəmi 14.644 sot , Cavabdeh5 miras payı yalnız - atasına görə 6.656 sot , Cavabdeh1 xüsusi mülkiyyətinə verilmiş 39.94 sot pay torpaq sahəsi, atasına görə 6.656 sot + anasına görə 7.988 sot olmaqla, cəmi 54.584 sot və mərhum ərim X9 xüsusi mülkiyyətinə verilmiş 39.94 sot , atasına görə 6.656 sot + anasına görə 7.988 sot olmaqla, cəmi 54.584 sot pay torpaq sahəsi müəyyən olunur. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında izahat verən Cavabdeh1 iddianı qəbul etmədi və izahatında göstərdi ki, qardaşı X27 və onun həyat yoldaşı İddiaçı ilə uzun müddətdir ki, Rusiya Federasiyasında yaşamışlar. Qardaşının arvadı İddiaçı cəmi iki dəfə kəndə gəlmişdir. Hazırda məhrum atasından və anasından qalan mirası faktiki olaraq qardaşı Cavabdeh4 qəbul etmişdir. Beyləqan rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 1998-ci il tarixli 11 saylı qərarına əsasən Beyləqan rayonu, Qarallar kənd sakini X17, X12 (X10) və X8 mülkiyyətlərinə 0.38 ha həyətyanı torpaq sahəsi verilmişdir. Lakin onlar altı bacı-qardaşdılar və onların həmin əmlaklarda payları vardır. Beyləqan rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 1998-ci il tarixli 11 saylı Şəhadətnamədə adları qeyd edilməmişdir. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında izahat verən Cavabdeh2 iddianı qəbul etmədi və izahatında göstərdi ki, qardaşı X27 ilə İddiaçı nikahlarını Rusiya Federasiyasında rəsmiləşdirməklə orada yaşamışlar.Onların birgə nikahlarından üç uşaqları anadan olmuşdur. İddiaçı hazırda Rusiya Federasiyasında qeydiyyatdadır. Məhrum valideynlərindən qalan mirası faktiki olaraq digər qardaşı Cavabdeh4 qəbul etmişdir. Beyləqan rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 1998-ci il tarixli 11 saylı qərarına əsasən X17, X12 (X10) və X8 mülkiyyətlərinə 0.38 ha həyətyanı torpaq sahəsi verilmişdir. Şəhadətnamədə onların adları qeyd edilməsə də, onların, yəni altı bacı-qardaşın da həmin əmlaklarda payları vardır. Qardaşı məhrum valideynlərindən qalmış miras payı qəbul etməmişdir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında izahat verən Cavabdeh3 iddianı qəbul etmədi və izahatında göstərdi ki, qardaşı X27 və onun həyat yoldaşı İddiaçı qeyri-qanuni olaraq onların valideynlərindən qalan torpaqdan pay tələb edir. Qardaşının həyat yoldaşı İddiaçı məhrum qardaşının payının ayırıb verməyə razıdırlar. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh4 iddianı qəbul etmədi və izahatında göstərdi ki, X27 onun qardaşıdır. Qardaşı ailəsi ilə birlikdə Rusiyada yaşamışdır. Valideynlərinə məxsus evdə qeydiyyatda olmamışdır. İddiaçı ona zəng edib torpaqdan payların ayrılmasını istəmişdir. Lakin onlar razılığa gələ bilməmişlər. O, mərhum qardaşına düşən payı ayırıb Sevdaya vermək istəmiş, lakin Sevda qardaşına görə atasından və anasından düşən payı da istəmişdir. Ona görə narazılıq olmuşdur. Torpaqdan payların bərabər qaydada bölünməsinə etirazı yoxdur. Ona görə də qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh5 iddianı qəbul etmədi və izahatında göstərdi ki, X27 onun qardaşı, İddiaçı mərhum qardaşının arvadıdır. Qardaşı ailəsi yəni İddiaçı ilə birlikdə Rusiyada yaşamışdır. Mərhum qardaşı Məzahir valideynlərinə məxsus evdə qeydiyyatda olmamışdır. İddiaçı mərhum qardaşına və onun valideynlərinə düşən mirasdan pay istəmişdir. Buna görə aralarında narazılıqlar yaranmışdır. O, və digər bacı qardaşıları mərhum qardaşına düşən payı ayırıb Sevdaya verməyə etiraları yoxdur. Torpaqdan payların bərabər qaydada bölünməsinə etirazı yoxdur. Ona görə də qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, iddiaçının, iddiaçının vəkilinin və nümayəndəsinin, cavabdehlərin izahatlarını dinləyib hesab edir ki, iddia aşağıdakı əsasa görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi ********** olan, qeydiyyat tarixi xx.xx.2023-ü il tarxli Çıxarışdan görünür ki, Cavabdeh1, X17, X13, X8 və X9 xüsusi mülkiyyətlərinə Beyləqan rayonunun Qarallar kəndi ərazisində 1.997 ha torpaq sahəsi verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 167 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi ********** olan, qeydiyyat tarixi xx.xx.2023-ü il tarxli Çıxarışından görünür ki, Cavabdeh1, X17, X13, X8 və X9 xüsusi mülkiyyətlərinə Beyləqan rayonunun Qarallar kəndi ərazisində 0.8926 ha torpaq sahəsi verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 167 nömrəli reyestr kitabının 31 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş JN- 053 A, kod-60700048 olan Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 1998-ci il tarixli 11 saylı qərarına əsasən Beyləqan rayonunun Qarallar kənd sakini X17, X12 (X9) və X8 mülkiyyətlərinə 0.38 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X35 xx.xx.2011-ci ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X26 xx.xx.2021-ci ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X28 20 dekabr 1978-ci ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamədən görünür ki, X25 ilə İddiaçı nikahlarını 08 may 2009-cu ildə rəsmiləşdirmişlər. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrdən görünür ki, X25 ilə İddiaçı birgə nikahlarından 21 iyun 2009-cu ildə X20, 02 oktyabr 2010-cu ildə X21 və 15 may 2012-ci ildə X22 adlı uşaqları anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Beyləqan rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 2(020)-2290/2023 saylı qətnaməsindən görünür ki, X31 və X32 adına verilmiş JN-0188, kod 60709038 nömrəli Dövlət Aktında olan qeydlərin Abbasova (Əliyeva) Ülviyyə Əliş qızına və xx.xx.2001-ci ildə ölmüş mərhum X36, X12 adına verilmiş JN-053A, kod 60700048 nömrəli Şəhadətnamədə olan qeydin isə xx.xx.2011-ci ildə ölmüş mərhum X15 məxsus olması faktı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İHB-in Qarallar kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 239 saylı arayışından görünür ki, X17 ölümündən sonra ailə üzvləri olan X29, X6, X11, X19 mərhuma məxsus evdə yaşayaraq mirası faktiki qəbul etmişlər. X3 ayrı yaşayan, vəfat edən ailə üzvləri -xx.xx.2021-ci ildə vəfat edən həyat yoldaşı X26, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və xx.xx.2011-ci ildə vəfat etmiş oğlu X16r. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İHB-in Qarallar kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 93 saylı arayışından görünür ki, Cavabdeh4 mərhum qardaşı X28 xx.xx.2011-ci ildə vafat etmişdir. X5 ölən günə qədər anası X26 ilə bir təsərrüfatda qeydiyyatda olmuşdur. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İHB-in Qarallar kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 96 saylı arayışından görünür ki, Cavabdeh4 mərhum atası X17 ailə üzvləri 1-ci nikahdan olan oğlu-Cavabdeh5, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, X25, Cavabdeh1dır. Azərbaycan Respublikası MM-nin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-cü maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə görə əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Mülki Məcəllənin 214.1-cü maddəsinə görə əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüquqisubyektin ona mənsub əmlaka (əşiyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinin tələbinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Məhkəmədə müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi ********** olan, qeydiyyat tarixi xx.xx.2023-ü il tarxli Çıxarışa əsasən Cavabdeh1, X17, X13, X8 və X9 xüsusi mülkiyyətlərinə Beyləqan rayonunun Qarallar kəndi ərazisində 1.997 ha torpaq sahəsi verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 167 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi ********** olan, qeydiyyat tarixi xx.xx.2023-ü il tarxli Çıxarışa əsasən Cavabdeh1, X17, X13, X8 və X9 xüsusi mülkiyyətlərinə Beyləqan rayonunun Qarallar kəndi ərazisində 0.8926 ha torpaq sahəsi verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 167 nömrəli reyestr kitabının 31 nömrəli vərəqində qeydiyyata alınmışdır. JN-053 A, kod-60700048 olan Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 1998-ci il tarixli 11 saylı qərarına əsasən Beyləqan rayonunun Qarallar kənd sakini X17, X12 (X9) və X8 mülkiyyətlərinə 0.38 ha həyətyanı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası MM-nin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Məhkəmədə müəyyən edildi ki, miras əmlaklar üzrə vəsiyyətnamə mövcud deyildir. Ona görə də miras əmlak 1-ci növbə vərəsələr arasında barəbər qaydada bölünməlidir. Valideynlərin birinci növbəli vərəsələri mirası faktiki olaraq qəbul etmişlər. Vərəsələrdən Cavabdeh5 yalnız atasından qalmış mirasdan payı vardır. Çünki digər miras qoyan Zərxara Quliyeva onun anası deyildir. Digər tərəfdən mərhum X27 həmin əmlaklarda bərabər paya malikdir və həmçinin valideynlərindən qalmış mirasa görə pay hüququ vardır. malikdir. Həmçinin vərəsələrdən X33 pay torpaq sahələrində mülkiyyətçi kimi bərabər paya malikdir və valideynlərindən qalmış mirasa görə pay hüququ vardır. Həmçinin məhkəmədə müəyyən edildi ki, pay torpaq sahələrində X30 mülkiyyətçidir və digər mülkiyyətçilər kimi ümumi əmlakda bərabər paya malikdir. Sona Novruzova ölümündən sonra onun payı vərəsələri tərəfindən faktiki olaraq qəbul edilmişdir. Ona görə iddia tələbi üzrə hazırkı vərəsələrin payı müəyyən edilərkən Sona Novruzovanın ümumi mülkiyyətdə olan payına toxunulmamış, açıq buraxılmışdır. Beləliklə iş üzrə toplanmış sübutlara hüquqi cəhətdən qiymət verən məhkəmə hesab edir ki, X17 X26 ilə ölümündən sonra miras qalmış əmlaklar onların vərəsələri arasında bərabər müəyyən edilməli, Cavabdeh5 pay yalnız atasının miras payından müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iclasında iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları kifayət qədər sübuta yetirə bilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 1998-ci il tarixli 11 saylı qərarına əsasən 0.38 ha həyətyanı torpaq sahəsindən, Cavabdeh1 payı 0,0464 ha, Cavabdeh4 payı 0,0464 ha, Cavabdeh2 payı 0,0464 ha, Cavabdeh3 payı 0,0464 ha, Cavabdeh5 payı 0,0464 ha, İddiaçı Əliz qızının və uşaqlarının payı 0,173 ha; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi ********** olan, qeydiyyat tarixi 27 iyul 2023-cü il tarixli çıxarışa əsasən 0,8926 ha torpaq sahəsindən Cavabdeh1 payı 0,24395 ha, Cavabdeh4 payı 0,06545 ha, Cavabdeh2 payı 0,06545 ha, Cavabdeh3 payı 0,06545 ha, Cavabdeh5 payı 0,02975 ha, İddiaçı və uşaqlarının payı 0.24395 ha; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi ********** olan, qeydiyyat tarixi xx.xx.2023-ü il tarxli Çıxarışa əsasən 1.997 ha pay torpaq sahəsindən Cavabdeh1 payı 0,54584 ha, Cavabdeh4 payı 0,14644 ha, Cavabdeh3 payı 0,14644 ha, Cavabdeh2 payı 0,14644 ha, Cavabdeh5 payı 0,06656 ha, İddiaçı və uşaqlarının payı 0.54584 ha müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 234.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Beyləqan rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 1998-ci il tarixli 11 saylı qərarına əsasən 0.38 ha həyətyanı torpaq sahəsindən Cavabdeh1 payı 0,0464 ha, Cavabdeh4 payı 0,0464 ha, Cavabdeh2 payı 0,0464 ha, Cavabdeh3 payı 0,0464 ha, Cavabdeh5 payı 0,0464 ha, İddiaçı Əliz qızının və uşaqlarının payı 0,173 ha; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi ********** olan, qeydiyyat tarixi 27 iyul 2023-cü il tarixli çıxarışa əsasən 0,8926 ha torpaq sahəsindən Cavabdeh1 payı 0,24395 ha, Cavabdeh4 payı 0,06545 ha, Cavabdeh2 payı 0,06545 ha, Cavabdeh3 payı 0,06545 ha, Cavabdeh5 payı 0,02975 ha, İddiaçı və uşaqlarının payı 0.24395 ha; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi ********** olan, qeydiyyat tarixi xx.xx.2023-ü il tarxli Çıxarışa əsasən 1.997 ha pay torpaq sahəsindən Cavabdeh1 payı 0,54584 ha, Cavabdeh4 payı 0,14644 ha, Cavabdeh3 payı 0,14644 ha, Cavabdeh2 payı 0,14644 ha, Cavabdeh5 payı 0,06656 ha, İddiaçı və uşaqlarının payı 0.54584 ha müəyyən edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar