Məhkəmə qərarları › İş №2(020)-950/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-950/2023

17.04.2023 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-950/2023 17.04.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Seyfyllayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi ilə, Ərizəçi 8 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Ərizəçi 8 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 169,33 manat Dövlət Sosial Müdafiə Fonduna olan 2268,33 manat işsizlikdən sığorta fonduna olan 0 manat. İcbari Tibbi Sığorta fonduna olan 43,35 manat məbləğində borcunun ödənilməsini təmin etmək məqsədi ilə Maraqlı şəxs barəsində (doğulduğu tarix xx.xx.1960-cı il, doğulduğu yer Beyləqan, şəxsiyyətini təsdiq edən sənədin FİN nömrəsi: xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi AZE 0*******) “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırlması” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilmiş, işin məhkəmə baxışı iclası 17 aprel 2023-cü il tarixə təyin edilmişdir. Ərizəçi 8 saylı Ərazi Vergilər İdarəsinin direktoru, baş vergi xidməti müşaviri məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılıb ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Maraqlı şəxs rəsmi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzürlü səbəblər göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 355-7.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Belə olan halda məhkəmə ərizəçinin və maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Ərizəçi 8 saylı Ərazi Vergilər İdarəsi ərizəsini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə vergi ödəyicisi olan Beyləqan rayon Qarallar Bələdiyyəsinin (VÖEN:**********) Dövlət Sosial Müdafiə Fonduna olan 2268,33 manat işsizlikdən sığorta fonduna olan 0 manat. İcbari Tibbi Sığorta fonduna 1,52 manat, dövlət büdcəsinə 169,33 manat məbləğində (o cümlədən, maliyyə sanksiyası üzrə 169,33 manat Maraqlı şəxs(VÖEN:**********) İcbari Tibbi Sığorta fonduna olan 41,83 manat, Dövlət Sosial Müdafiə Fonduna 8,98 manat olmaqla, ümumilikdə 2481,01manat borcu vardır. Yaranmış borc məbləğini 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli, **********312400, xx.xx.2023-cü il tarixli, **********768000, xx.xx.2023-cü il tarixli, **********962800, xx.xx.2022-ci il tarixli, **********63960004, xx.xx.2022-ci il tarixli, **********928500, xx.xx.20232-ci il tarixli, **********843300, nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Odur ki, Maraqlı şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 169,33 manat Dövlət Sosial Müdafiə Fonduna olan 2268,33 manat işsizlikdən sığorta fonduna olan 0 manat. İcbari Tibbi Sığorta fonduna olan 43,35 manat məbləğində borcunun ödənilməsini təmin etmək məqsədi ilə Maraqlı şəxs barəsində (doğulduğu tarix xx.xx.1960-cı il, doğulduğu yer Beyləqan, şəxsiyyətini təsdiq edən sənədin FİN nömrəsi: xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi AZE 0*******) “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırlması” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan məlumatdan görünür ki, vergi ödəyicisi olan Abışov X1 rayonunun Qarallar kəndində yaşayır. İşdə olan şəxsi hesab vərəqəsindən görünür ki, vergi ödəyicisi olan Maraqlı şəxs dövlət büdcəsinə ümumilikdə 2481,01manat vergi borcu vardır. İşdə olan bildirişdən görünür ki, vergi ödəyicisi olan Maraqlı şəxs borcunun ödənilməsi barədə rəsmi xəbərdarlıq göndərilmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcimdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5-ci maddəsinə əsasən Vergi ödəyicisi vergi öhtəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüququ şəxslərin icra orqanın rəhbərinin ölkədən getmək hüququnu müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüququ şəxslərin icra orqanın rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Vergi Məcəlləsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri və digər məcburi ödənişləri ödəmək vergi ödəmək geri ödəyicisinin vəzifələrinə aiddir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetrilməsi üçün cavabdehdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetrilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməlidir.Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamsından aslı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüququ şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Azərbaycan Respublikası MPM-nin 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, vergi ödəyicisi olan Maraqlı şəxs vergi borcunu ödənilməsinin təmin etmək məqsədi ilə ölkədən getmək hüququ müvvəqəti məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. Vergi ödəyicisi olan Beyləqan rayonunun Qaralılar kəndində qeydiyyatda olan və yaşayan Maraqlı şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 169,33 manat Dövlət Sosial Müdafiə Fonduna olan 2268,33 manat işsizlikdən sığorta fonduna olan 0 manat. İcbari Tibbi Sığorta fonduna olan 43,35 manat məbləğində borcunun ödənilməsini təmin etmək məqsədi ilə Maraqlı şəxs barəsində (doğulduğu tarix xx.xx.1960-cı il, doğulduğu yer Beyləqan, şəxsiyyətini təsdiq edən sənədin FİN nömrəsi: xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi AZE 0*******) “ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Maraqlı şəxs 44,85 (qırx dörd manat səksən beş qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal qanuni qüvvəyə minir. Qətnamədən apellyasiya şikayəti məhkəmə qətnaməsinin surətini rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim: Seyfəli Seyfullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar