Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-922/2024 18.09.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclas katibi Xankişiyev Tural Şahsuvar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" ASC cəlb edilməklə) qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" ASC cəlb edilməklə) qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə onun arasında bağlanmış **34*75AZN*1387 nömrəli Kredit müqaviləsinə əsasən ondan pulun tutulması barədə Cavabdeh tərəfindən verilmiş 8i-538 nömrəli 18 yanvar 2*24-cü il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2*21-ci ildə “Paşa bank" ASC-i ilə **34*75AZN*1387 nömrəli Kredit müqaviləsinə əsasən 35 ay müddətinə 4*** manat məbləğində kredit götürmüşdür. “Paşa Bank" ASC-i ilə onun arasında bağlanmış **34*75AZN*1387 nömrəli Kredit müqaviləsinə əsasən ondan 4*** manat məbləğində pulun tutulması barədə Cavabdeh tərəfindən 8İ-538 nömrəli, 18 yanvar 2*24-cü il tarixli icra qeydi verilmişdir. Hesab edir ki, Cavabdeh tərəfindən verilmiş 8İ-538 nömrəli, 18 yanvar 2*24-cü il tarixli icra qeydi ləğv edilməlidir. Belə ki, onunla “Paşa bank" ASC-i arasında işgüzar münasibətlər mövcud olmuş, onunla kredit müqaviləsi bağlayaraq borca pul götürmüşdür. Bildirir ki, həmin borc pul 4*** manat olmuş və həmin puldan bir hissəsini ödəmişdir. Lakin Cavabdeh tərəfindən verilmiş 18 yanvar 2*24-cü il tarixli icra qeydinə əsasən ondan 451*,1* manat əsas, 2*25,79 manat cərimə, cəmi 6569,89 manat pul ödəməlidir. O, 4*** manat kredit götürmüş və bir hissəsini ödəməsimə baxmayaraq, müqavilədə cərimə olmadığı halda ona əlavə 2*25,79 manat cərimə hesablayırlar. Beləliklə krediti əsassız olaraq cərimələrlə həddən artıq şişirdilmişdir. Onun iş yerindən əmək haqqından 11 ay olmaqla hər ay 163,73 manat pul tutulmuşdur. Beləliklə o, əsassız və qanunsuz tələb edilən 6569,89 manatı ödəyə bilməz. Həmçinin, bildirir ki, cavabdehin icra qeydindən indi xəbər tutmuşdur. Belə ki, Beyləqan rayon 1 saylı N otariat Ofisinə şifahi müraciəti əsasında icra qeydinin surəti ona Beyləqan rayon İcra və Probasiya Şöbəsi tərəfindən təqdim edilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC etiraz ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, İddiaçı **34*75AZN*1387 saylı maliyyələşdirilmə üçün ərizəyə əsasən tələb olunan 3,164.64 (üç min bir yüz altmış dörd manat altmış dörd qəpik) manat əsas borc, 1,345.46 (bir min üç yüz qırx beş manat qırx altı qəpik) manat faiz borcu olmaqla 451*.1* manat məbləğində borcu qəbul edir, ancaq bildirir ki, 2,*25.79 (iki min iyirmi beş manat yetmiş doqquz qəpik) manat cərimə borcu düzgün deyildir, cərimə borcu həmin məbləği əhatə etmir, onun Banka cərimə borcu tələb edilən məbləğdən azdır. Bundan başqa, iddia ərizəsində qeyd edilmişdir ki, icra qeydinin verilməsindən xəbərsiz olmuşdur. Hesab edirlər ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı ilə "xxxx" ASC arasında 29.*4.2*21-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X2 27.*4.2*2*-ci il tarixli 1.1.3 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə GTC- 29567İB/2*21 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsini İddiaçı imzalayaraq www.pashabank.az saytında yerləşdirilmiş X3 qeyd edilmiş şərtlərini (müvafiq redaksiyada) qəbul etmişdir. Daha sonra X4 çərçivəsində 29.*4.2*21-ci il tarixli, **34*75AZN*1387 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış və Bank tərəfindən İddiaçı *1.*4.2*24-cü il tarixədək illik faiz dərəcəsi 28%, kreditin faktiki illik faiz dərəcəsi 29.16%, illik cərimə faizi 18*% olmaqla, 4,*** (dörd min) manat məbləğində istehlak xərcləri məqsədi ilə işçi krediti verilmişdir. Bundan əlavə, Bank qarşısında İddiaçı öhdəliyinin mövcudluğunu təsdiq edən maliyyə arayışı və hesabdan çıxarış mövcuddur. İddiaçı "xxxx" ASC qarşısında öhdəlikləri 22.*8.2*23-cü il tarixinə aşağıdakı kimidir: - **34*75AZN*1387 saylı maliyyələşdirilmə üçün ərizəyə əsasən 3,164.64 (üç min bir yüz altmış dörd manat altmış dörd qəpik) manat əsas borc, 1,345.46 (bir min üç yüz qırx beş manat qırx altı qəpik) manat faiz borcu, 2,*25.79 (iki min iyirmi beş manat yetmiş doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 6,535.89 (altı min beş yüz otuz beş manat səksən doqquz qəpik) manat təşkil edir. Yuxarıda qeyd edilən öhdəlik 524 gün icra edilmədiyindən Bank tərəfindən İddiaçı borcun icra qeydi qaydasında tutulacağı barədə bildiriş göndərilmiş və həmin bildiriş *8.11.2*23-cü il tarixidə İddiaçı tərəfindən qəbul edilmişdir. Bank xidmətlərinin göstərilməsinə dair X2 27.*4.2*2*-ci il tarixli 1.1.3 nömrəli versiyasının 3.11-ci bəndinə əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. 29.*4.2*21-ci il tarixli, **34*75AZN*1387 saylı maliyyələşdirmə üçün ərizədə də cərimə faizinin ödənilməsi şərtləşdirilmişdir. Göründüyü kimi, cavabdehin cərimə borcunun olmamasını bildirməsi əsassızdır. Bildiriş qəbul edildikdən sonra 2* gün müddətində borc ödənilmədiyi üçün tərəflərindən borcun icra qeydi qaydasında tutulması üçün elektron qaydada notariat sistemi vasitəsi ilə müraciət edilmiş və qanunverciliklə müəyyən edilmiş sənədlər ərizəyə əlavə edilmişdir. Bundan sonra, Cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə müvafiq qaydada icra qeydi verilmişdir. İcra qeydinin verilməsi zamanı hər-hansı qanun pozuntusuna yol verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul etməyinizi xahiş edirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddi tələbini müdafiə etdiyini bildirib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçün cü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bank xidmətlərinin göstərilməsinə dair X3n və 29.*4.2*21-ci il tarixli GTC-29567İB №-li razılıq ərizəsindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı illik 28 % ödəmək şərtilə, 35 (otuz beş) ay müddətinə 4*** (dörd min) manat məbləğində kredit verilmişdir. 29 noyabr 2*23-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı 22.*8.2*23-cü il tarixə "xxxx" ASC qarşısında öhdəlikləri **34*75AZN*1387 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 3164,64 (üç min yüz altmış dörd manat 64 qəpik) manat əsas borc, 1345,46 (min üç yüz qırx beş manat 46 qəpik) manat faiz borcu, 2*25,79 (iki min iyirmi beş manat 79 qəpik) manat cərimə borcu olmaqla, cəmi 6535,89(altı min beş yüz otuz beş manat 89 qəpik) təşkil edir. Gecikmə günü 524 gün təşkil edir. *3 noyabr 2*23-cü il tarixli PB-OUT-*69*5-2*23/15 №-li “icra qeydinin aparılacağı barədə tələbkar "xxxx" ASC tərəfindən borcluya göndərilən Bildiriş”dən görünür ki, İddiaçı 22.*8.2*23cü il tarixinə "xxxx" ASC qarşısında öhdəliklərini **3*75AZN*1387 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 3.164,64 (üç min yüz altmış dörd manat 64 qəpik) manat əsas borc, 1.345,46 (min üç yüz qırx beş manat 46 qəpik) manat faiz borcu, 2.*25,79 (iki min iyirmi beş manat 79 qəpik) manat cərimə borcu olmaqla, cəmi 6.535,89 (altı min beş yüz otuz beş manat 89 qəpik) manat təşkil edir. Həmin öhdəliklərinin 524 icra edilmədiyindən Banka ödənilməlidir. Borc 2* gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikaı Qanunun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsinə notarius tərəfindən icra qeydi aparılacaqdır. Cavabdeh xüsusi notariusu X1 tərəfindən qəbul edilmiş 18 yanvar 2*24-cü il tarixli 8İ- 538 №-li icra qeydindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə İddiaçı **34*75AZN*1387 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 451*,1* (dörd min beş yüz on manat 1* qəpik) manat pul, 2*25,75 (iki min iyirmi beş manat 79 qəpik) məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 (iyirmi beş) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 656*,89 (altı min beş yüz altmış manat 89 qəpik pul tutulmalıdır. Beyləqan rayon İcra və Probasiya Şöbəsinin *1 fevral 2*24-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Cavabdeh 18 yanvar 2*24-cü il tarixli 8İ-538 №-li icra sənədi üzrə icraata başlanılmışdır. *6.*2.2*24-cü il tarixli ********** №-li mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 1** manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası “Notariat haqqında” Qanunun 76-cı maddəsinə əsasən, Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 2* gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Məhkəmə araşdırılmış işin hallarına münasibətdə qeyd edir ki, iş materiallarına əlavə olunmuş icra qeydindən və iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsinin ödəniş cədvəlindən görünür ki, iddiaçının Bank qarşısında öhdəliyinin icra etməsinin son tarixi *1.*4.2*24-cü il qeyd edilsə də, icra qeydi bu müddət sona çatmadan 18.*1.2*24-cu ildə tərtib olunmuş və icra olunması üçün müvafiq quruma yönlədirilmişdir. Həmçinin icra qeydində qeyd edilən 2*25,79 manat cərimə borcu əsas borc 3164,64 manat məbləğə mütəanasib olmadığından, məhkəmədə şübhə doğurur. Qeyd edilənlərdən görünür ki, tələbkar tərəfindən notariat ofisinə təqdim olunan sənədlərdə borcun mübahisəsiz olduğu əks edilməmişdir. Sadalanan əsasların hazırki mülki işə tətbiqi nəticəsindən göründüyü kimi, icra qeydinin ləğv edilməsinə dair iddiaçının tələbi əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmarın Çex Respublikasına qarşı” işi üzrə *3 mart 2***-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yakovlev Rusiya Federasiyasına qarşı işdə” qeyd etmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqların deyil, praktiki və səmərəli hüquqların təmininə yönəlmişdir. Məhkəmədə çəkişmə prinsipi prosessual funksiyaların ciddi olaraq fərqləndirilməsində, tərəflərin prosessual bərabərliyində və məhkəmənin tərəflərə münasibətdə müstəqil vəziyyətində təzahür edir. Çəkişmə və tərəflərin bərabərliyi prinsipi tərəflərə bərabər prosessual imkanların verilməsini nəzərdə tutmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xüsusi notariusu X1 tərəfindən verilmiş 8İ-538 nömrəli 18 yanvar 2*24-ci il tarixli icra qeydi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbində rüsumla bağlı tələb olmadığından iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-22*, 233 və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xüsusi notariusu X1 tərəfindən verilmiş 8İ-538 nömrəli, 18 yanvar 2*24-cü il tarixli icra qeydi ləğv edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №2(020)-922/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-922/2024
18.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver